Hamiləlik və babasil

Müəllif: arzum-aysum
Şərhlər: 1
Baxılıb: 4 080
Səs ver:
(səs: 1)
Hamiləlik və doğuş babasilin inkişafı və kəskinləşməsi üçün əsas risk faktorları sayılır.

Hamilə qadınların yarısından çoxunda hamiləlik zamanı babasil inkişaf edir və ya hamiləlikdən əvvəl mövcud olan babasil kəskinləşir.

Doğuş zamanı qadının orqanizmi ağır yükləmələrə məruz qalır. Əzələlər həddən artıq gərginləşir, qarın boşluğunda olan təzyiq bir neçə dəfə artır. Bu isə babasil düyünlərinin qanla dolmasına və hətta yırtılmasına səbəb ola bilər. Bu fakt babasildən əziyyət çəkən hamilə qadınları qorxuzur və onlar həkimlərə tez-tez bu kimi suallarla müraciət edirlər: "Babasili olan qadın doğa bilərmi?" Təbii ki, bilər. Lakin hamiləlikdən əvvəl, hamiləlik zamanı və doğuşdan əvvəl qadın müəyyən profilaktik tədbirləri keçməlidir ki, doğuş ciddi ağırlaşmalara gətirib çıxartmasın.

Hamiləlik zamanı babasil nə üçün inkişaf edir? Bunun səbəbləri çoxdur.
- Hamiləlik zamanı qadın orqanizmində hormonal fon çox kəskin dəyişilir və bu əzələlərin və damarların divarlarının zəifləməsinə səbəb olur. Damarlar asanlıqla enlənir və nəticədə düyünlər əmələ gəlir. Bu düyünlər kiçik çanaqda olan durğunluğun nəticəsində qanla dolur.

- Hamiləlik zamanı bağırsaqların əzələləri də zəifləyir və bu tez-tez təkrarlanan qəbizliklərə səbəb olur. Qəbizlik zamanı qadın gücənməyə məcbur olur ki, bu babasil düyünlərinin böyüməsinə səbəb olur.

- Böyümüş uşaqlıq kiçik çanaq damarlarını sıxır və bu babasilin gedişatını daha da ağırlaşdırır.

Babasili (hətta müalicə olunmuş) olan qadın hamiləlikdən əvvəl mütləq proktoloqun müayinəsindən keçməli və damarların divarlarının möhkəmləndirilməsinə yönəldilmiş müalicə almalıdır. Bəzi hallarda qadına cərrahi müalicə təyin oluna bilər. Bəzən hamiləliyin və doğuşun asan keçməsi üçün babasil düyünlərinin xaric olunması zəruridir.

Hamiləlik zamanı babasilin müalicəsi çətinləşir - babasilin müalicəsində istifadə olunan bir çox preparatların qəbulu əks-göstərişdir və ya təhlükəlidir. Bu isə babasili olan qadının vəziyyətini daha da ağırlaşdırır.

Hamiləlik zamanı adətən tərkibində təbii maddələr olan şamlardan (propolis, çaytikanı) istifadə olunur. Həmçinin hamiləlik zamanı xalq təbabəti üsullarından da istifadə etmək olar:
- Çobanyastığı, gicitkən, zəncirotu kimi müalicəvi otların dəmləmələri ilə (ilıq vəziyyətdə) yuyunmalar.

- Ot dəmləmələri ilə kompreslər.

- Aloe şirəsi ilə islatmalar.

Qəbizliklərin qarşısını almaq üçün düzgün qidalanmaq lazımdır. Qidalanmanıza təzə meyvə-tərəvəz, sıyıqlar daxil edin, kifayət qədər maye qəbul edin.

Hamiləlik zamanı işlətmə dərmanlarından çox ehtiyatla və yalnız həkimin məsləhəti ilə istifadə etmək olar. Məsələ burasındadır ki, işlətmə dərmanları bağırsaqların fəaliyyətini gücləndirir, bu isə öz növbəsində uşaqlığın yığılmasına təkan verə bilər. Uşaqlığın yığılması uşaqsalmaya və vaxtından tez doğuşa səbəb ola bilər.

Babasil təbii doğuş üçün əks-göstəriş sayılmır. Qeysəriyyə kəsiyi əməliyyatı yalnız babasilin ağırlaşmaları zamanı (babasil düyünlərinin trombozu, qanaxma, nekroz, infeksiyalaşma) tətbiq oluna bilər. Lakin xoşbəxtlikdən belə hallara tez-tez təsadüf edilmir.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri