ÖVLAD | Qız övladı işlərin yaxşı gedəcəyinə işarədir. Ananın qız övladını görməsi – darlıq və sıxıntıdır. |
ÖVLİYA | Mələk övliya kimi müqəddəs varlıqları röyada görək həmişə xeyrə işarədir, böyük bir xoşbəxtliyi və var-dövləti müjdələyir. |
ÖD KİSƏSİ | Öd kisəsinin yuxuda şişdiyini görmək – son günlər işləriniz və səhətiniz bir az pozulacaqdır. |
ÖDƏMƏK | Yuxuda bir borcunu ödəmək röya sahibinin
gördüyü dünya miqyaslı işlərdə maneələr və çətinliklər aradan
qalxacaqdır. - Bu röya, eyni zamanda, ianəyə, şahidliyə, günahları yumağa və həccə getməyə də işarə sayılır. |
ÖYÜNMƏK | Röyada öyündüyünü görən adam var-dövlət və yaşayış sarıdan çox zəngindir. |
ÖKÜZ | Fərəhə, var-dövlətə yozulur. Röyada öküz görmək
– bir əşirət və ailənin, bir evin, şəhərin və kəndin işlərini boynuna
alan, idarə edən adama işarədir. - Öküzə minmək – bolluq və ucuzluq əlamətidir. - Yuxuda öküz hökmdar, böyük adam simvoludur. Bəyaz öküzü görən adam xeyirxah işlər görər. - Öküz röyada sahibini buynuzlarsa, o adam Allahın qəbzinə gələr. - Öküz əti yemək – var-dövlətdir. - Röyada öküzü çox buynuzlu görən kimsənin ömrü-günü yoxluq içində keçər. Alaca öküz – nəşə və sevincə. - Qara öküz – ucalığa, xəstəlikdən şəfa tapmağa yozulur. - Yuxuda öküz bəzən də, axmaqlığı, cəhaləti ifadə edir. |
ÖGEY | Röyada ögey ana, ata, yaxud yaxud qardaş görmək – cansıxıcı bir xəbər alacağınıza yozulur. |
ÖLDÜRMƏK | Röyada kimisə öldürmək – o adamla dost
olacağınızı xəbər verir. - Yuxuda özünü öldürdüyünü görən kimsə xeyir tapar. - Yuxuda adam öldürdüyünü görən böyük günah işlər. |
ÖLKƏNİN PREZİDENTİ | Ölkə prezidentini yuxuda görən adam məmurdursa – vəzifəsində böyüyəcək, tacirdirsə – qazancı, gəliri artacaq, yoxsuldursa – varlanacaqdır. |
ÖLÜ BASDIRMAQ | Xeyrli xəbərə yozulur. |
ÖLÜ YUYAN | (mürdəşir) Xəstəliyə, ya da dərin bir üzüntüyə, sıxıntıya yozulur. |
ÖLÜM | Röyada öldüyünü görmək – dini baxımdan suçlu
olmağa və əxlaqi pozğunluğa işarədir. - Yuxuda öldüyünü, çiyinlərdə qəbiristana götürüldüyünü, lakin hələ dəfn edilmədiyini görmək – röya sahibinin ucalacağım və yüksək bir mövqeyə çatacağını göstərir. - Röyada dəfn edilmiş olduğunu görən adam xeyir tapmaz, tövbə etmədən ölər. - Öldüyünü və qəbirdən çıxdığını görənə tövbə nəsib olar. - Yuxuda ölmək, bəzən də evlənməyə yozulur. - Öləndən sonra da yaşadığını görən kimsə yoxsulluqdan qurtulub zəngin olur və ya günahlarından təmizlənir. - Röya sahibi müsafirdirsə -sağ-salamat vətəninə dönəcək. - Röyada ölmək – böyük bir günahdan peşmanlıq duymaqdır. - Xəstələnmədən öldüyünü görən adamın ömrü uzun olur. - Bir şeydən qorxan və üzüntü içində olan adamın öldüyünü görməsi – xeyrə, xəstə adamın öldüyünü görməsi – xəstəlikdən qurtulmağa yozulur. - Röyada bir ölünün əlindən tutmaq – röya sahibinin əlinə ümidini üzdüyü bir yerdən mal keçəcək. - Tanıdığınız bir ölünün yuxuda sizi öpməsi – o ölü və ya onun varisləri tərəfindən bir xeyrə qovuşacaqsınız. - Röyada anasının öldüyünü görmək – yaşayışınızı təmin edən peşəniz daha heç nəyə yaramır deməkdir. - Cənazə üstündə namaz qıldığını görən adam zərərə düşər və ya vəziyyəti pisləşər. - Həyat yoldaşının öldüyünü görmək – yaşayışınızı təmin edən peşəniz daha heç nəyə yaramır deməkdir. - Cənazə üstündə namaz qıldığını görən adam dinsiz birisinə vasitəçilik edərək ona köməklik göstərəcəkdir. - Röyada bir ölüdən bir şey almaq – ruzinizin artmasına işarədir. - Yuxuda ölüm – yoxsul üçün zənginliyi, zəngin üçün yoxsulluğu ifadə edir. - Dindar adam üçün şana, şərəfə və ya tənhalığa qapılmağa da yozulur. |
ÖLÇMƏK | Yuxuda hər hansı bir şeyi ölçmək – tasadan, qayğılardan qurtuluşa, yaxud kilo ilə ölçülən taxıl, buğda kimi məhsullara işarə sayılır. |
ÖNLÜK | Röyada kirli bir önlük geymək – yaxın vaxtlarda
təzə paltarlar geyəcəksiniz. - Önlük yamamaq – yeni bir eşq macərasının qəhrəmanı olacağınıza əlamət sayılır. |
ÖPÜŞ | Röyada birisini öpmək –
ehtiyaclardan qurtarmağa və düşmənə qalib gəlməyə yozulur. - Yuxuda bir adamla öpüşmək və ya onunla qol-boyun olmaq – məqsədinizə nail olacaqsınız. - Bir uşağı öpmək – röya sahibiylə həmin uşağın atası arasında olan dostluğa və sevgiyə işarə saydır. - Sevdiyiniz birisinin dodağından öpmək – qısa vaxt ərzində əlinizə pul gələcək. - Yanağından öpmək – sonra qazanacağınız pulu ifadə edir. - Bir qadını öpmək – sevdiyiniz bir adam tərəfindən sevgi və mehribanlıq görəcəksiniz. - Yaşlı bir qadını öpmək – ağzınızdan çıxan bir sözə görə üzr istəməli olacaqsınız. - Bir gənci öpmək – içki qədəhi anlamındadır. - Uşağınızın yuxuda sizi öpməsi – o uşaq həddi-buluğa çatmışsa, ailəyə arxa və kömək olacaqdır. |
ÖRDƏK | Havada uçan və ya göldə üzən ördək – əmin-amanlıq içində yaşadığınıza və həyatınızdan məmnun olduğunuza işarədir. |
ÖRTÜ | Röyada örtü görmək – pis nəticələr verə biləcək gizli bir işbazlıq planı qurmaqda olduğunuza işarə sayılır. |
ÖRTÜK (divan örtüsü) |
Xoş güzərana, sevincə, gözəl və xeyirxah həyat
yoldaşına, oğul-uşağa işarə saydır. - Örtük – əhdə, qəti, inamlı sözə, ortaqlıq qurmağa və əmin-amanlığa da yozula bilir. |
ÖSKÜRMƏK | Aşağıdakı şəkildə yozulur:
Öskürərək bəlğəm gətirmək – sıxıntıdan qurtulmaqdır. İstənilən halda
öskürmək – bir fəlakət xəbərinə yozulur. - Quru öskürək – fənalıq və ölüm işarəsidir. - Uzun-uzadı öskürmək – pis xəbərdir. Kəsik-kəsik öskürmək – röya sahibinin soyuqladığını xəbər verir. |
ÖTƏN GÜNLƏR (keçmişlər) |
Ötən günləri, keçmişlərlə bağlı olayları röyada görmək – ötən günlərin həsrətini çəkmək, yəni sıxıntılar içində qalacaqsınız. Lakin çox keçmədən bu sıxıntılardan qurtulacaqsınız. |
ÖHDƏÇİLİK | Röyada bir iş öhdəçiliyinə girmək – gözləmədiyiniz bir adamın xəyanətinə məruz qalacaqsınız. |
ÖC ALMAQ (qisas almaq) |
Röyada birisindən öc aldığını görmək – həyatda bəzi çətinliklərlə qarşılaşacaq və bu maneələri yenə bilmək üçün çox zəhmət çəkməli olacaqsınız. |