Dərinizdəki problemlər hansı xəstəliklərin xəbərçisidir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 147
Səs ver:
(səs: 0)
Pul-pul tökülən dəri, solğun bir cild, dodaqlardakı yara və uçuqlar ilə qırılan dırnaqlar ciddi xəstəliklərin xəbərçisi ola bilər.

Bəzi narahatlıqlar dərimizdən siqnal verirlər. Dermatoloji Mütəxəssisi Doktor Ata Nejat Sabah məsələ ilə bağlı məlumatlar verib.

PUL-PUL TÖKÜLƏN DƏRİ: Dəriniz həddindən artıq quruluq səbəbilə pul-pul tökülürsə A vitamini çatışmazlığı söz mövzusu ola bilər. Çünki A vitaminin kifayət qədər alınmaması cilddə quruya səbəb olur. Bu səbəblə A vitamini ehtiva edən qidalar, sink, E vitamini və Omega-3 yağ turşusu möhkəmlətməsi dərinizi nəmləndirəcəkdir. Siqaret istifadəsindən uzaq durmalısınız. Qışda gündə ən azı 2 litr su istehlak etməlisiniz.

SOLĞUN DƏRİ: Dəmir çatışmazlığı və anemiya dərinizin nəfəs görünməsinin səbəblərindən bazalarıdır.buna görə bu narahatlıqlara qarşı ehtiyatınızı almanızda fayda var.Düzənli bir şəkildə beta karoten ehtiva edən portağal, qarpız, pomidor kimi yeyəcəklər yeməyiniz dərinizin daha sağlam, canlı və rəngli görünməsinə yardımçı olur.

DODAQLARDA YARA VƏ UÇUQLAR: Yəqin ki, ya immunitet sisteminiz zəif, ya da B vitamini çatışmamazlığınız var.Qeyri sağlam qidalanma, dəmir çatışmazlığı və D vitamini çatışmazlığı immunitetin azalmasına səbəb verəbilir.Uçuk əsas stress və psixoloji pozğunluq səbəbiylə də olabilir.Nəticədə stress, kədər, həyəcan, qorxu immun sistemini pozub, mənfi cəhətləri üzümzə yansıtır.Bu səbəblə stressdən uzaq olmanızda fayda var.

QIRILAN DIRNAQLAR: Müxtəlif xəstəliklər səbəbindən dırnaq qırılmaları söz mövzusu olacağı kimi mineralların azlığı vəziyyətində da dırnaqlarda soyulma, sınma kimi problemlər müşaidə oluna bilir.Sağlıqlı və gözəl dırnaqlar üçün orqanizm kalsium, maqnezium, D vitamini və sinkə ehtiyac duyur. Tünd yaşıl yarpaqlı tərəvəzlərdə, süd məhsullarında, quru meyvələrdə olur. Gözəl, cəlbedici dırnaqlar üçün günəş işığı və zeytun yağı istehlakı də əhəmiyyətlidir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 147
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri