Vaginal axıntı

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 719
Səs ver:
(səs: 0)
1. Hər zaman pambıqdan hazırlanmış alt paltarı geyinin. Pambıq genital bölgənizi quru saxlayaraq hava almasına şərait yaradır. Eyni zamanda, gün ərzində alt geyimi geyinib, gecələri yatarkən geyinməməniz də yaxşı bir fikir ola bilər.

2. Vaginanı dezenfeksiya etmək məqsədli mayelər istifadə etməyin.

3. VAGINAL yağlama üçün heç bir zaman vazelin və ya başqa yağlar istifadə etməyin. Bu bakteriyaların böyüməsi üçün bir qida mənbəyi yarada bilər.

4. Bir VAGINAL infeksiya üçün müalicə alırsınızsa, daha yaxşı olduğunuzu düşünsəniz də bütün dərmanlarınızı təlimat edildiyi formada istifadə edin.

5. Bir VAGINAL infeksiya müalicəsi zamanı seks əlaqəsinə girməyin. Heç bir əlamət qalmayana qədər gözləyin.

6. Qadınlara məxsus təmizlik vasitələri, ətirli ya da deodorantlı sabunlar, pudralar, köpüklü vanna kimi vaginanı qıcıqlandıracaq vasitələrin vaginaya təmasından çəkinin ve losyonlar istifadə etməyin.

7. Uzunmüddətli çimərlik ya da gimnastika kostyumları və ya dar şalvarlar kimi bədəni sıxan geyimlərdən çəkinin.

8. VAGINAL infeksiyalar əsasən həddən artıq qaşınmaya səbəb olur, amma dözə bilirsinizsə mümkün qədər qaşınmayın. İnfeksiyalı yerləri qaşımaq, problemi daha da böyüdə bilər.

9. Aybaşı periodunda VAGINAL kremlər və ya VAGINAL tamponlar istifadə etməyə başlayarkən aybaşı dövrü boyunca dərmanlarınızı nizamlı olaraq almağa davam edin, tampon yerinə bez istifadə edin.

10. Bir VAGINAL infeksiyadan özünüzü müalicə etməyə çalışmayın, problem varsa VAGINAL muayinə üçün həkimə gedin, problemlər müalicədən sonra düzəlməsə, müalicədən 48 saat müddət keçmədikcə hər hansı bir əlavə VAGINAL vəsitə istifadə etməyin.

11. Uzun müddətli tək partniyorlu bir əlaqədə deyilsinizsə cinsi əlaqə zamanı prezervativ istifadə edin.

12. Ayaqyolunuzu etdikdən sonra öndən arxaya doğru yuyunun. Bu şəkildə yuyunmamaq bakteriyaları vajinaya asanlıqla bulaşdırır. VAGINAL axıntı kəskin infeksiyaya yol aça bilir.
Əlbəttə əsas şəxsi gigiyenadır. Ancaq lazımı qədər yuxu, lazımi qədər maye qəbulu, çoxçeşidli və yararlı bir qidalanma ümumi sağlamlığınız qədər VAGINAL sağlamlığınız üçün də hər zaman çox faydalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri