Menstruasiya probleminin səbəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 246
Səs ver:
(səs: 0)
Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə - uşaqsalmadan sonra pozulmuş hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji dəyişikliklər.

Laktasiya da – aybaşının olmamasının təbii səbəblərindən biridir. Adətən, ana körpəsini yalnız əmizdirməklə qidalandırdığı zaman, prolaktin hormonu ovulyasiyanı dayandırır – və laktasion amenoreya (körpənin ana südü ilə qidalandırılması zamanı menstruasiyanın kəsilməsi) baş verir ki, bu da uşağın 1 yaşınadək və daha artıq müddət ərzində (uşağın əmizdirilməsi qurtarana qədər) davam edir. Bəzi hallarda isə kifayət qədər laktasiyanın olduğu müddət ərzində qadınların aybaşı tsikli tez bir zamanda bərpa olunur. Ona görə də qadınlar bilməlidirlər ki, doğuşdan sonra aybaşının olmaması və uşağın normal əmizdirilməsi dövründə hamiləliyin baş verməməsinə 100% təminat vermək olmaz. Buna görə də onlar hətta bu dövrdə də hamiləlikdən qorunmanın (kontrasepsiya) müvafiq üsullarından istifadə etməlidirlər.

Əgər qadın, ümumiyyətlə, uşağı əmizdirmirsə və ya onun südü çox azdırsa, adətən, doğuşdan 2-3 ay sonra menstruasiya tsikli bərpa olunur.

Beləliklə, nəticələri qeyd edək:
- qadın özünün aybaşı tsiklinin müddətini bilməli
- aybaşı tsiklinin müntəzəm (requlyar) olmasına nəzarət etməli

- ilkin tsikl pozğunluqları baş verən kimi, tez bir zamanda həkimə müraciət etməlidir. Həkim-ginekoloq tərəfindən aparılan müayinələr, bir çox hallarda, təcili cərrahi müdaxilə tələb edilən halların (uşaqlıqdankənar hamiləlik, onkoloji - şiş xəstəlikləri və s.) vaxtında müəyyən edilməsinə imkan verir
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri