Bağışla səni də dərdə salmışam.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 858
Səs ver:
(səs: 1)
Danışıb hərşeydən almışam xəbər
Demə evlənmisən,uşağın da var
Dedilər darıxıb,dönmək istəyir
Hələ qayıtmağa ayağın da var?

Eşitdim ağırdır daşımaq məni
Demisən ağrıyam kürəyində mən
Sən Allah düşmür mü işin çətinə?
Yanında özgəsi,ürəyində mən

Danışıb gününü,güzəranını
Dedilər peşmanlıq üzürmüş səni
Demə hara getsən o peşmançılıq
Sürünüb arxanca gəzirmiş səni

Dərdim ağır imiş,həsrətim acı
Gözün yol çəkirmiş pəncərələrdən
Məni qaytarmaqçün yol axtarmısan
Hər gün soruşmusan boş küçələrdən

Artıq o yollarda gəzmirəm daha
Mən həyat yolumu ayrı salmışam
Sonraki peşmanlıq üzməsin səni
Bağışla səni də dərdə salmışam.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri