Həddindən artıq səbr arsızlıqdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 576
Səs ver:
(səs: 1)
H601;ddind601;n art305;q s601;br ars305;zl305;qd305;r?


Yeniyetmə qız 15 yaşından başlayaraq öz dəyərini artıq anlamağa başlayır. Yəni bu vaxtdan etibarən onlar özlərinə qiymət verməyi bacarmalıdır. Elə bu da onun hisslərinin sağlam formalaşmasına təkan verir. Özünü dəyərləndirmək yalnız şəxsi həyatda deyil, həmçinin iş kariyerasında vacib amildir.

Qadın həyatı boyunca qarşılaşdığı problemlərə öz səbri ilə qalib gələ bilər. Ömrümüzün əvvəlindən sonuna kimi səbr edirik. İş prosesində, sevdiyin insanla rəftarında, ən çox xoşladığın hər hansı 1 işlə məşğul olanda da səbr etməli oluruq. Səbrli, təmkinli, ağıllı qadın sevdiyi insanlarla arasında yarana biləcək hər hansı 1 problemi yoluna qoyur, işində uğur qazanır, boş-boş qıcıqlanmalardan öz başına iş açmır. Əksər vaxtlarda öz emosiyalarını çox məharətlə gizlədə bilən qadın, onun üçün əziz olan hər bir şeyi itirməmək üçün sonuna qədər mübarizə aparır. Bəlkə də elə buna görədir ki, zərif cinsin nümayəndələri həmişə ətrafdakılar tərəfindən dəyərləndirilməyi tələb edir və gözləyir. Belə bir deyim var ki: “Səbr və iradə ilə hər şeyə üstün gəlmək olar”. Lakin həddən artıq səbr də bəzən insanın özünü düzgün dəyərləndirilməsinə mane yaradır. Belə ki, qarşında baş verən haqsızlığa göz yumub, səbr etsən bu ilk növbədə özünə hörmətsizlik kimi başa düşülər.

Səbr edərək özünə qarşı alçaldılmalara göz yummamalısan. İnsan ifrat dərəcədə səbr etsə, artıq iş-işdən keçdiyinin də şahidi ola bilər. Bu isə təbii ki, əhval-ruhiyəni korlayar, mənfi enerji yaradar. Əgər kiminsə tərəfindən düz başa düşülməsən və buna səbr edib sakit dayansan, bu zaman çoxları səni düzgün anlamaz və səndə ətrafına qarşı inciklik hissi formalaşar.

Özünün düzgün olduğunu görən şəxs bütün dünyaya “daha bəsdir, kifayətdir”, deyə qışqırmaq istəyir. Sonda görürsən ki, hər şeyə susub, sakit yanaşmağın səni bu vəziyyətə gətirib çıxardı. Ona görə də psixoloqlar belə məsləhət görürlər ki, vaxtında hər şeyi yerinə qoymaq lazımdır. Belə olan zaman isə qarşılaşa biləcəyin ən kiçik haqsızlıq ehtimalını belə sıfıra endirir.

Xəbərə əlavə olaraq öz təcübəmdən qeyd edim ki, şəxsi həyatımda baş verən gərginliklərlə əlaqədar illər öncə o qədər aqressiv idim ki... Və mübahisələr "müharibəyə" çevrilirdi... Zamanla anladım ki, susmaq ən yaxşı yoldur. Ən azından əlavə problemlərin qarşısını alırsan, o cümlədən əsəbləşərək qarşındakının səviyyəsinə düşmürsən, əsəblərin sakit olur. Həm də insan mübarizə aparmaqdan yorulur və həyata təslim olursan. Bu yorğunluğun əlaməti olaraq artıq heç nəyə əhəmiyyət vermirəm. Kim nə danışır-danışsın vecimə deyil. Hərdən anam deyir ki, qızım, day bu qədər də səbr olmaz, sanki arsızlaşmısan )))) .


Bax, belə təhqirlərə qarşı susanda da olursan arsız....


H601;ddind601;n art305;q s601;br ars305;zl305;qd305;r?
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri