Bu prosedurdan sonra ağrılar olarsa…

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 850
Paylaş:
Səs ver:
(səs: 1)
Spiral uşaqlıq yoluna yerləşdirilən, adətən T formasında olan, hamiləlikdən qorunmaq vasitəsidir. Spiral spermaların canlılığını itirir və yumurtalıq kanalına girməsinin qarşısını alır. Tətbiq olunan andan qorumağa başlayır və çıxarıldığında isə təsirini itirir. Qoruma müddəti 5-10 il arasında dəyişir. Qoruyuculuğunu itirməməsi üçün 5 ildən bir yenilənməlidir.

Qadinla.com xəbər verir ki, qoruma effekti yüksək olsa da bəzən bununla belə qadınların hamilə qalması mümkündür. Hər üsulda olduğu kimi spiral da 100 faizlik effekt vermir.

Nə zaman taxılır?

Spiral yeni doğum edən və uşağına süd verən qadınlara doğumdan 40 gün sonra taxıla bilər. Hamilə olmayan qadınlarda isə adətən menstruasiyaya yaxın və ya qanamanın azaldığı, ancaq bitmədiyi zamanda taxılır.

Spiralı kimlər istifadə edə bilər?

Cinsi yolla yoluxucu xəstəliyi, uşaqlıq yolunda infeksiyası olmayan, uzun müddət hamilə qalmaq istəməyən qadınlara taxılır. 5 il müddətliyinə qoyulsa da, istənilən zaman çıxartmaq mümkündür.

Ancaq hamiləlik şübhəsi olanlar, immun sistemi zəif, bəzi maddələrə qarşı allergiyası, uşaqlıq xərçəngi şübhəsi olanlara, menstruasiya zamanı çox ağrı çəkən qadınlara spiral taxmağa qəti şəkildə icazə verilmir.

Spiral qoyduran xanımlarda hansı şikayətlər ola bilər?

Bu prosedurdan sonra əzələ ağrısı olması mümkündür. Keçici ağrılar bir neçə ay davam etsə də, sonra yox olur.

Spiralın əks göstərişləri varmı?

Bəzi xəstələrdə qanaxma və menstruasiya ağrısının artması, vaginal axıntı və ya infeksiya müşahidə edilə bilər. Adətən bu hallar spiral çıxarıldıqdan sonra davam etmir.

Spiral qoyulduğu zaman bunlar müşahidə olunarsa həkiminizə təcili müraciət etməlisiniz:

Menstruasiya gecikərsə

Qanaxma şiddətlənərsə

Bilinməyən yüksək qızdırma və titrəmə

Pis qoxulu axıntı

Cinsi münasibət zaman spiral hiss edilərsə.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 850
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love-Girl
Fikirimce Tez tez aborta gedib gunaha batmadan canini xeste salmaqdansa ispiral en yaxwi vasitedir.
23 dekabr 2017 15:38
2
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
BARBI
Hamilelikden qorumnmaq ucun en effektli yoldur.Zereri cox olsada gemis istifade edilir
23 dekabr 2017 05:35
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri