ƏN SEVDİYİM ROK İFAÇISI - BRAYAN ADAMS HAQQINDA + (KLİP)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 249
Səs ver:
(səs: 0)
Brayan Adams (ing. Bryan Guy Adams; 5 noyabr 1959) – Kanadalı rok musiqisi ulduzu, müğənni, bəstəkar və fotoqraf.
Pop-rok ve soft-rok stilləri ilə dünyada məşhurluq qazanmış Adams, musiqidəki töhvələrinə görə 17 dəfə Qremmi mükafatına namizəd göstərilmiş və bunlardan üçünü qazanmışdır. Bundan başqa MTV, ASCAP, Amerikan Musiqi, İvor Novello və Juno mükafatı (50-dən çox Juno namizədliyi) ilə də mükafatlandırılmışdır.

Müğənni, musiqidəki işlərindən əlavə, əsasən, insanların təhsil problemlərini həll etmək və bir çox digər mövzuda xeyriyyə konsertləri keçirir. Öz adını daşıyan xeyriyyə fondu var. Pakistan ve Vyetnam tarixində bu ölkələrdə konsert verən ilk qərbli müğənni hesab olunan Adams, eləcə də 2008-ci il Rusya-Gürcüstan müharibəsindən sonra Tbilisidə də konsert vermişdir. 2006-cı ildə Fələstin üçün, 2005-ci ildə isə Pakistanda zəlzələdə həyatını itirənlərin xatirəsi üçün konsert verən Brayan Adams bu və bir çox işlərinə, həmçinin musiqidəki uğurlarına görə, Britaniya Kolumbiyası Ordeni ve Kanada Ordeni ilə mükafatlandırılmışdır.

Kanada Məşhurlar küçəsində ulduzu olan Adams 2010-cu ildə Hollivudda da bir ulduz sahibi oldu. O, həmçinin vegetariandır və heyvan haqları müdafiəçisidir. Mahnıları əsasən romantik mövzudadır. Filmlər üçün yazdığı mahnılara görə Oskar ve Qızıl Qlobus kimi mükafatlara namizəd göstərilmişdir. "Robin Qud" filmi üçün yazdığı "(Everything I Do) "I Do It for You"" (Etdiyim hər şeyi sənin üçün edirəm) adlı mahnısı onun ən böyük hiti hesab olunur. "Billboard" jurnalı tərəfindən ötən əsrin ən yaxşı 16-cı mahnısı hesab olunan bu mahnı, İngiltərə tarixində musiqi çartlarında ən çox qalan mahnıya çevrildi. ABŞ-da 7 həftə, Kanadada 9 həftə 1 nömrəli hit oldu. Adams Qremmi mükafatları qazandı və Oskara namizəd oldu, mahnı "İlin Ən Yaxşı Mahnısı"na namizəd göstərildi. Hələ də tarixdəki ən məşhur mahnılardan olan bu mahnı bütün musiqi listlərində nömrə birə qədər yüksəldi. Mahnının mövzusu sevdiyi qadın üçün vuruşan bir kişidən ibarətdir. Qadınlar və məhəbbət haqqında yazdığı başqa bir mahnı "Have You Ever Really Loved a Woman?" ("Heç Doğurdan Bir Qadını Sevmisənmi?") da oxşar bir uğur qazandı. İki Qremmi ve bir Oskara namizəd olan mahnıda keçən bəzi sözlər, məsələn, "onun gözlərinə baxanda doğulmamış uşaqlarınızı görürsənsə, deməli, bir qadını sevirsən" sözləri məşhur oldu. Əsasən, evlenmək ilə bağlı olan "I Finally Found Someone" mahnısı da ona Oskar ve Qremmi namizədlikləri gətirdi. Bundan əlavə, Stinq ve Rod Stüart ilə "Üç Müşketyor" filmi üçün oxuduqları "All for Love" mahnısı da böyük uğur qazandı.

Müğənni Türkiyə tarixində stadion konserti verən ilk insandır, eləcə də, "Do I Have to Say the Words?" mahnısının klipini İstanbulda çəkmişdir. Müğəninin bütün mahnıları saf məhəbbət mövzusunda deyil: "I Wanna Be Your Underwear" (Altpaltarın olmaq istəyirəm), bir sevişmə haqqında olan "Let’s Make a Night to Remember", məzəli bir mənaya sahib olan Diana, tutduğu futbol komandası Çelsi üçün yazdığı "We’re Gonna Win" ("Biz Udacayıq") bunlara nümünədir. "Remembrance Day", "Way of the World" ve "Home Again" kimi mahnılar isə sülh ve ya siyasi kritizm ilə əlaqədardır. "Please Forgive Me", "All for Love", "I Finally Found Someone", "Don’t Give Up" studia albomlarında olmasalar da böyük hit olan mahnıları arasında yer alır. Əsasən, gitarada Keith Scott, barabanda isə Mickey Curry ilə birlikdə çalır. İngilis kral ailəsi ilə yaxın olan müğənni şahzadə Diana ilə də yaxın idi.

BİR VAXTLAR FANATI OLDUĞUM, BÜTÜN MAHNILARINI ƏZBƏR BİLDİYİM MÜĞƏNNİ BRAYAN ADAMS HAQQINDA MƏLUMAT PAYLAŞMAQ İSTƏDİM.KASETLƏRİNİ GÜCLƏ TAPARDIM O VAXTLAR,İNDİ İSTƏDİYİM AN QULAQ ASA BİLİRƏM))DOĞURDANDA MÖHTƏŞƏM SƏS VƏ MÜKƏMMƏL İFA. :128:

BU MAHNISINI DİNLƏMƏNİZİ TÖVSİYYƏ EDİRƏM,BRAYAN ADAMSIN ƏN SEVDİYİM MAHNILARINDANDIR.


(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri