Yumurtalıqda kista

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 7 197
Səs ver:
(səs: 0)
Yumurtalığın kistası – yumurtalığın səthində və ya daxilində olan boşluqlu (içərisi maye ilə dolmuş kisəşəkilli şiş) törəmələrdir. Hazırkı dövrdə bu, kifayət qədər yayılmış xəstəlikdir.
Yumurtalıqların fəaliyyəti barədə qısa məlumat verək. Yumurtalıqların işini idarə edən hormonların təsiri altında mayalanma üçün bir və ya bir neçə follikul yetişərək böyüməyə başlayırlar.
Müəyyən bir müddətdən sonra bir və ya bir neçə follikul daxilində yumurta hüceyrəsi daşıyan yetişmiş follikula çevrilir. Hormonların təsiri altında yetişmiş follikul partlayır və bu zaman yumurta hüceyrəsi qarın boşluğuna düşür. Follikul mayesi öz axarı ilə yumurta hüceyrəsini uşaqlıq borusunun qıfşəkilli hissəsinə istiqamətləndirir. Müvafiq şərtlər daxilində məhz uşaqlıq borusunda mayalanma baş verir. Dağılmış follikulun yerində sarı cisim əmələ gəlir ki, o da aktiv şəkildə progesteron hormonu ifraz etməyə başlayır. Mayalanma baş vermədikdə isə sarı cisim yumurtalıqda 10-14 gün yaşadıqdan sonra məhv olur və nəticədə menstruasiya (aybaşı) baş verir.
Bu, normal halda belə olur. Bəzən isə bu və ya başqa səbəblərdən bu prosesdə pozğunluq baş verir. Məsələn, içərisində yumurta hüceyrəsi olan follikul müəyyən bir anda "donur” və özünün sonrakı inkişafını dayandırır. Müəyyən dövrdə inkişafını dayandırmış bu follikul, onun hüceyrələri tərəfindən qadın cinsi hormonlarının artıq dərəcədə hazırlanması nəticəsində, follikulyar kistaya çevrilir. Bu kistanın ölçüsü bəzən 6 sm-dək çata bilir. Bu zaman yumurta hüceyrəsi yumurtalıqdan çıxmır, uşaqlığın daxili selikli qişası olan endometriumun qalınlaşaraq inkişaf etməsi baş vermir ki, bunun da nəticəsində aybaşı 10-15 gün müddətinə ləngimiş olur. Bu, kistanın əmələ gəlməsinin bir variantıdır.
Bundan əlavə, başqa variantlar mövcuddur. Məsələn, sarı cisim sakitcə "solmaq” əvəzinə sürətlə inkişaf etməyə başlayır, aktiv şəkildə progesteron hazırlayır və bunun nəticəsində sarı cismin kistasına (və ya lyüteyin kistasına) çevrilir.
Kistaların əmələ gəlməsinin əsas səbəbi qadın orqanizmində olan hormonal pozğunluqlardır. Yumurtalığın fəaliyyəti nəticəsində əmələ gələn kistaların müalicəsinə, adətən, heç bir ehtiyac olmur (həkimlər bu kistaları funksional kistalar adlandırır). Adətən funksional kistalar bir-iki aybaşı tsikli ərzində öz-özünə sorulurlar. Kistalar sorulduqda dəyişilmiş aybaşı baş verir – adi halda olduğundan daha çox və ya az miqdarda qanaxma olur və ya daha uzun müddət ərzində cinsi yollardan cüzi qan ifrazı ilə müşayiət olunur.
Funksional kistalar kiçik ölçülü olduqda, adətən, heç bir əlamətlə özünü büruzə vermir və təsadüfən ultrasəs müayinəsi (USM) zamanı aşkar edilir. İri funksional kistalar isə qarının aşağı hissəsində və cinsi akt zamanı ağrılara səbəb ola bilərlər. Bu halda qadınlar mütləq həkimə müraciət etməlidirlər.
Əgər müayinə zamanı qadında yumurtalığın kistası müəyyən edilərsə, həkim onu bir-iki aybaşı tsikli ərzində nəzarətdə saxlayır. Nəzarət dövründə qadın qarının aşağı hissəsinə isti tətbiq edilməsi ilə olan müalicə üsüllarından (palçıq müalicəsi və digər bu kimi üsullar) istifadə etməməlidir! Çünki bu zaman kiçik çanaq üzvlərinin - həmçinin yumurtalıqların qan dövranı güclənir. Buna isə yol vermək olmaz! Çünki bu zaman kistanın böyüməsi və son nəticədə partlaması baş verə bilər. Belə xəstələrə sauna və isti hamama getmək, isti vanna qəbul etmək olmaz. Onları ilıq duş altında yuyunmaqla əvəz etmək olar. Günəş vannalarını isə səhər saat 11-dək və axşam saat 18-dən sonra qəbul etmək olar.
Növbəti aybaşından sonra qadın yenidən ultrasəs müayinəsindən (USM) keçir. Əksər hallarda növbəti aybaşı zamanı funksional kista ya tamam yox olur, ya da xeyli dərəcədə kiçilir, daha növbəti aybaşından sonra isə bütünlüklə yox olur. Sorulma baş vermədiyi halda isə qadına hormonal preparatlarla müalicə yazılır. Bu müalicənin nəticəsində yumurtalığın kistası, adətən, sorulur. Əgər yumurtalıq kistanın müalicəsi üç ay ərzində effekt vermirsə, bu halda onu cərrahi yolla xaric edirlər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 7 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri