GAHI | (bitki) Çox ehtiraslı və doymaq bilməyən birisiylə tanış olacaqsınız. |
GEYİK (maral) | Yuxuda geyik və ya geyiklərlə dolu heyvanat bağı
görmək çox gözəl bir röya olaraq yozulur.
- Bu röya gənc bir oğlanı bəxtiyar edəcək xoş macəraya işarədir. - Röya sahibi tacirdirsə – qzancı artacaq; məmurdursa-vəzifəsi böyüyəcək və yüksək məqama yetişəcəkdir. - Gənc qız üçün bu yuxu-arzu və diləklərin gerçəkləşəcəyi anlamına gəlir. - Geyik (maral) ovlamaq isə xeyrə əlamət sayılmır. |
GEM | (yüyəndə atın ağızlığı) Röyada
gem görmək-sənət adamı üçün mal mənasında çətinlik anlamına gəlir.
- Eyni zamanda, gem-hökmdar və ya dövlət başçısının əmrinə zidd gedən mehtər, ilxıcı mənasında da yozulur. - Yuxuda qəşəng yəhərlənmiş, yüyələnmiş ata minmək-bir vilayətdə vali olacaqsınız deməkdir. - Öz ağzına gem vurulduğunu görmək-pis sözlərdən dilini saxlamağa işarədir. - Əgər röya sahibi başqasıyla mühakimə və dava vəziyyətindədirsə, ona qarşı dəlil və sənədlərin boş və tutarsız olduğunu göstərir. Atın geminin kəsildiyini görmək-xidmətçinin namus və ya malını qorumağa, yaxud zəkata yozulur. - Yüyənin atın başından düşdüyünü və əlindən çıxdığını görmək-röya sahibi işlərində təlaş içindədir, yaxud da arvadının ona haram olmasına və ya oruc tutmağa yozulur. |
GENBALAQ ŞALVAR | Bu röya hamı üçün izdivaca və gözəl bir ailə ocağı qurmağa, zənginliyə; röya sahibi məmurdursa-onun böyüyüb vali olacağına yozulur. Yuxuda şalvar görmək, eyni zamanda, könül rahatlığına da işarə sayılır. |
GENERAL | Yuxuda general görmək, yaxud özünün general olduğunu görmək-yaxın zamanda böyük və şərəfli mövqelərə çatacaqsınız. |
GENERATOR | Yuxuda generator görmək-Röya sahibi gözlənilmədən və gözlənilməz bir olay səbəbiylə öz işində yüksələckdir. Röyanı görən qadınsa-oğul sahibi olacaq. |
GEOLOQ | Yuxuda geoloq görən adam yaxın zamanda iftiraya uğrayacaqdır. |
GEOLOGİYA | Röyada geologiya elmiylə məşğul olduğunu görən
adamın başından dadlı bir eşq macərası keçəcəkdir. |
GEROİN | Röyada geroin qəbul etdiyini görən adam son günlər böyük bir xəyal aləmi içərisindədir. |
GECƏ | Bu röya sıxıntıya, qəmə-qayğıya, kədərə yozulur. |
GECƏ YARISI YEMƏYİ | Röyada gecəyarısı yemək yemək-çox nəşəli və dostanə şəraitdə keçəcək bir ziyafətə dəvət ediləcəksiniz. |
GƏVƏZƏ ADAM | Röyada gəvəzə adam görən gözləmədiyi bir adamdan yaxşılıq, bir başqasından isə pislik görəcəkdir. |
GƏZİNTİ | Dostlarla gəzintiyə, səfərə çıxmaq-gəlirli bir işi, təkbaşına gəzinti isə-yabancı bir məmləkətdə uğur qazanacağına işarədir. |
GƏLİN | Röyada gəlin olduğunu görmək-yaxşı və gəlirli
işlərə girişəcəyinizə işarədir.
- Bir gəlin görmək-əlinizə pul və mal-dövlət keçəcəkdir. - Bakirə qızın röyada gəlin olduğunu görməsi-yaxın gələcəkdə o, muradına, niyyətlərinə qovuşacaq, məsud və bəxtiyar olacaqdır. - Gəlinlə adaxlını bir yerdə sevişən, bir-birinə şirnikən görmək-hər kəs üçün böyük miqyaslı şöhrətə yozulur. Qızlar üçün-ərə getməyə; oğlanlar üçün-xeyirli və xoşbəxt bir yuva qurmağa işarədir. |
GƏMİ | Gözəl və əyləncəli bir gəzintiyə işarədir. |
GƏMİ BATMASI | Röyada gəmi batdığını görmək-xeyirli və mənfəətli
bir işə başlayacaqsınız.
- Gəmi batarkən fit səsi eşidilmişsə, gəlir lap çox olacaq deməkdir. - Dəniz qəzasında gəminin batdığını görmək-qurduğunuz xəyalları, əməlləri heç vaxt həyata keçirə bilməyəcəyinizə işarədir. (Eyni zamanda, hər dürlü fəna hərəkətlərə meyilli olduğunuz və bu kimi uyğunsuzluq, özünüzə zərər gətirən iş və hərəkətlərdən sakınmanın gərəkliyini göstərir). |
GƏMİ DORU | (dor ağacı) Uzaqdan dor ağacı görmək-gözləmədiyiniz bir vaxtda çox uzaqlardan qonağınız gələcək. Gəmi qarmağı-bir çoxlarının sizi aldadacağına işarədir. |
GƏNC QIZ | Röyada gənc qız görmək-bir qəzla tanış olub dostluq quracağınızı göstərir (Yuxuda gənc qızlarla tanışlıq və dostluq çox gözəl, bəxtiyar və məsud bir həyat sürəcəyinizə, möhkəm səhhətə və afiyətə qovuşacağınıza dəlildir). |
GƏNCLİK | Röyada yaşlı bir adamın özünü cavanlaşmış görməsi-sağlam və uzun ömrə, eyni zamanda, bir çox çətin işləri asanlıqla yoluna qoyacağınıza işarədir. |
GƏRDAN | Şux bir qadının gərdanını yuxuda görmək-cinsi baxımdan təminsizlik şəklinə yozulur. |
GƏRDƏK | : Yuxuda gərdəyə girmək-sonu göz yaşıyla bitəcək bir hadiənin başlanğıcı kimi yozulur. |
GƏRGƏDAN | Röyada bir çirkin heyvanı görmək-üzvü olduğunuz ictimai və sənaye dairələrində son dərəcə nüfuzlu bir adam səviyyəsinə yüksələcəksiniz. |
GİBS | Yuxuda gibs görmək-uğurlu bir işə, yeni bir əşya, ya da paltar əldə edəcəyinizə, ümumiyyətlə, sevinc, şadlıq anlamına gəlir. |
GİL | Röyada gil-işdə uğursuzluğa və üzüntülü günlərə işarə sayılır. |
GİLAS | Röyada gilas ağacı görmək-röya sahibini və onun yaxınlarının xoşbəxt günlər yaşayacağına, səhhətinin, sağlamlığının tamamilə düzələcəyinə, işlərində uğur qazanacağına yozulur. |
GİRDAB | (burulğan) Yaxın vaxtlarda bir təhlükəylə qarşılaşacağınıza işarədir. |
GİRİŞ | Röyada bir binaya, mağazaya, bağçaya və s. giriş qapısını görmək-bu röyanı görən adam bir çox həyati məsələləri yoluna qoymaq zorunda qalacaq və zövqü-səfa ardınca getməkdən vaz keçməyincə, sistemli sürətdə çalışaraq öz səriştə və bacarığını daha da artırmayınca bu mühüm məsələləri həll edə bilməyəcəkdir. |
GİROV | Yuxuda bir yerdə girov olaraq saxlandığını görən adamın günahları çoxdur və pis işləri səbəbindən cəhənnəm həbsində olacaqdır. Bir əşyanı girov olaraq yanında saxladığını görən adam başqasına zülm edər. |
GİTARA | Röyada gitara çalmaq-artistik
qabiliyyətlərə malik olduğunuza işarədir. Sənətinizi dəyişdirsəniz belə, bu yetənək və qabiliyyətinizi inkişaf etdirməniz məsləhətdir. Yuxuda gitara səsi eşitmək-poçt vasitəsiylə çoxdan intizarında olduğunuz xəbəri alacaqsınız. |
GİCİTKƏN | Röyada gicitkən görmək-bəxtin aşıqlığına və çoxlu pul qazanmağa işarədir. Ancaq bəzi yozucular yuxuda gicitkən görməyi pis xəbərə də yozurlar. Gicitkəndən hazırlanmış xörək yemək isə, ümumiyyətlə, bəd xəbər kimi mənalandırılır. |
GÖBƏK | Yaşayışınızı təmin edən ən
yaxın adama, həyat yoldaşına, yaxud da öhdəliyə, mərifətə, sənətə işarə
sayılır.
- Göbək, bəzən röya sahibinin arvadına, xidmətçisinə və ya oğluna da yozula bilər. - Göbəyində pis və çirkin bir şeyin olduğunu görmək-yuxarıda deyildiyi kimi, anaya, ataya, yaxud da mala uyğun gəlir. - Göbəyin açıldığını görmək-yuxu görən xəstəridsə, vəfat edəcək. Əliylə göbəyini açmaq-anbara ehtiyac üçün yığılmış buğda və ya arpa işlənib sərf ediləcək. - Göbək-sirrə və sevincə, gizli işlərə də yozulur. Yuxuda göbəyinin iki olduğunu görən adam iki gözəl qadınla evlənəcək. - Göbək, eyni zamanda, kişinin arvadı, oynaşı anlamına gəlir. - Göbəyində çirklilik, fəna bir hal və ya ağrı hiss etmək-ərə (arvada) işarədir. Röya sahibinin ata-anası yoxdursa bu yuxu övladlarına yozulur. - Göbəyinin ağrıdığını görən adam anasını və atasını itirəcək, yaxud da atasının olduğu şəhərdən uzaq düşəcəkdir. Qürbətdə bulunan bir kimsə bu cür yuxu görərsə, öz vətəninə dönəcəkdir. |
GÖBƏLƏK | Yuxusunda göbələk görən adam bəzi yanlış təşəbbüslərə girişibdir. |
GÖZ | Yuxuda kimsə gözlərini çəkmədən
diqqətlə sizə baxırsa, yaxud da bir cüt sizə dikilərək ətrafınızda
dolaşarsa, bu röya cavan oğlan üçün iş eşq həyatında onu izləyən qorxulu
bir qəribin olduğunu göstərir.
- Röya sahibi orta yaşlı adamdırsa, işlərində və haqq-hesabında daha diqqətli hərəkət etməlidir. - Gənc qadın belə yuxu görərsə, lovğalığı üzündən başqalarının məsxərəsinə məruz qalacaqdır. - Yaşlı qadınlar üçn bu yuxu-onların dost-tanış və qohumları haqqında dedi-qodu yaydıqlarına işarə sayılır. |
GÖZ QAPAĞI | Himayə və mühafizəyə yozulur. Göz qapağının kənrlarını çox gözəl və parlaq görmək-dininin gözəl və bütöv olmasına yozulur. Hər iki göz qapağının gözəlliyi və bəyazlığı-röya sahibinin başına, gözünə və qulaqlarına düşəcək xəstəliyi xəbər verir. |
GÖZ YAŞI | Röyada görülən isti göz yaşı-qayğı və kədərə, soyuq göz yaşı-sevincə yozulur. |
GÖZ MUNCUĞU | (nəzərlik) Röyada at nalı, göz muncuğu, üzərlik otu, köhnə ayaqqabı kimi bəd nəzərdən qorunmaq üçün istifadə olunan şeylər görmək-bir-birini izləyən xoş müjdəli xəbərlərə yozulur. |
GÖZƏLLİK | Röyada çox gözəl əşya və geyimlər görmək-arzusunda olduğunuz bir çox əşya və paltarı satın almaq imkanı əldə edəcəksiniz. |
GÖZƏTÇİ | Yuxuda gözətçi görmək-qüvvət və qüdrətin artacağını xəbər verir. |
GÖZÜAÇIQ ADAM | Gözüaçıq, bacarıqlı bir adamı yuxuda görmək-hər hansı bir tasadan (təhlükədən, narahatlıqdan) qurtularaq sevincə və nəşəyə qovuşacaqsınız. |
GÖY | (səma)Röyada aydın və mas-mavi bir səma görmək-sonsuz sevinc və səadətə yozulur. Buludlu göy-hər hansı bir hadisə üzündən çox kədərlənəcəksiniz. Göy gurultusu eşitmək-ruhunuzu dərin kədər və iztirablar saracaqdır. Od kimi qızarmış səma-yaxın vaxtlarda həyatınızda mühüm dəyişiklər olacaqdır. Göyə çıxmaq-yüksək bir mövqeyə çatacaqsınız. Göy üzündən yerə düşmək-iş həyatında bir sarsıntı keçirəcəyinizə işarədir. |
GÖY QURŞAĞI | Yuxuda göy qurşağı
görmək-təşəbbüsündə bulunduğunuz bütün işlərdə müvəffəq olacaqsınız,
arzu və əməlləriniz həyata keçəcəkdir.
- Göy qurşağında sarı rəngin görülməsi-xəstəliyə işarədir. Qırmızısı çox görünərsə-müharibə və qan tökülməsinə əlamətdir. Yaşılı çox görərsə-ucuzluq olacağına, bolluğa və bərəkətə yozulur. - Göydən yerə doğru dik sallanmış və tamamilə qırmızı rəngli göy qurşağını müşahidə etmək – dövlətinizin, millətinizin şərəf və etibarı daha da yüksələcək, ailənizdə səadət, xoşbəxtlik hökm sürəcəkdir. |
GÖYƏRÇİN | Röyada bir və ya çoxlu göyərçin görmək-birisinə
dərin bir eşq və məhəbbətlə bağlanacaqsınız.
- Göyərçin bəsləmək-bir çox işlərdə yanılacaq və xətalara düşəcəksiniz. - Göyərçinlərin uçduğunu görmək-sizin üçün döyünən bir qəlbin varlığını göstərir. - Göyərçin öldürmək-fəna və qara xəbərə yozulur. |
GÖYRÜŞ AĞACI | Yaxın adamlar bir toplantıya yığışacaq və mühüm qərarlar çıxaracaqlar. |
GÖL | Röyada gölə girən adam hiylə ilə aldadılacaqdır. |
GÖRÜŞ | Röyada görüş vəd etdiyiniz adamla gecikmədən, deyildiyi vaxtda görüşmək-sevincə və nəşəyə işarədir. Görüşə gecikərək dostunuzu gözlətmək-yeni bir kədərlə qarşılaşacaqsınız deməkdir. |
GÖSTƏBƏK | Qara niyyətli bəzi adamların röya sahibinə qəsd hazırladığı anlamına gəlir. |
GURULTU | (hay-küy) Yuxuda bir çox adamın
hay-küyünü eşitmək, fəqət nə danışdıqlarını anlamamaq-röya sahibi cavan
oğlandırsa, bir təklif alacaq, lakin o təklifin ətraflı götür-qoydan
sonra qəbul edilməsi məsləhətdir.
- Orta yaşlı adam üçün bu yuxu-imzalamağa verilən hər sənədin diqqətlə incələməyin gərəkliyini göstərir, əks təqdirdə, davranışı onu özü üçün fəlakətli ola bilər. - Gənc bir qadının bu cür yuxu görməsi-gəvəzəliyi üzündən məsxərəyə qoyulacağına işarədir. - Yaşlı qadın üçün – dedi-qodu olacağını xəbər verir. |
GÜBRƏ | (peyin) Heyvan pisliyi xeyrə, var-dövlətə yozulur. |
GÜZGÜ | Röyada güzgüyə baxmaq-yeni
dostlar və yoldaşlar qazanacağınızı göstərir.
- Güzgünün sınması pis xəbər anlamındadır. Əgər güzgüdə heç nə görünmürsə, belə yuxu xəstəliyə yozulur. |
GÜYÜM | (bardaq) Su güyümü-xidmətçiyə işarə sayılır. Güyüm suyla doludursa, çalışqan; boşdursa-tənbəl qulluqçu və uşağa yozulur. |
GÜL | Röyada sevdiyiniz və
qoxuladığınız gül çox yaxşı yuxu olub xeyrə yozulur.
- Birinin yuxuda gül toplaması-vaxtının boş
keçəcəyinə, murad və məqsədinə çatacağına, çox xeyirli xəbərlər alıb
sevinəcəyinə işarədir. - Toplanan gülün rəngi qırmızı isə-qızıla; bəyaz isə-gümüşə; sarı isə-xəstəliyə əlamət sayılır. |
GÜL | Hər kəs üçün pul və xoşbəxtlik müjdəsidir. Aşiq bir qadın röyada gül görmüşsə, sevdiyinə qovuşacaq. |
GÜL DİBÇƏYİ | Röyada gül dibçəyi görən adam gözəl və cavan bir qızla evlənəcək; evlidirsə-qazancı bol olacaq. |
GÜL YAĞI | Gülab kimi gözəl qoxulu gül yağı, yaxud gül suyu almaq, istifadə etmək-nemətə, fərəhə və xeyrə əlamət sayılır. |
GÜL KƏLƏM | Alacağınızı çətinliklə də olsa, əldə edə biləcəyinizə işarədir. |
GÜLMƏK | Səhər-səhər yuxudan gülərək oyanmaq-çoxlu pul və xoşbəxtliyin gələcəyini xəbər verir. Bir zarafata gülmək-sevincə, mala və zənginliyə qovuşmağa yozulur. |
GÜMÜŞ | Röyada gümüş-toplanmış mala;
pula çevrilmiş gümüş-bəyaz və çox gözəl bir qadına yozulur.
- Gümüş mədənindən gümüş çıxarmaq-röya sahibi bir qadınla hiyləgər oyun oynamaqdadır. Çıxarılan gümüş çoxdursa, bu yuxunu görən adam böyük bir dəfinəyə qovuşacaq. Biri yuxuda gümüş əritdiyini görərsə, arvadı ilə qovğa edərək dilə-dişə düşəcək. - Gümüşdən düzəldilmiş bəzək-düzək şeyləri və bu cür əşyaların yuxuda röya sahibinə verilməsi-qiymətli daş-qaş bir əmanət və ya ərmağan kimi onun ixtiyarına buraxılacaq. - Gümüş güzgünün yozumu da eyni biçimdədir. - Əgər güzgüyə baxılmışsa, yüksək bir məqam sahibindən röya sahibinə çirkin bir əməl toxunacaq, çünki gümüş aynaya baxmaqda xeyir yoxdur. Torpaq altında gümüş mədəninin içinə girərək xam maddə tapmaq-röya sahibinin arvadı onu aldadır və hiylə gəlir. - Gümüş və qızıldan yapılmış tabaq və çanaqlar-ticarətə və cənnətə yozulur. - Gözəl və qiymətli tabaqların pis tabaqlarla
bərabər görülməsi-fəsada, yanlışlığa və röya sahibinin saplanıb qaldığı
bir şübhəyə işarədir. - Röyada kiməsə gümüş kasa və ya zərf içində gümüş pul verdiyini görən adamın yanında bəzi qiymətli mallar və daş-qaş əmanət kimi qoyulacaq. Gərək o, Allahdan qorxaraq həmin əmanəti sahibinə qaytarsın. Bu əmanəti başqa birisinə vermək-röya sahibi sirlərini o adama açacaq deməkdir. |
GÜNDƏLİK QAZANC | (muzd) Röyada birisinə gördüyü işin müqabilində muzd ödəmək-xeyirxahlığa; bir iş görüb əvəzində haqqını almaq isə-qazancınızın düzələcəyinə yozulur. |
GÜNDÜZ | Röyada gündüz olduğunu görmək-hər dürlü qayğı və tasadan qurtuluşa, əyin-başı təzələməyə, gözəl bir işə, sevimli övlada, işlərin aşıqlığına, gizli və qapalı şeyləri kəşf edib aydınlaşdırmağa, zindandan azad olmağa, qürbətdə olan adamın qayıdışına, uğura yozulur. |
GÜNƏŞ | Röyada görülən parlaq və qaynar günəş-böyük
hökmdar və xəlifə, möhtərəm bir ata, qızıl, yüksək çinli komandir, yaxud
gözəl qadın anlamına gəlir.
- Özünü günəşə döndüyünü görmək-röya sahibi günəşin işıq və parlaqlığı qədər böyük bir mülk sahibi olacaq. - Özünü günəşə yapışan, ilişən görmək-bir mövqeyə yetişəcək və ya yardımçılardan xeyir görəcəkdir. Zəncirdən sallaşaraq günəşə çatmaq-bir vilayətə vali təyin ediləcək və oranı ədalətlə idarə edəcəksiniz. - Günəşə yaxın olmaq-hökumətdən mal, nemət və yardım alacaqsınız. - Gündoğandan günbatana qədər bütün yer üzünün günəşin işığına, nuruna boyandığını görmək-röya sahibi öz işinin ustasıdırsa, şöhrəti dünyanın hər yerində yayılacaqdır. - Röyada günəşdən güc-qüvvət almaq-böyük hökmdar və hökumətdən qüvvət və qüdrət almağa yozulur. - Əgər röya sahibi ordunun baş komandiridirsə, hökumətin himayəsində keçinəcəkdir. Sadə xalq nümayəndəsi üçün bu röya-bol ruziyə və halal mala işarə sayılır. - Qadın üçün-ərindən sevindirici bir ərmağan alacağına yozulur. - Gün işığının öz evinə düşdüyünü görən kişi evlənəcək; qadın isə böyük bir sərvətə qovuşacaqdır. - Əgər bu röyanı görən tacirdirsə, alış-verişındə çoxlu qazanc əldə edəcəkdir. - Gün işığı-hökmdar və ya padşahın böyüklüyü və adilliyi deməkdir. - Günəşlə danışdığını görən adam hökumət tərəfindən yüksək bir məqama qaldırılacaq. - Ayın danışması da belə yozulur. - Günəşin bir yerdə çıxıb başqa yerdə batdığını görmək-röya sahibi hərbi işdədirsə, orda o, əziz və möhtərəm adam kimi seviləcək. Hərbdə deyilsə-bir bilgi və sənət sahəsində uğur qazanacaqdır. - Günəşi başının üstündə görmək-bu yuxunu görən böyük bir qulluğa və ya hədsiz sərvətə nail olacaqdır. - Ayaqları üstünə gün işığını düşdüyünü görmək-meyvə və taxıl məhsullarının çoxluğuna, yaşayışının bərəkətli olacağına yozulur. - Gün işığının paltarı üstünə düşdüyünü görmək-bilinməyən bir xəstəliyə tutulacaqsınız. - Gün işığının sinəsi üstünə düşdüyünü görmək-xəstəliyə işarədir. Bir qadın günəşin boyunbağından girib ətəyindən çıxdığını görərsə, o, bir hökmdar və ya dövlət başçısı ilə evlənəcəkdir. - Qarnının yarılıb oraya günəşin yeridiyini görmək-yuxu görən vəfat edəcəkdir. - Günəşi öz ölkəsinin səmasında parlaq və yanar görmək-röya sahibi qonaqdırsa, sağ-salamat öz yurduna dönəcəkdir. - Günəşin güneydən bütövlükdə doğduğunu və onu bir hissəsini də batan görmək-xeyrə dəlil sayılır. Orda yaşayanların səfalı və xoş ömür sürdüklərinə işarədir. - Günəşi udmaq-qayğıya, kədərə yozulur. - Günəşin üstündə oturmaq-nemətə və səmadan enəcək bərəkətə əlamətdir. - Günəşin qərbdən doğduğunu və şərqdə batdığını görmək xeyrə və ürəkdən davranışlara işarə sayılır. - Bundan başqa, günəş röyada oğlan uşağını doğulmasına, kölələrin azad edilməsinə, insan sevincinə, səfərdəkilərin qayıdışına da yozula bilir. - Günəşi qaranlıq görmək-pis və çirkin yuxu hesab edilir. - Günəşin bağ-bostanı yaxdığını görmək-vəba xəstəliyinə, zülmə, ərzağın qiymətinin artacağına, bahaçılığa yozulur. - Gün işığının yorğan-döşəyə düşdüyünü görmək-şiddətli bir xəstəliyə işarədir. Ay, günəş və ulduzları görmək-Yusif əleyhissəlamın ünlü hekayəsinə görə, bəlaya uğramağa, zindana düşməyə, həsədə, paxıllığa məruz qalmağa, ən sonda isə mülk və səltənət sahibi olmağa yozulur. |
GÜRZƏ | Xeyrə yozulmaz, düşmənlərinizin sizin üçün bir qəsd hazırladığını göstərir. Diqqətli davranmanız gərəkdir. |