Sağlıqlı bir menapauza üçün 5 TƏKLİF

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 904
Səs ver:
(səs: 0)
İlk mərhələdə perimenopoz dövrü
Menopauza, qadının yumurtlama funksiyanın tam itirilərək ortaya çıxan,adət qanamalarının tamamilə sona çatması halıdır. Başqa bir səbəb olmadan bir il ərzində adət görməyən qadın menopauza daxil olduğu deyilə bilər. Qadının hormonal, bioloji bir sıra dəyişikliklər yaşadığı, bunların nəticəsində də menopauza əlamətlərinin müşahidə olunduğu dövr isə perimenopoz adlandırılır. Perimenopoz, 6 ay da davam edə bilər, 5-6 ilə qədər də uzana bilər. Simptomların başlamasından tam menopauza qədər keçən müddəti söyləmək mümkün deyil.

Əlamətləri tanıyın
Perimenopoz dövrü qadın yumurtalığından iki əsas qadınlıq hormonu olan östrojen və progesteron istehsalının tədricən azalmağa başladığı dövrdür. Bəzi qadınlar hər hansı bir əlamət yaşamadığınız, hər dörd qadından üçü bəzi əlamətlər yaşar. Ən çox görülənlər arasında nizamsız adət qanları, atəş basmaları, gecə tərləmələri, yuxu pozğunluqları, ani hiss vəziyyət dəyişiklikləri, libido-da azalma, kilo almağa meyillilik, müvazinət çətinliyi, vajinal quruluq hissi sayıla bilər.

5 təklif
1 - Bu dövrdə hərtərəfli tibbi qiymətləndirmə aparılmalıdır. İlk növbədə qadının tibbi tərcümeyi-halı, adət nizamı qiymətləndirilməlidir. Menopauza qadın üçün sağlamlığı baxımından yaratdığı ən əsas iki problem osteoporoz və ürək damar xəstəlikləridir. Bunlarla yanaşı depressiya baxımından diabet, hipertoniya, köklük, varikoz, infarkt kimi xəstəliklərdə nəzərdən keçirilməlidir. Hər bir qadın özünə xüsusi sağlamlıq riskləri daşıdığı üçün həyat tərzi dəyişiklikləri planlaşdırmalı və tədbirlər görməlidir.

2 - Menopauza təkan verən ən böyük faktor isə siqaret istifadəsidir. Siqaret çəkən qadınlar yumurtalarını erkən itirib menopauza 2 il əvvəl girmə təhdidi ilə qarşı-qarşıya qalırlar. Menopauza ertələmək üçün edilə biləcək ən təsirli hərəkət siqaret çəkməmək, yaxud da ki,tərgitmək olacaqdır.

3 - Menopauza, qadının çoxalma dövrünün sonudur ancaq qadınlığı çoxalmaq ilə bərabər tutmamaq lazımdır. Qadınlar bu dövrü yeni bir həyatın başlanğıcı kimi görməli və menopauza həyatın təbii axınındakı yeri qəbul edilməlidir.

4 - Sağlam, diqqətli bir qidalanmanın yanaşı məşq adi hala gətirilməlidir. Həkim tərəfindən təklif ediləcək mövsümi olaraq dəstəklərlə bədən və ruh sağlamlığını öncele-yərək əyləncəli, daha kefli həyat dövrü kimi qəbul etməlidir.

5 - Menopauza sonrası cinsi həyat davam edir. Arzuolunmaz hamiləlik qorxusu ortadan qalxdığı üçün daha azad bir cinsi həyat təmin edilir. Libido azala bilər ancaq qadınlar bunu idarə edəcək, bəsləyəcək kamilliyə malik olduğundan cinsi həyata həyatının bu dövrünə görə rahatlıqla davam edə bilər.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 904
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri