Qadınlara menstruasiya günlərində ödənişli məzuniyyət veriləcək

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 1 952
Səs ver:
(səs: 1)
Tezliklə İtaliya yeganə Qərb ölkəsi olaraq tarixə düşəcək. Bu ölkədə qadınlara menstruasiya günlərində ödənişli məzuniyyət veriləcək
Qanun layihəsi təsdiqlənmək üçün İtaliya parlamentində müzakirəyə çıxarılıb.

Hazırlanan layihəyə görə, şirkətlər qadın əməkdaşlarına "özəl günlərdə" hər ay 3 gün müddətinə öz hesablarına məzuniyyət verəcəklər.
Ekspertlər bu layihənin uğursuz tərəflərini analiz ediblər. Onların sözlərinə görə, bu qanun layihəsi qüvvəyə minərsə, işə qəbul zamanı əks cinsin nümayəndələrinə daha çox üstünlük veriləcək. Bu danılmaz faktdır.
Layihə tərəfdarları isə əmindirlər ki, bu addım kollektiv arasında rahat atmosfer yaratmağa, müdiriyyət və işçi münasibətlərində, həmçinin cəmiyyətin inkişafında yeni mərhələ olacaq.

Güclü ağrılardan əzab çəkən qadınlar üçün xüsusi məzuniyyətin verilməsi haqqında analoji qanun artıq Yaponiya və Cənubi Koreyada qəbul edilib. Bu ölkələrdə də mövzu barədə mübahisələr indiyə qədər davam edir.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1 952
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri