İldə neçə dəfə saç boyatmaq olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 992
Səs ver:
(səs: 0)
Alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, qadın saçlarını il ərzində 5 dəfədən artıq boyamamalıdır.

Əks halda qadında süd vəzi xərçənginin riski artır.
Nəzərinizə çatdıraq ki, süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür. Hər il dünyada 1 mln. artıq qadına bu diaqnoz qoyulur.
statistikaya görə qadınların bir çox hissəsi ayda 1 dəfə saçlarını boyayır. Bu zaman əksər qadınlar kimyəvi boyalardan istifadə edir. Bu hal ekspertlər tərəfindən çox mənfi qarşılanır.
Mütəxəssislər qadınlara tərkibində təbii komponentlər (xna, basma, itburnu) olan boyalardan istifadə etməyi tövsiyə edirlər. Belə boyalar sağlamlığa heç bir ziyan vurmur və eyni zamanda kimyəvi boyalardan fərqli olaraq saçların vəziyyətinə də çox yaxşı təsir edir - qidalandırır, möhkəmləndirir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 992
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri