İt Hyustonun mahnısını belə oxudu - Video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 650
Səs ver:
(səs: 4)
Sosial mediaya düşən bir görüntü izləyənlərin marağına səbəb olub. Görüntülərdə bir itin Uitni Hyustonun məşhur  "I will always love you" mahnısının sədaları altında oxuması öz əksini tapıb.

Hər zaman sahiblərinə göstərdikləri sədaqətləri ilə seçilən itlər yenə xəbər mövzusuna çevriliblər.  Amma bu dəfə tamam fərqli şəkildə. Adı Ledi Zena olan it görənləri qeyri-adi bacarığı ilə heyrətə gətirir. Ledi Zenanı digər itlərdən fərqləndirən cəhət nə qədər qəribə olsa da oxumağı bacarmasıdır.

Belçikada keçirilən yarışmaya aparılan Ledi Zenanın çıxışı  hər kəsi təəccübləndirib. Səhnəyə çıxarılan it Uitni Hyustonun məşhur "I will always love you" mahnısı səslənən kimi özü də həmin mahnının sədaları altında oxşar səsələr çıxarmağa başlayıb. Onun bu çıxışı münsiflər heyətini də şoka salıb. İtin hər hərəkətinə əl çalaraq gülən, təəccübünü gizlədə bilməyən jüri sonda Ledi Zenaya ən yüksək bal veriblər.

Tamaşaçılar tərəfindən durmadan alqışlanan istedadlı itin görüntüləri sosial şəbəkələrdə də ən çox izlənilənlər arasında yer alıb.


(səs: 4)
Şərhlər: 6
Baxılıb: 1 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri