Menstruasiya dövründə olan gecikmələrin səbəbi

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 654
Səs ver:
(səs: 0)
Depresiv ruh halı və həddindən artıq iştah görülə bilər
Normal adət qanaması, 21-35 gündən bir olub, 2-6 gün davam edir. Bu adət qanamaları 20- 60 ml qan itkisii ilə nəticələnməkdədir. 7 gündən uzun sürən, 80 ml və ya daha çox qan itkisi olan, 21 gündən qısa və ya 35 gündən daha uzun aralıqda olan qanamalar anormal olaraq qiymətləndirilir. Hər qadında regl dövrü fərqli ola bilər. Bəzi kəslərdə heç bir əlamət olmazkən, kimilərində isə dəyişik dərəcədə adət əvvəli, gərginlik, əsəbilik, depressiya, yorğunluq, iştah dəyişiklikləri, bulanma, qusma, məmələrdə gərginlik, ağrı, qarında və bədəndə şişmə, sıx sidiyə çıxma, bel və sümük ağrıları ola bilər. Adət nizamında dəyişikliklər normal deyil

Hər bir qadın zaman-zaman adət nizamında gecikmələr ya da müəyyən zaman da qanamalar yaşaya bilər. Normal insan həyatında yaşanılan stresslər, çətinliklər, ani kilo dəyişiklikləri, idman, kədərlər kimi bir faktor adət nizamına təsir edə və nizamlı işləyən bu mexanizmdə dəyişikliklərə səbəb ola bilər. Adət nizamındakı dəyişiklikllərin heç biri normal deyil və araşdırılması lazımdır. Hər adət nizamsızlığı anormal olmasına baxmayaraq hər vaxt bir patologiyanı, kist, myomu ya da xərçəngi işarə etməz. Altda yatan anatomik bir patologiya olmadığı halda normal adət nizamında meydana gələn anormal qanamalara Disfonksiyonel Uterin Qanama (DUK) adı verilər. Burada əhəmiyyətli olan nöqtə qanama pozuqluğunu açıqlayacaq səbəbin tapılmasıdır.

Nizamsızlığın qaynağı təyin olunmalıdır

Adət nizamsızlıqlarının meydana gəlməsinin səbəbləri baxımından iki ana başlıqda qiymətləndirilməkdədir. Əvvəlcə nizamsız adət qanaması şikayətlənməsi mütləq bir qadın xəstəlikləri və doğum mütəxəssisi tərəfindən qiymətləndirməlidir. Müayinə əsnasında qanamağa səbəb ola biləcək faktorlar tək-tək nəzərdən keçirilir. Vagina, rəhm, yumurtalıqlar müayinə edilir və ultrasonografi ilə qiymətləndirilir. Eyni üsulla rəhm iç pərdəsinin qalınlığı (endometrial qalınlıq) ölçülməkdədir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri