Vaqon | Röyada kömür dolu vaqon
görmək-zənginliyə işarədir. - Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur. |
Vağzal | Yaxın zamanda çoxdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız. |
Vadi | Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir. |
Vaiz | Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyətli adamlar tərəfindən sarıldığına işarədir. |
Vaz keçmək | Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur. |
Vali | Röyada vali görmək-üzüntü, sıxıntı, içki içmək,
qumar oynamaq, oğurluq və s. bu kimi qeyri-əxlaqi işlərə işarə sayılır. - Başqa yozumlara görə röyada vali görmək-xalqa can başla xidmət etməyi göstərir. - Yoxsul bir adamın röyasında vali olduğunu görməsi-dərcəsinin yüksəlməsi anlamındadır. - Röyada vali olduğunu görən hakim rüşvət alıb həm verər. |
Valyuta alış verişi | Röyada valyuta işləri ilə məşğul olmaq-böyük miqdarda pul və dəyərli mal-mülk itkisinə işarə olaaqqəbul edilir. |
Var-dövlət | Röyada var-dövlət sahibi olduğunu görmək-xeyirli bir xəbər alacağına işarədir. |
Vahə | Sıxıntılı günləri arxada qoyub rahat və sevinc dolu bir yaşayışa qovuşmağa işarədir. |
Vedrə | Vedrəylə bağlı yuxular belə yozulur: Boş vedrə-
pul itkisidir. - Dolu vedrə-qazancdır. Yarıyacan dolu vedrə-gözlənilməz bir xəbərdir. - Mis vedrə-pullu qazanclı işdir. |
Velosiped | Yuxuda velosiped görən adam
çox çətin bir işlə qarşılaşacaq və o iş bir sıra xatırladan, səhvlərdən
sonra yoluna qoyulacaqdır. - Velosipedlə yoxuş yuxarı çıxmaq-röya sahibinin evindəki və iş həyatındakı bir sıra çətinlikləri, axır ki, yenəcəyinə işarədir. - Velosipedlə eniş enmək-xoşbəxtlik içində keçən həyat gözlənilməz bəd xəbərlərdən alt-üst olacaqdır. |
Vəba | Vəba xəstəliyi ilə ilgili yuxular bu günlərdə böyük bir maddi sıxıntı içinə düşmənizin mümkünlüyünə işarədir. |
Vəd vermək | Röyada yaxınlarınızdan birinə nəsə vəd etmək – borc istəmək anlamındadır. |
Vəzifədən çıxarılmaq | Arvadını boşamaq kimi yozulur, ya da yeri
dəyişdirmək anlamına gəlir. - Özünün işdə çıxarıldığını, yerinə daha yaşlı birinin gətirildiyini görmək-həmin vilayətin rəhbərinə düşmənləri tərəfindən ziyankarlıq yetirləcəkdir. |
Vərəm | Vərəm ilə bağlı röyalar xeyrə yozulmur, mənəvi sıxıntı anlamındadır. |
Vəsiyyət | Röyada vəsiyyət etdiyini görmək-kədərli
olduğunuza; - Var-dövlətini başqasına vəsiyyət etmək- xeyirxahlığa, yardıma, birliyə, barışığa yozulur. |
Viza | Yuxuda viza almaq-yaxın dostunuzun yardımı sayəsində düşmüş olduğunuz sıxıntıdan qurtaracaqsınız |
Vizit vərəqəsi | Bir nəfərdən yardım təklifi alacaqsınız. |
Villa (imarət) |
Röyada özünü bir villanın
içində görmək-düşmən üzərində qələbəni xəbər verir. - Villa-rahatlıq, zəiflik və xoşbəxtlikdir. |
Viranəlik (uçuq-sökük yerlər) |
Xeyrə əlamət edilir. Bu cür röya görən amma
pul-maliyyə işlərində daha ehtiyatlı davranmalıdır. - Bəzi yozmalara görə, viranəlik-istəyə çatmaq kimi də açıqlanır. |
Viski içmək | Zənginliyə, səhhətinizin düzələcəyinə yozulur. |
Vitamin | Röyada vitaminli dərmanlar içmək-sağlamlığına diqqət yetirməyin gərəkliyinə işarədir. |
Vitrin | Yuxuda vitrin görmək-veriləcək göstərişlərin röya sahibini gülünc vəziyyətə salacağına işarədir. |
Vulkan (yanardağ) |
Yuxuda vulkan püskürməsini gömək-cavan oğlan
üçün-çox sayıb, hörmət etdiyi bir böyüyü ilə dalaşacağına və bu səbəbdən
də işlərin pozulacağına; - orta yaşlılar üçün-heç də istəmədiyi bir dəyişikliyə; gənc qadın üçün-çox sevəcəyi xoş davranışlı, lakin əsəbi biriylə evlənəcəyinə; - evli qadın üçün-qonşu və qulluqçu ilə qovğa edəcəyinə yozulur. |
Vücud (bədən) |
Röyada vücudunu şişmiş görmək-qüvvətli düşmənlərə üstün gələcəyinizə yozulur |