Eurovision-2011»: böyük beşlik ( ONLAYN VİDEO )

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 990
Səs ver:
(səs: 0)
Eurovision-2011»: böyük beşlik ( ONLAYN VİDEO )
Son olaraq yarışın ənənəsinə əsasən, birbaşa finalda çıxış etmək hüququ olan «böyük beşlik» ölkələrinin təmsilçilərini təqdim edirik.

Qeyd edək ki, «böyük beşliy»ə Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa daxildir. Fransa finalda 11-ci, İtaliya 12, Böyük Britaniya 14, Almaniya 15, İspaniya isə 22-ci çıxış edəcək.

Fransanı «Eurovision-2011»də dünyanın ən gənc tenorlarından olan 21 yaşlı Amori Vassali təmsil edəcək. İndiyədək ifaçının 2 albomu çıxıb.
İtaliya yarışda Rafael Qulatsi ilə təmsil olunacaq. Klassik musiqi təhsili almış ifaçı özü musiqi bəstələyir. İndiyədək o, müxtəlif mahnı müsabiqələrində iştirak edib.

Britaniyanın «Blue» qrupu yarışda «I Can» mahnısını ifa edəcək. Qrup üzvləri 2002-ci ildə Elton Conun məşhur «Sorry Seems To Be The Hardest Word» mahnısını ifa etməklə populyarlaşıb.
Almaniyanın bu il yarışa ötən ilki qalib Lena Meyerlə qatıldığını hər kəs bilir. Bu ilki finalda ifaçı «Taken By A Stranger» mahnısını oxuyacaq. 19 yaşlı ifaçının səhnəyə kifayət qədər intimual görkəmdə çıxacağı məlumdur.

Nəhayət, İspaniyanı müsabiqədə Lyusiya Peres təmsil edir. O, 2002-ci ildən etibarən mütəmadi olaraq müxtəlif müsabiqələrdə iştirak edib. Bunun ispaniyalı ifaçıya nə qədər kömək edəcəyini bir neçə gün sonra görəcəyik…


 

 

 

 
 
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 990
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri