Mioma haqqında

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 427
Səs ver:
(səs: 0)
Miomaların yaranması ilə bağlı konkret bir cavab alınmış olmasa da,onun inkişafı qadınlıq hormonu ilə birbaşa əlaqəlidir.Belə ki,Fibroidl ən çox 35-45 yaş arası qadınlarda daha çox özünü biruzə verir.Yetkinlik dövründə isə nadir hallarda ola bilir.Eyni zamanda klimaks dövründə də az hallarda rast gəlinir(səbəb isə qadınlıq hormonunun ifrazıdır).Hətta araşdırmalara görə mioması olan qadınlar klimaks dövründə olduqları zaman miomanın ölçüsün kiçildiyi və inkişafının geriləməyi ilə bağlı faktlar da var.Miomalara adətən hiss olunmur.Bəzən ginekoloji müayinə zamanı təsadüfən bilinir və müəyyən olunur.Ancaq böyümə və yerləşməyi ilə əlaqəli olaraq aşağıdakı hallarla özünü biruzə verir:

-Menstruasiya qanamalarının çox olması və uzun müddət olması
-Həddən artıq qanamaların olması ilə əlaqəli olaraq qanazlığının olması
-Sidik kisəsinə təzyiq nəticəsində tez-tez ayaqyoluna getmək
-Bağırsaqlara təzyiq etməklə qəbizliyin yaranması
-Qarın nahiyəsində böyümə və şişlik
-Aybaşı zamanı və ya cinsi əlaqə zamanı ombaya doğru dəhşətli ağrı

Miomaların növləri
1-Suberous mioma-(uşaqlığın xarici təbəqəsində)
2-İntramural mioma-(uşaqlığın orta təbəqəsində)
3-Submukous mioma-(uşaqlığın daxili təbəqəsində)
Ən çox rastlanılan isə-intramural miomadır.İntramural miomalar özünü adətən uzun müddət aybaşı qanamalarının olması ilə biruzə verir.Bildiyiniz kimi,uşaqlıqda olan bəzi əzələlər sayəsində bizim menstruasiya dövrümüzdə bədənimizdə olan bütün qan xaric olmur.Bu mioma olduğu zaman qanamanın dayanması xüsusiyyəti azalır.
Fibroids düyünləri çox və vahid də ola bilər. Bütün şiş miometriya hüceyrələrinin düzgün bölünməməsi nəticəsidən ibarətdir. Sonsuzluğun səbəbi adətən submukous fibroidisi olur. Submukous fibroidsin əlaməti, aybaşı zamanı güclü qanaxmadır. Erkən başlananda bu xəstəlik çox zaman simptomsuz olur.

Ən əsas simptom, aybaşı zamnı qan axımının güclü və ya dövrün qısalması, qan məbləğinin də azalaması olur. Qarın nahiyəsinin aşağı hissəsində və beldə ağrılarda müşahidə oluna bilər. Adətən ağrı aybaşı zamanı və cinsi əlaqədə olarkən hiss olunur. Şişin ölçüsündən aslı olaraq qəbizlik və tez-tez sidiyə getmə müşahidə olunur.Şiddətli qanaxma olduqda qadında xroniki animeya yaranır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri