Qadın cinsi münasibətdən niyə qaçır?

Müəllif: Barbaris
Şərhlər: 0
Baxılıb: 2 733
Səs ver:
(səs: 0)
Dünyada hər 10 qadından biri vaginizm problemindən əziyyət çəkir. Ancaq bu xəstəlik özünü hər zaman biruzə verməyə bilər.

Qadinla.com xəbər verir ki, vaginizm xəstəliyi cinsi münasibət zamanı qadının bu vəziyyəti imkansız hala gətirməsidir.

Cinsi münasibətdən kişi və qadının həzz alması ikili münasibətlərin, xüsusilə də xoşbəxt evliliyin təməl daşıdır.

Ancaq baş verən bəzi problemlər bu istəyin geri plana atılmasına səbəb ola bilər. Vaginizm xəstəliyi qadında cinsi münasibətə istəksizlik yaradır. Bu xəstəliyə tutulanlar cinsi münasibətdən heç bir şəkildə həzz almır, hətta ona bezdirici gəlir. Bu hər insanda özünü bir formada əks etdirir.

İlkin göstəricilər nədir?

Bu zaman qadın cinsi münasibətdən çox qorxur və hətta bundan qaçır.

Ağrılı cinsi münasibət

Münasibət çox ağrılı olur və çətin şəkildə həyata keçir.

Ginekoloq qorxusu

Qadınlar cinsi münasibətdən qorxduqları üçün həkimə də getmək istəmirlər, münasibət zamanı özlərini sıxdıqları üçün bunu daha da çətin hala gətirirlər.

Vaginizm niyə yaranır?

Xəstəliyin tibbi səbəbi tapılmasa da adətən psixoloji problemdən qaynaqlandığı təxmin edilir.

Vaginizmin müalicəsi necə aparılır?

Xəstəliyin müalicəsi qadının şikayətlərinə uyğun olaraq aparılır. Adətən xəstədə bu problemi yaradacaq məsələnin əsas mənbəyi araşdırılır. Bəzən ehtiyac duyulduqda ginekoloq xəstəni psixoloqa da yönləndirir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri