D vitamini dölü bu ağır xəstəlikdən qoruyur

Müəllif: Antikvar
Şərhlər: 4
Baxılıb: 1 685
Səs ver:
(səs: 0)
Kvinslend Universiteti (Avstraliya) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, hamiləliyin ilk üçaylığında D vitamininin qəbulu döldə autizmin riskini azaldır.
Alimlər qeyd edir ki, D vitamini beyinin və sümüklərin normal inkişafında böyük rol oynayır.
The Indian Express xəbər verir ki, burada söhbət yalnız xolekalsiferoldan (D3) gedir. D vitamininin aktiv formasını (kalsitriol) isə hamiləlik zamanı qəbul etmək olmaz ki, bu dölün skeletinin inkişafına mənfi təsir edə bilər.
Autizm ağır anadangəlmə nevroloji xəstəlikdir. Autizmdən əziyyət çəkən uşaqlarda nitq, diqqət, təfəkkürün inkişafında ciddi pozulmalar olur, belə uşaqlar yad insanlarla ünsiyyət qurmur, sosial həyatında böyük problemlər yaşayır.
Autizm kifayət qədər yayılmış pozulmadır və bütün dünyada ildən ilə bu pozulmadan əziyyət çəkən uşaqların sayı artır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri