SAAT | Yuxuda saatın səsini
eşitmək-bir dəvət alacaqsınız. Sadəcə, saat görmək-maraqsız xəbərlərə
işarədir. - Saatı qurmaq-həyatınızın gedişi, düzgün inkişafı öz əlinizdədir deməkdir. |
SABUN | Cavan oğlanın yuxuda sabun görməsi-işlərində
uğur qazanacaq, əlinə pul gələcəkdir. - Bir parça sabun-üzüntü və qayğı içində olan adam üçün təsəlliyə, təskinliyə yozulur. - Sabunla paltarını yumaq-günahlardan təmizlənmək və borcdan qurtulmaqdır. |
SAQQAL | Röyada saqqal-zənginlik və
şərəfdir. Saqqalını yolunmuş görmək, yaxud özünün saqqalını
yolması-nəticəsini həyəcanla gözlədiyiniz bir iş həyata keçəcəkdir. - Saqqalını ağ görmək-duanız qəbul ediləcəkdir. - Saqqalını qurşağa qədər uzanmış görmək-vara, şöhrətə, qonşuya əl uzatmağa, yardım etməyin gərəkliliyinə yozulur. - Saqqalını qapqara, şəvə görmək-zənginliyə, sərvətə işarədir. - Röyada saqqalını kəsilmiş görmək-zəkat verən bir adamı ifadə edir. - Bir qadının saqqalı olduğunu görmək-o qadının oğlu olacağını xəbər verir. |
SAQQIZ | Röyada saqqız görmək-zəhmətlə qazanılacaq pul
anlamına gəlir. - Saqqız çeynəmək-dedi-qoduya işarədir. - Saqqız almaq-pis bir xəbərdir. - Saqqızı ocağa atmaq-mal-dövlət üzündən başınızı dərdə salacaqsınız. |
SAZ | Röyada saz çalmaq-şad xəbər alacaqsınız. |
SAZAN BALIĞI | Şad xəbər, pul, şöhrət və eşq anlamına gəlir. |
SAY (saymaq) |
|
SAKSAFON | Nəşəli eşq saatları keçirəcəyinizə işarədir. |
SAL | Yuxuda gəmi batandan sonra
bir sal üzərində suyun axarına qarışaraq getmək-həyatınızda ilk baxışdan
xoşagəlməz, lakin sonu müsbət bir dəyişiklik olacaqdır. - Bir qadının belə yuxu görməsi-gözləmədiyi bir vaxtda onu sevgidə uğur qazanacağını xəbər verir. |
SALAM VERMƏK | Röyada aranızda inciklik olmayan bir adama
salam verib onunla görüşmək-salam verilən adamdan xeyir görəcəksiniz. - Düşmənçilik etdiyiniz və ya küsülü olduğunuz bir kimsəyə salam vermək-salam verdiyiniz adam qalib gələcək və onun xəta-bəlasından qurtulacaqsınız. - İki adamın bir ticarət razılığına gələrək əl verib görüşməsi-onlar köklü və davamlı ticarət əlaqəsi yaradacaqlar deməkdir. - Bir düşməniylə qucaqlaşıb salamlaşmaq-barışığa və aradakı düşmənçiliyin ortadan götürüləcəyinə işarədir. - Röyada salam vermək, salam verilənə boyun əyib itaət göstərmək-salam verənin o adamdan asılı və möhtac durumunu ifadə edir. - Salam vermək-gözəl sözə, gözəl söz eşitməyə də yozulur. |
SALLAQXANA | Röyada sallaqxana görmək-yaxın günlərdə qohum-əqraba arasında heç nədən və mənasız dedi-qodu üzündən inciklik, umu-küsü yaranacaq. |
SAMAN | Yuxuda saman, yaxud samanlıq görmək-asan
qazanca yozulur. - Samanlığa ot və ya saman doldurmaq-zəngin və dövlətli olacağınızı xəbər verir. |
SAMUR | Yuxuda samur
görmək-cəmiyyətdən, insanlardan ayrı yaşayan, xeyrə-şərə qarışmayan bir
adama işarədir. O, çoxlu var-dövlət sahibi olsa da, o vardan bir kimsə
xeyir görməz. - Ancaq ölümündən sonra o sərvətdən istifadə oluna bilər. Samur-bəzən zalım və kafir bir oğruya da yozulur. |
SANATORİYA | Yuxuda sanatoriya görən adam ciddi bir xəstəlikdən qurtulacaq və dəniz boyu ölkələrə səyahətə çıxacaqdır. |
SANDAL | Röyada sandal görmək-asi və
günahkar adam üçün tövbəyə, yaxud düşmənçiliyə işarədir. - Eyni zamanda, sirrini saxlamaq istəyən kimsənin öz sirrini başqalarına açacağına yozulur. - Yuxuda sandal tikən çəkməçi görmək-namaz qılmağa, tövbəyə, təmizliyə; - subay qız üçün-içki içən, sərxoş birisiylə evlənməyə, yaxud düşmənçiliyə yozulur. |
SANDIQ | Aşağıdakı kimi yozulur: İçi dolu sandıq-bolluq
və zənginlikdir. - Dolu bir sandığı satmaq, yaxud başqasına vermək-gizli işlər meydana çıxacaqdır. - Başqasının sandığını acmaq-subaylığa yozulur. - Boş sandıq-qədir- qiymətin olmamasıdır. - Dəmir sandıq-işdə, mövqedə yüksəlməkdir. - Taxta sandıq-evlilikdir. Qırıq sandıq-xəş xəbərdir. - Dənizdə, su üstündə sandıq-böyük qismət, bəxt anlamındadır. - Boyalı, naxışlı sandıq-gözəl və xoşbəxt bir yaşayışa işarə sayılır. - Qapağı açılmayan sandıq-kədərə və üzüntüyə yozulur. |
SANCAQ (iynə) | Bu röya üzücü, əhəmiyyətsiz olaylara işarədir. |
SEKVESTR | (mal və ya mülkün dövlətin xeyrinə zəbt edilməsi) Röyada öz əşyasının dövlət xeyrinə zəbt edildiyini görən adam çox yaxında xeyirli bir xəbər alacaqdır. |
SEL | Yuxuda sel-düşmən hücumudur.
Çoxlu yağışdan yaranan sel görmək-bir xəstəliyə, yaxud çətin və əzablı
bit səfərə yozulur. - Selin dərələri, evləri, dükanları basdığını görmək-selin-suyun tüğyan edəcəyinə, zülmə və ədalətsizliyə, yaxud hökmdar və ya dövlətə işaədir. - Selin çayları basdığını görmək-güclü bir adamdan yardım istəyərək düşməni dəf edəcək və şərdən-bəladan qorunacaqsınız. |
SEÇKİ | Yuxuda seçkilər görmək-daha anlayışlı və səbirli davranmalısınız. |
SƏBƏT | Röyada səbət-qürur saxlayan qadına işarədir. Çörək səbəti-müjdə və sevincə; üzüm səbəti-ağla gəlməyən bir yerdən ruziyə, gəlirə; iri, böyük səbət-xəstəliyə yozulur. |
SƏBİROTU (burunotu) | Üzüntülü bir ömür sürməyə işarədir. |
SƏBR | Röyada hər sıxıntıya, yoxluğa, əziyyətlərə səbrlə dözmək-irəlidə çox xoşbəxt olacağınıza yozulur. |
SƏDƏQƏ VERMƏK | Xeyrə yozulan yuxulardandır. Yetim-yesirə
verilən sədəqə-doğru və gerçək sözə yozulur. - Halal malından sədəqə vermək-röya sahibinin var-dövləti bol və bərəkətli olar. |
SƏDƏF | Qaranlıq bir gələcəyi ifadə edir. |
SƏYAHƏT | Röyada avtomobillə, qatarla və ya uçaqla (təyyarəylə) səyahət etmək-bütün işlərinizin tez və xoş nəticəylə qutaracağını xəbər verir. - Atla səyahətə çıxmaq-qazanclı bir işə girişəcəyinizə yozulur. |
SƏFİR | Yuxuda səfir görmək-dəniz boyu səyahətə və etibara yozulur. |
SƏHƏR YEMƏYİ | Röyada səhər yeməyi yeyildiyini görmək-röya sahibi çoxdan gözlədiyi məktubu alacaq, lakin məktubda yazılanlar o qədər də ürəkaçan olmayacaqdır. |
SƏHƏR ÇAĞI | Röyada sabahın açıldığını,
dan üzünü görmək-ərə gedəcək qızlara, eyni zamanda, zikr və qiraətə
işarədir. - Dan yerinin ağarması, səhərin açılması-vədinizi yerinə yetirəcəksiniz. - Camaatla birlikdə sabah namazını qılmaq-səfərə çıxmağı və ya həccə getməyi xəbər verir. |
SƏHİFƏ | Röyada əlində bürmələnmiş bir səhifə görən
adamın öləcəyi ehtimal edilir. - Bir səhifəyə baxmaq, lakin onu oxuya bilməmək, yaxud oxumaq-mirasa qovuşmağa yozulur. - Səhifəni tərsinə oxuyan adam xeyli borca düşəcəkdir. |
SƏHRA | Röyada səhra görmək-əlinizə böyük bir imkan düşəcəkdir. Bu imkanı qiymətləndirə bilmək üçün düşüncəli və ağıllı hərəkət etməniz gərəkdir. |
SƏCDƏ | Röyada səcdə etdiyini görən adam ciddi və
nəzakətli adamdır. O, təkəbbürdən, lovğalıqdan uzaq olur, düşməninə
qalib gəlir. - Bir dağ başında səcdə etdiyini görən kimsə qəddar və güclü birisinə qalib gələcək. - Bir təpə və ya divar üzərində səcdə etmək-dəyərli və möhtərəm bir adama boyun əyib, onun hüzurunda əyilməyə işarədir. |
SƏCCADƏ | Savab iş tutmağa, xeyirli işlərə, xeyirxahlıq edən adama işarədir. |
SƏNƏTKAR | Yuxuda özünü və başqasını rəssam, yaxud heykəl taraş olaraq görmək-cavan oğlan üçün bu röya çətin bir işin öhdəsindən uğurla gələ biləcəyinə, rəqibini asanlıqla yenə biləcəyinə yozulur. |
SƏRV AĞACI | Gözəl bir qadına işarə sayılır. Eyni zamanda, misilsiz bir elm adamına, şərəf və etibara, mürvətli, insaflı bir kimsəyə, övlada, uzun ömrə, boy-buxunlu və xeyirxah bir cavana yozulur. |
SƏRVƏT | Röyasında sərvət sahibi olduğunu görən adamın yad və tanımadığı kimsələrlə danışıqlar zamanı çox ehtiyatlı olması lazımdır. |
SƏRGİ | Röyada gül-çiçəkli bir bağda
açılmış sərgi, yarmarkada gəzmək gözəl şeylər görüb tamaşa etmək-yaxın
vaxtlarda böyük sərvət sahibi olacağınızı xəbər verir. - Sərgidə alış-veriş etmək-gələcəkdə əyləncəli və sevinc dolu bir həyata yozulur. - Sərgidə bir şeyi nümayiş etdirmək-şərəf və etibar sahibi olduğunuzu göstərir. |
SƏRNİC | Bolluğa, bərəkətə işarədir. |
SƏRRAC | Yuxuda sərrac (yəhər ustası)
görən adam gec-tez muradına çatar. - Röya sahibi subaydırsa, yaxın günlərdə evlənəcək. |
SƏRHƏD | Yuxuda özünü bir sərhəd bölgəsində görmək-ev əşyalarınızdan bir şeyin əskiləcəyini xəbər verir. |
SƏRÇƏ | Röyada sərçə-gülməli lətifə
və oyunlarla, xalqı əyləndirən adama işarə sayılır. - Sərçə, eyni zamanda, oğlan uşağına da yozula bilir. - Yuxuda sərçə kəsdiyini görən adamın zəif bir oğlan övladı dünyaya gələcək. - Bu uşağın ölməyindən qorxulur. - Röyada eşidilən sərçə səsi-gözəl bir sözü və ya elm öyrənməyi ifadə edir. - Yuxuda sərçəsi olduğunu görən adam varlanacaq və bir topluma rəhbər olacaqdır. Çoxlu sərçə görmək-günah işləmək, itaətsizlik, ayrı-seçkilik salmaq, məğlubiyyətə uğramaq kimi açıqlanır. |
SƏS | Röyada qəribə-qəribə səslər eşitmək, lakin nə səs olduğunu, haradan gəldiyini heç cür anlaya bilməmək-qayğılandıran və narahat edən bir problem barədə lazım olmayan bəzi xəbərlər alacaqsınız. |
SƏSVERMƏ | Yuxuda səs verdiyini, seçki
vərəqəsini yazdığını görən kişi işində yüksələcək, iqtidar olacaq. - Qadın üçün bu röya-xoş və əylənəcli gəzintidir. |
SİQARET | Röyada siqaret çəkmək-bəzi çətinliklərdən sonra
uğurlu fəaliyyətə başlamağa işarədir. - Bu röya orta yaşlı adam üçün-pozmağa məcbur olacağı cansıxıcı bir dostluğa; - gənc qız üçün-zəngin bir fabrik sahibiylə evlənməyə; - evli qadın üçün-üzüntülü və əndişəli günlərin yaxınlaşmaqda olduğuna yozulur. |
SİQNAL SƏSİ | Röyada siqnal səsi eşitmək-gözləmədiyiniz gözəl bir an gözləyir sizi. |
SİDİK | Röyada sidik çeşidli biçimdə yozulur: Sidiyi
saxlaya bilməmək-mal və mülkün artacağına, sevindirici bir xəbərə işarə
sayılır. - Yol ortasında işəmək-tanışlarınızdan biri gözləmədiyiniz halda sizə pislik edəcək. - Şüşə içində sidik görmək-bir xəstəxana olayı ilə qarşı-qarşıya qalacağınızı xəbər verir. - İşəyərkən çətinlik çəkmək-get-gedə yoxsulluğa düşəcək və keçmiş günlərin həsrətini çəkəcəksiniz. |
SİLAH | Yuxuda silah görmək-qüvvət və
üstünlüyə, düşmənə qalib gəlməyə yozulur. - Öz üstündə silah olduğunu və özünü silahsız adamlar arasında görmək-röya sahibi həmin adamların çox sevilən qonağıdır deməkdir. - Özünün silahlı olduğunu və camaatın onu gözlədiyini görmək-gözləyənlər ixtiyar yaşdadırsa, röya sahibinin yaxınları və qohum-əqrabasıdır. - Cavan yaşdadırsa-röya sahibinin pisliyini istəyən, paxıllığını çəkən adamlardır. - Özünü silahlı görmək, lakin istifadə etməyə iqtidarı çatmamaq-yuxu görənin yetkinliyinə, məqsəd və muradına çatacağına yozulur. - Röya sahibi xəstədirsə, Tanrı ona sağlıq bəxş edəcəkdir. - Silah qurşamaq-cahillər üçün-dəf olunan elmə, biliyə; yoxsullar üçün-kasıblıqdan qurtarıb var-dövlətə çatmağa, düşməni qovub qurtuluş qazanmağa yozulur. |
SİLLƏ (şapalaq) |
Yuxuda yavaşcadan birinin boynunun ardına şapalaq vurmaq-röya sahibi yuxuda vurduğu adama etdiyi yaxşılığı onun başına qaxacaq, öz yaxşılığını hər yerdə danışacaqdır. |
SİRKƏ | Bir dostunuzla aranızın heç nədən pozulacağına işarə sayılır. |
SİS (tüstü-duman) | Yuxuda görülən tüstü-duman röya sahibinin
əhvalında meydana gələn qarışıqlığı ifadə edir. - Yuxuda üzərinə duman çökdüyünü görmək-fitnə və qarışıqlığa, qovğaya işarə sayılır. |
SİFERBLAT | Röyada siferblat, ya da saat
görmək-işlə ilgili müqavilə və anlaşmalarınızda çox vasvası və tələbkar
olduğunuzu göstərir. - Siferblat qırıqsa-tanıdığınız və tanımadığınız kimsələr tərəfindən diqqətinizə təqdim edilən və tələsik pul qazanmaq məqsədi güdən planlar, fikirlərə qarşı təmkinli olmanız məsləhətdir. |
SİÇAN | Böyük bir təhlükəyə yozulur. |
SİÇOVUL | Gizli düşmənə işarədir. Ölü siçovul-qaba, xain bir düşmənə yozulur, həmin düşmən röya sahibinin bütün hərəkətlərini izləyir və ilk fürsətdə zərbə endirməyə çalışır. |
SIĞINACAQ | Röyada bir sığınacağa girmək-həyatda çox qorxduğunuz bir şey başınıza gələcək, lakin bunu asanlıqla dəf edə biləcəksiniz. |
SIĞIR | Röyada sığır boğazlamaq və
ətini başqalarına bölüb dağıtmaq-yuxu görənin çox xeyirxah bir iş
tutacağına işarədir. - Sığır sudu içmək-təmiz bir inanc və halal maldır. - Sığırın evinizə girdiyini görmək-vara, nemətə qovuşacaqsınız. |
SIĞIRÇIN | Uşaq və qulluqçular anlamına gəlir. |
SIYIQ | Röyada sıyıq görmək-son zamanlarda həddən artıq yorulacaqsınız, mütləq dincəlmək lazımdır. Yoxsa, səhhətiniz ciddi şəkildə pozula bilər. |
SIXINTI | Röyada sıxıntı içində bir iş görmək, çalışıb-çabalaamq və bu səbəbdən də tər içində oyanmaq-çətin bir işin çox gözəl sonluqla başa çatacağına və bu işin mükafatını, xeyrini görəcəyinizə yozulur. |
SKELET | Yuxuda skelet görmək-cavan
üçün hiss edilməyən gizli bir təhlükəyə; - yaşlı adam üçün-fitnə-fəsada; qadın üçün-gənc bir həkimə ərə gedəcəyinə; - evli qadın üçün-ailədə bir nəfərin qəfil xəstəliyinə yozulur. |
SKRİPKA | Skripka ilə ilgili yuxular bəzi qarışıq eşq macəralarının başlanğıcı kimi yozulur. |
SOĞAN | Röyada soğan görmək və ya yemək-kiçik mənfəətlər üçün başqalarına boyun əymək və yaltaqlanmaq xasiyyətindən əl çəkməyin gərəkliliyinə əlamət sayılır. |
SOXULCAN | Ətrafınızı qiymətsiz və pis xasiyyətli adamların sarmış olduğuna yozulur. |
SOYUQ HAVA | Yuxuda yay mövsümündə
şiddətli soyuqların düşdüyünü görmək-girişdiyiniz işlərdə çətinliklərlə
qarşılaşacaqsınız. - Soyuqdan bədən üzvlərinizdən birinin donduğunu görmək-bir ölüm xəbərinə işarədir. |
SOSİSKA | Röyada sosiska yemək-pul itkisinə və böyük məsrəflərə girəcəyinizə işarə sayılır. |
SOFU | (mömin, dindar adam) Röyada sofu bir adam görmək-nəsihətə möhtac olduğunuza və böyüklərinizin öyüdlərini dinləməyin gərəkliyinə yozulur. |
SÖZ | Röyada müxtəlif dillərdə danışan bir adamın
sizə bəzi sözlər söyləməsi-böyük bir mülkün sahibi olacaqsınız. - Bir quşun sizinlə danışması-böyük bir mülk ya da elm sahibi olacaqsınız. - Röyada kiçik bir uşağın danışması-haqqa, həqiqətə işarə sayılır. - Röyada cansız şeylərin danışması-barışa, öyd-nəsihətə; heyvanın danışması-əzab-əziyyətə yozulur. - Yuxuda düşmənin danışdığını görmək-ayrılığın sona çatdığını xəbər verir. |
SÖYMƏK | Röyada bir başqasına
söymək-söyülən kimsə üçün rəzillik, söyən üçün isə qüdrət və böyüklük
deməkdir. - Adi, dəyərsiz bir adamın yuxuda şan-şərəf sahibi bir kimsəyə söyməsi-söyənə söyülən tərəfindən bəla yetişəcəkdir. - Yuxuda bir kimsənin sizə söyməsi-o adam tərəfindən əziyyətlərə düçar olsanız da, sonda intiqamınızı ala biləcəksiniz. |
STAVRİDA BALIĞI | Xeyrə yozulur. Sıxıntılı günləriniz arxada qalacaq, xoşbəxtliyə qovuşacaqsınız. |
SU | Röyada su-xoş həyatı və gözəl
ruzini ifadə edir. Suyu təmiz və saf görmək-ucuzluğa, bolluğa və
ədalətin yayılmasına işarədir. - Bir adamın yuxuda əlini suya qoyması-haram malla halal malı qarışdırmağa yozulur. - Su içmək-yaşayışın sıxıntılı, zəhmətli olmasıdır. - İst su içmək-şiddətli üzüntü çəkəcəksiniz. - Özünü su içində görmək-fəsada, bəla və kədərə əlamətdir. - Röyada özünün təmiz suya atıldığını görən kimsə böyük bir sevincə qovuşacaq. - Yuxuda bulanıq sular-çətinliyə və məişətə işarədir. - Yuxuda su istəyən adam yalan danışar, dedi-qoduyla məşğul olar. - Axarsız, göllənmiş su-həbsi ifadə edir. - Axarı olmayan suya düşmək-röya sahibinin həbs ediləcəyinə, üzüntü və kədərə işarə sayılır. - Quyudan qara su çıxdığını görmək-yuxunu görənin evlənəcəyi xeyirsiz bir qadına yozulur. - Röyada saf, bərraq suya baxmaq və üzünü orda gözəl görmək-röya sahibinin ailəsinə, qohum-qonşuya və dostlarına qarşı xeyirxahlığını ifadə edir. - Yuxuda saf, təmiz suya malik olduğunu görən adam böyük xeyrə qovuşacaq. Su-subay üçün xanımı; subay qız üçün əri ifadə edir. - Röyada təmiz qabdan su içdiyini görən adamın nigahı davamlı olur, haram qabdan su içənin isə nikahı pozulur. - Yuxuda susamaq və su içmək-röya sahibinin əkin-biçini bol və bərəkətli, qəlbi Allah sevgisiylə dolu olacaq, yoxsulluğu bitəcək, ailəsi və uşaqları ağ günə çıxacaqdır. - Suyun axması-üzüntü və kədərə əlamətdir. - Bardaq, yaxud kasadan su içmək-yuxunu görən subaydırsa, evlənəcək. - Röyada soyuq suyla abdəst almaq-tövbəyə, xəstəliklərdən qurtulmağa, həbsdən çıxmağa, borcları ödəməyə, qorxudan əmin olmağa işarə sayılır. - Suyu qabıyla bərabər götürüb aparmaq-röya sahibi kasıbdırsa, varlanacaq; varlı və subaydırsa-evlənəcək; - evlidirsə-arvadı uşağa qalacaq. |
SUÇU | Röyada suçu görəmk-xeyirxah bir adamı ifadə
edir; elm, hikmət, şəfa verən bir kimsədir. - Suçu-ruziyə, bəzən pisliyə və düşmənçiliyə də yozula bilir. |
SU ANBARI | Qəpik-qəpik yığmış olduğunuz pulları boş yerə israf etməməyin gərəkliliyini göstərir. |
SU YOLU (kanal) | Yuxuda su yolu görmək, oradan su içmək-əlinizə mal gələcəyini xəbər verir. |
SUALTI QAYIQ | Çox böyük təhlükəylə qarşılaşacaq, lakin soyuqqanlılığınız sayəsində bu ciddi təhlükəni dəf etməyə müvəffəq olacaqsınız. |
SUDA YAŞAYAN CANLILAR | Röyada suda yaşayan canlılar görmək-var-dövlətə yozulur. |
SUYA TULLANMAQ | Hündür bir yerdən gölə, çaya
və ya dənizə tullanmaq-ictimai həyatda uğurlar qazanacaq, mülki həyatda
öndər keyfiyyətlərə, liderlik mövqeyinə malik olacaqsınız. - Suya tullanma yarışlarında iştirak etmək-sizin üçün faydalı ola biləcək çevrələrdə düşmənçilik duyğuları oyandırmamağı, ehtiyatlı olmağın gərəkliyini göstərir. - Dalğıcların suya baş vurmasını və tullanmalarını seyr etmək-vaxtınızı və biliyinizi layiqli bir məqsədə sərf etdiyiniz üçün şöhrətə qovuşacaqsınız. |
SULAMAQ (suvarmaq) | Yuxuda tarla suvarmaq-bol və bərəkətli məhsul
alacağınıza yozulur. - Bostanı, göy-göyərtini, çiçək fidanlarını sulamaq-həyatınızda kiçik bir irəliləyiş olacaqdır. |
SULTAN | Yuxuda sultanlardan birini görmək-yaxın günlərdə şad xəbər alacaqsınız. |
SULFAT TURŞUSU | İztirablı bir duruma düşəcəyinizə yozulur. |
SUSAMAQ | Röyada susayaraq su
içmək-səhhətinizin düzələcəyinə yozulur. - Susuzluğunu içki ilə yatırmaq-təhlükəli bir xəstəlik əlaməti kimi qəbul edilir. - Susuz bir adama su vermək-yaxın adamlarınızdan bir bu günlərdə evlənəcəkdir. |
SUSUZLUQ | Röyada hiss edilə susuzluq-din baxımından
fitnə-fəsada işarədir. - Susuzluğunu hiss edib bir irmaqdan su içmək arzusunda olmaq-kədər və qəm-qayğıdan qurtulmaqdır. - Yuxuda susuzluqdan yanmaq, lakin bulaq başında, yaxud bir su quyusu üzərində olsa da, bir damla su içməyə heyi olmamaq-röya sahibinin əməl və arzuları həyata keçməyəcəkdir. |
SUXARI (qalet) | Bir dəniz səyahətinə işarə sayılır. |
SÜVARİ | Xeyirxah adamlarla dostluq edəcəyinizə yozulur. |
SÜD | Cavan oğlanın röyada süd
içdiyini görməsi-maliyyə işlərində təcrübəsizlikdən və cəsarətsizlik
üzündən pul itirəcəyinə işarə sayılır. - Orta yaşlı adamlar üçün bu röya-kiçik bir toplantıya çağrılmaq anlamına gəlir. - Daha yaşlılar üçün-gözləmədiyiniz və çox sevinəcəyiniz bir qonağınız gələcək. Süd sağmaq-bir gəlir mənbəyi tapacaqsınız. |
SÜD ANASI | Yuxuda süd anası görmək-bir çox yeni və faydalı işlərlə qarşılaşacağınıza işarədir. |
SÜKAN | İş həyatında da, şəxsi həyatda da uğurlar qazanacaq, sevindirici bir xəbər alacaqsınız. |
SÜLEYMAN ƏLEYHİSSƏLAM | Həzrəti Sülüymanı yuxuda görən adam çox yüksək bir mənsəbə çatacaq, dövlətə və səadətə yetişəcək, düşmənlərinə üstün gələcəkdir. |
SÜLH | Şəriətə və qanuna uyğun
olaraq, yuxuda sülhə gəlmək-ülfət və məhəbbətə, günahlardan tövbəyə,
xalqı irşada, xeyrə, əmin-amanlığa çıxarmağa işarə sayılır. - Düşmənlə sülhə gəlmək-həmin düşmənlə yenidən mübarizə aparmağa və aradakı düşmənçiliyin davan etdiyinə yozulur. |
SÜNBÜL | Sərvətin və etibarın artması deməkdir. |
SÜMÜK | Röyasında sümük görən uğurlu
bir işə girişəcək. - Daha yaşlı kişi üçün bu yuxu-o qədər də ciddi olmayan bir xəstəlikdən qurtulacağına yozulur. - Gənc qız üçün-sənətkarla evlənməyə; qadın üçün-kiçicik münaqişələrə işarədir. |
SÜHGƏR DAŞI | Yuxuda süngər daşı görmək-xeyir xəbər alacağınıza yozulur. |
SÜPÜRGƏ | Yuxuda qadının süpürgə ilə
evi süpürməsi-xeyrə yozulan röyalardandır. - Qadın evin bir otağınıp süpürürsə, bu yuxu-daha gözəl və şən günlərin yaxınlaşdığını xəbər verir. - Yuxuda ocaq başı süpürülmüşsə, yaxın günlərdə röya sahibinin evində bir şənlik, toy-düyün olacağına işarədir. - Küçə süpürmək-zənginliyin, rifaha qovuşmağın müjdəsidir. |
SÜRGÜN (sürülmə) | Röyada bir adamı sürgünə yollamaq-həbs olunmağa
yozulur. - Bir kimsənin yuxuda başqa bir yerə qovulduğunu və ya sürgün edildiyini görməsi- o adam həbsxanaya düşəcək. - Cənnətdən qovulmaq-fəqirliyə, yoxsulluğa işarədir. - Elm sahibi bir adam yuxuda qovulduğunu, yaxud bir yerə sürüldüyünü görərsə- o adam qorxulu bir şeylə qarşılaşacaq və ziyana düşəcəkdir. |
SÜRMƏ | Röyada gözə çəkilən sürmə
-var-dövlətə işarədir. - Bir adamın yuxuda sizə sürmə verməsi-əlinizə az-çox mal və pul keçəcəkdir. - Gözünüzə xeyirxah bir adamın sürmə çəkməsi-xeyrə, gözəlliyə işarədir. - Pis adamın sürmə çəkməsi-xeyrə əlamət sayılmır. - Çoxlu sürmə-çoxlu sərvətə yozulur. - Gözdə ağrı hiss etmək və sürmə çəkmək-röya sahibinin gözlərinin sağalacağını göstərir. - Sürmə daşıyla gözə sürmə çəkmək-arvadınızla aranızda olan soyuqluq ortadan götürüləcək. bir qızın gözlərinə sürmə çəkməsi-o qız cavan vir oğlana ərə gedəcək. - Dul qadının gözünə sürmə çəkməsi-bir kişiylə evlənəcək deməkdir. |
SÜRÜ | Yuxuda heyvan sürüsü-sevinc dolu günlər keçirəcəyinizə işarə sayılır. |
SÜTUN | Röyada hər hansı bir sütun-böyük bir ev sahibi olacağınıza işarə sayılır. Mərmər sütün-böyük bir sevinc əlamətidir. |
SÜFRƏ | Yuxuda yemək süfrəsi qurmaq-ömrünüzün uzun
olacağına işarədir. - Süfrə örtüsü-böyük bir səfərə, rahatlığa, bərəkətə yozulur. - Bəyaz masa örtüsü-yaxın günlərdə ürəyiniz istəyən adamlalarla bir masa arxasında yemək yeyəcəksiniz deməkdir. - Süfrə servisi-yaxınlarda muradınıza çatacaq, məsud bir həyata qovuşacaqsınız. - Gümüş süfrə servisi-mənəvi sıxıntılara işarədir. - Öz süfrə servisini satmaq-işlərinizin qarışacağına yozulur. |