Qadınlarda ən çox görülən 3 xəstəlik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 456
Səs ver:
(səs: 0)
Sidik qaçırma böyük ictimai problemdi
Sidik qaçırma problemi çox əhəmiyyətli bir ictimai problem olub, günümüzdə müasir müalicələri ilə müvəffəqiyyətli olaraq aradan qaldırılmaqdadır. Əsasən qadınların xəstəliyi olan sidik qaçırma 35 yaşın üzərindəki hər 5 qadından birində görülür. Adamın ictimai həyatını təsir edəcək olan hər sidik qaçırma bir xəstəlikdir və müalicə edilməlidir. Sidik qaçırma öskürmə, asqırma, gülmə kimi qarın içi təzyiqin artdığı vəziyyətlərdə ortaya çıxa biləcəyi kimi, daha az eforla da meydana gələ bilər.

Vaginal axıntılar cinsi sağlamlığı mənfi təsir edir

Qadınların cinsi sağlamlığını və həyatını mənfi təsir edən və daha çox infeksiya qaynaqlı olan "vaginal axıntılar", normal fizioloji axıntılar və infeksiyaya bağlı axıntılar olaraq ikiyə ayrılar. Qoxusuz, şəffaf, rəngsiz, adətin müəyyən zamanlarına görə miqdarı artıb azalan axıntılar normal fizioloji axıntılardır. Rahim ağzından gələn sümüksü və şəffaf rəngli bu axıntılar hormonlarla əlaqədar olduğundan müəyyən zamanlarda artım göstərir. İnfeksiyaya bağlı olaraq ortaya çıxan axıntıların əlamətləri arasında rəngli, ətirli, narahat edici miqdarda görülməsi sayıla bilər. Bunlar bakteriya, göbələk və ya parazit mənşəli ola bilər.

Şiddətli aybaşı ağrıları həyat keyfiyyətini salır
Aybaşı olan qadınların yarısından çoxunun qanamalarının ilk bir-iki günü ağrısı olmaqdadır. Ümumiyyətlə bu ağrı yüngüldür, ancaq bəzən gündəlik işlərini məhdudlaşdıracaq qədər şiddətli ola bilər. Bu şiddətli ağrı dismenore olaraq adlandırılar. Dismenore tapıntıları arasında alt qarında ağrı və ya kramplar, baş ağrısı, ürək bulanma, qusma və baş dönməsi sayıla bilər. Dismenorenin müalicəsi dərmanlar və ağrını azaldan texnikalarıdı, bəzi faktlarda cərrahi əməliyyata ehtiyac duyula bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri