YABA | Böyük bir zəhmət və sıxıntı içinə düşəcəyinizə yozulur. |
YABANCI (yad) | Röyada bir yabancı ilə tanış olmaq-yeni bir iş imkanı ələ düşəcəkdir. |
YAQUAR | Uğur, müjdə işarəsi sayılır. |
YAQUT | Yuxuda yaqut görmək-firəvanlıq,
şadlıq işarəsidir. - Yaqut qaşlı uzuk taxmaq-gözəlliyə, şan-şöhrətə yozulur. - Yaqut daşı tapmaq-əlinizə mal keçəcək. - Kasıblar üçün bu röya-qüvvətli olmağa, xəstələr üçün cəhənnəmdən qurtuluşa işarədir. - Əlində yaquta bənzər bir daş olduğunu görən kimsə soyca şərəfli olmadığı halda, əsil-nəcabət iddiasında olar. |
YAĞ | Böyük bir xoşbəxtliyə doğru addımlamaqda olduğunuzu göstərir. |
YAĞIŞ | Zərər vermədiyi təqdirdə yuxuda
yağış-xeyrə və bolluğa yozulur. - Bəzən də yağış-qorxulu bir şeyin olacağını, vəd edilən sözün yerinə yetirilməməsini, müsafir olanın səfərindən geri qalmasını bildirir. - Yuxusunda yağışın yalnız öz evinə yağdığını görən adam xeyrə, xeyirxahlığa çatacaq. - Yağışın şəhərin hər yerinə yağdığını görmək- o yerin xalqının xeyirxahlığını və xeyirini ifadə edir. - Yağış suyundan içmək-su saf və durudursa, röya sahibi xeyirə qovuşacaq. - Yağış suyu bulanıq olarsa, bu sudan içən xəstə olar. - Göydən qan, daş-torpaq yağması-zülmü, bəzən də ucuzluq olacağını göstərir. - Yağış yağması və sel olub qabağına gələni düzləməsi-hökmdar tərəfindən o yerdə ortaya çıxacaq fitnə-fəsada işarədir. - Əkin-biçin adamlarının yuxuda yağış görəməsi-müjdə, ucuzluq və bolluq deməkdir. |
YAĞMURLUQ (geyim) |
Heç tanımadığınız bir adamın iş həyatında sizə böyük arxa və kömək olacağına işarədir. |
YAD MƏMLƏKƏT | Cavan oğlanın yuxuda yad bir
məmləkətdə olduğunu və heç yeri tanımadığından çaşqın-çaşqın
boylandığını görməsi-vasitəçi və tərcüməçi olmadan həlli müşkül bir işlə
qarşılaşmağa yozulur. - Orta yaşlı adam üçün bu röya-təcrübəsi olmasa da, gözəl bir işi idarə etmək üçün təklif alacağına; - daha yetkin yaşda olanlar üçün-dostlara və yoldaşlara güvənmədiyindən, işin pozulacağına və çətin duruma düşməyə işarədir. |
YAZI YAZMAQ | Röyada yazı
yazma-hiyləni; yazı yazanı görmək isə-hiyləgər bir adamı ifadə edir. - Öz yazısını çirkin olduğunu görən adam günahlarından tövbə edər. - Kitab yazdığını görən, lakin onu tamamlaya bilməyən kimsənin işləri yarımçıq qalar. - Yuxuda yazı yazmağa çalışmaq, lakin gözəl xətlə yaza bilməmək-röya sahibi qorxu və zəhmət içində olsa da, sonda gözəl nəticələr əldə edəcək. - Bir kağız üzərində yazı yazmaq-mirasa qovuşmaqdır. - Yuxuda sol əliylə yazı yazan adamın zina yoluyla bir çocuğu doğulacaq və bu uşaq böyüyüb şair olacaqdır. - Röyada kitab yazdığını görən kimsə yüngül bir xəstəlik keçirəcəkdir. |
YALAQ | Bərəkətə yozulur. |
YALAN | Röyada yalan danışmaq və ya yalandan şahidlik etmək-birisi haqqında iftira və pis söz söyləmək kimi yozulur. |
YALIN AYAQ | Röyada birisini yalınayaq görmək-yoxsulluq əlamətidir. |
YALTAQ, YALANÇI | Ətrafınızı saran yalançı, hiyləgər və şarlatan adamların pisliklərindən özünüzü qorumağın vacibliyinə işarədir. |
YANAQ | Yanaq yuxuda-xeyrə, bolluğa və
bərəkətə, bəzən də üzüntüyə, kədərə və xəstəliyə işarədir. - Qırmızı və ətli yanaq-rütbə və məqama, xəstəlikdən qurtulmağa, qismətə, sevincə yozulur. - İki yanaq-gözəlliyi və ya sevimli bir şeyi, ya da o yanaqları öpəcək adamı ifadə edir. - Sarı və ya qara yanaq-qorxu, üzüntü və etibardan düşmək anlamındadır. |
YANĞINSÖNDÜRƏN | Yuxuda
yanğınsöndürən görmək-bir sıxıntıdan qurtulub fərəhə, əmin-amanlığa
qovuşacağını xəbər verir. - Əgər yanğınsöndürən bir yanğına su atırsa, röya sahibi böyük bir bəladan qurtaracaq, gözləmədiyi bir vaxtda ummadığı bir adamdan yardım görəcəkdir. |
YAPALAQ | Röyada yapalağın oxuduğunu eşitmək-birisi tərəfindən aldadılacağınıza işarədir. |
YAPIŞQAN | Yuxuda
yapışqan görmək-bir müşkülü həll edən ustad və xalq arasında barışıq,
mehribançılıq yaradan ağsaqqal bir adam anlamına gəlir. - Yapışqan, eyni zamanda, oğru və çapqınçıların yaxalanması kimi də yozulur. |
YAPON | Röyasında yapon görən adam əgər
subaydırsa, həyatını sadiq və müşfiq birisi ilə birləşdirəcəkdir. - Evli üçün də bu röya xeyrə yozulur. |
YAPON GÜLÜ (kameliya) |
Böyük bir səyahətin xəbərçisi olaraq yozulur. |
YARA | Yuxuda yaralandığını,
üst-başını qanlı görmək-yaxın dostları röya sahibini pis və şərəfsiz bir
iş tutmaqdan çəkindirəcəklər. - Qadının belə röya görməsi-sevgilisinin və ya ərinin onu aldatdığına işarədir. - Yaradan qan axması-yoldaşlarınızdan biri sizi lağa qoyub gülünc duruma salacaqdır. |
YARALANMAQ | Röyada bir
adamı yaralamaq-yaralayan qəmə-qayğıya, kədərə düçar olacaq, yaralanan
da sıxıntılara məruz qalacaqdır. - Bu röya yaralayanın zərərinə, yaralananın kininə işarədir. |
YARASA | Yuxuda yarasa görmək-korluğa,
sapıqlığa, yoldan azmağa işarədir. - Yarasa-gizlicə qeyri-əxlaqi işlər tutmağa və o işlərin aşkara çıxacağına yozulur. |
YARIŞ | Röyada bir yarışda iştirak etmək və yarışı udmaq-uğur qazanacağınıza; uduzmaq-peşmançılığa yozulur. |
YARMA | Yuxuda yarma və yarma halvası görmək-ölüm xəbəri kimi yozulur. |
YARMARKA | Yuxuda yarmarka görmək-geniş miqyaslı bir alış-verişə girəcəyinizə və bu işdən qazanc əldə edəcəyinizə işarədir. |
YASTIQ | Yuxuda cavan oğlanın yumşaq bir
yastığa dirsəklənib istirahət etməsi-yaxın vaxtlarda onun əlinə fürsət
düşəcək və ən kəsə yolla bolluğa və xoşbəxtliyə qovuşacaqdır. - Yaşlı adamlar üçün bu röya-xoş və əyləncəli bir istirahətə; subay qadın üçün-pullu bir kişiylə birləşməyə; - evli qadın üçün-qiymətli bir dost qazanmağa, yaxud rəsmi bir toplantıya dəvət edilməyə yozulur. |
YATAQ | Yeni bir könül macərasına işarədir. |
YATAĞAN (qılınc) | Şan, şərəf, etibar rəmzi kimi yozulur. |
YAXA | Yuxuda paltarın yaxası-sərvətə və mala; yaxasının bürüşük və əzik olması-zərərə işarədir. |
YAXI | Röyada yaxı görmək-sağlamlığınıza diqqət yetirmədiyinizi göstərir. |
YAXTA VƏ KATER | Heç vaxt
yaxtaya minməmiş adamın yuxuda yaxtaya minməsi xeyirli röyalardandır. - Cavan oğlan üçün bu röya-ani və sürətli bir dəyişiklik nəticəsində qazanacağı xoş gələcəyin müjdəsidir. - Yaşlı adam üçün-işlərində uğur qazanmağa; ərə getməmiş qızlar üçün-zəngin, lakin yaşlı bir adamla evlənməyə; - evli qadın üçün-zəngin və moderi bir həyata yozulur. |
YAXŞILIQ | Röyada yaxşılıq edən və bir fəqirə əl tutub yardım etdiyini görən adam şad bir xəbər alacaq, dövlətli olacaqdır. |
YAŞILLIQ | Röyada göz
işlədikcə uzanan yaşıllıq görmək-uzunömürlü bir dostluq və ululuq,
böyüklük anlamındadır. - Bir qız bu röyanı görmüşsə, tanıdığı və sevdiyi bir adamla tezliklə ailə quracaq. - Özünü yuxuda yaşıl libasda görmək-şərəfə, ululuğa işarədir. |
YAŞMAQ | Qadınların yuxuda yaşmaq
görməsi-gözəl bi xəbəri ifadə edir. - Ərə getməmiş qadınlar üçün bu röya-ərə getməyə, səadətə, ərinin çox zəngin olacağına yozulur. |
YEZNƏ | Yeznəsi olmayan birisinin yuxuda yeznə görməsi-düşmənlə mübarizədə qələbə çalmağa, hər cür qorxu və əndişədən qurtarmağa yozulur. |
YEYƏ (törnü) | Yaxın vaxtlarda sıxıntılardan qurtulacaqsınız. |
YEL XƏSTƏLİYİ (revmatizm) |
Röyada yel xəstəliyinə tutulduğunu görmək-qarşıda sizi sıxıntılı günlər gözləyir deməkdir. |
YELKƏN | Yuxuda gəmi yelkəni görmək-röya
sahibinin səltənət və ya dövlət başqanlığıyla ilgili olmasına işarədir. - Özünə yelkən hazırlandığını görmək-röya sahibi səltənətə, qüdrətə və şərəfə yetişəcək. - Bu yuxunu görən hökmdardırsa, o, qüvvətli bir ordu yaradaraq güclü bir düşməndən əmin olacaq, vara, qüdrətə, ucalığa yetişəcəkdir. |
YELKƏNLİ QAYIQ | Diləklərinizin gerçəkləşəcəyinə yozulur. |
YELPAZƏ (yelpik) |
Yuxuda yelpazə
görmək-rahatlığa, sıxıntılardan qurtarmağa, yoxsulluqdan çıxıb zəngin
olmağa yozulur. - Xurma yarpağından yepaz röya sahibinin arvadına və ya uşağına işarədir. |
YEMƏK BİŞİRMƏK | Yuxuda ocaqda
yemək bişirmək-həsrətinizə qovuşacaqsınız. - Bişmiş yeməyin üstünə su əlavə edərək ət bişirmək-bütün istəkləriniz yerinə yetəcək, xalq arasında şöhrət qazanacaqsınız. - Qoyun ətindən xörək hazırlamaq-halal ruziyə, xoş, firavan güzərana, gözəl yaşayışa işarədir. - Sığır ətindən yemək bişirmək də eynilə yozulur. - Yırtıcı heyvanların ətini bişirmək-zalım bir bölgəyə vali olmağı; - köpək əti bişirmək-alçaq bir məmuriyyəti; - köpək əti yağda bişirilərsə-haram malı; - ət yağsız isə-yoxsulluğu, sıxıntını, qanuni olmayan qazancı; - quş əti bişirmək-halal qazancı ifadə edir. |
YEMƏK BORUSU | Bir müddət sıxıntı keçirdikdən sonra bolluğa qovuşacağınıza işarə sayılır. |
YEMƏK YEMƏ | Röyada xörək
yemək-nə cavanlar üçün, nə də yaşlılar üçün yaxşı röya sayılır. - Bəzi xırda-para narazılıqları ifadə edir. - Çeşid-çeşid yemək görmək-sosial durumda bir dəyişikliyə; - ət yeməkləri-yoxsulluqdan qurtulub zəngin olmağa; - bəyaz, səbzəli yeməklər-ərzağa, yeyəcək şeylərinə; - turş və sarı rəngli yeməklər-xəstəliyə işarə sayılır. |
YENİ İL | Yeni illə ilgili röyalar nişanlı olmağa, evliliyə, eşqə-sevgiyə yozulur. |
YENİLGİ (məğlubiyyət) | Yuxuda hər hansı bir məsələdə yenildiyini görmək-həmin məsələdə üstün gələcəyinizə yozulur. |
YENİÇƏRİ | Şan-şöhrətə, etibar və uğura işarədir. |
YER QAZMAQ | Torpaq qazan
bir adamı yuxuda görmək-işdə uğur qazanılacağına işarə sayılır. - Cavan oğlan yuxuda torpaq qazdığını görərsə, bu-hardasa başqa yerdə onu böyük var-dövlətin gözlədiyinə yozulur. - Yaşlı adam üçün belə röya gözlənilməz dəyişiklik; - qadın üçün-bundan sonra hər işdə bəxtinin gətirəcəyi kimi mənalandırılır. |
YERƏ BATMAQ | Röyada yerə batmaq-hökmdar
tərəfindən meydana gələcək qorxu və təhdidə yozulur. - Yerə batdığını görən adam əzaba düşəcək. - Heç bir çuxur olmasa da, yerə batdığını və çox dərinə getdiyini görən və oradan çıxa bilməyəcəyini anlayan adam aldadılacaqdır. |
YERİMƏK | Yuxuda
əyilmədən, dümdüz yerimək-bəd əməllərdən kənar və doğru yolda olduğunuza
işarədir. - Ayaqyalın yerimək-üzüntü və kədərdən qurtulmaqdır. - Əlində bir icra sənədi küçələrdə gəzib-dolaşmaq-vəzifədə irəli çəkiləcəksiniz. - Yuxuda yerimək-qorxuya, təhlükəyə və qəzavü-qədərə sinə çəkərək yolçuluq etməyi də ifadə edir. - Tək ayağı üstündə yerimək-var-dövlətin və ömrün yarısının getdiyinə işarədir. |
YERKÖKÜ | Yuxuda yerkökü yemək
sağlamlığınızın çox yaxşı olacağını göstərir. - Kök yetişdirmək və ya toplamaq-işinizdə, sənətinizdə daima uğurlar qazanacaqsınız. - Bazara gedərkən kök almağı da nəzərdə tutmaq-çox xoş bir toplantıda şərəflə qarşılaşacağınızı xəbər verir. - Röyada əlində yerkökü olduğunu görmən adama çətin görülən iş asanlaşacaq. |
YETİM | Röyada bir yetimi əzizləmək və ya bir hədiyyə verərək onu sevindirmək-xeyirli bir işə girişərək çoxlu qazanc əldə edəcəksiniz. - Yetimi ağlatmaq-işlərinizin pozulacağına işarədir. |
YƏHƏR | Röyada yəhər almaq və ya bir
yəhərə sahib olmaq-üç qadınla ayrı ayrı evlənməyə işarədir. - Yəhər heyvanın sırtında deyilsə, qadına işarədir. - Yəhərinə köpək və ya donuz mindiyini görmək-əxlaqsız bir adamın həyat yoldaşına göz dikəcəyinə; - yəhər-eyni zamanda, əsilzadə və gözəl qadına yozulur. - Özünü yəhərə minən görmək-yuxu sahibi hər işində müvəffəq olub uğurlar qazanacaqdır. - Yəhərini sınmış görmək-röya sahibini özü və ya arvadı vəfat edəcək. - Atın yəhərini almaq-ayrılığa və ya xoşagəlməz bir sözə yozulur. - Yəhər bəzən mala, var-dövlətə də işarə sayılır. |
YƏHYA ƏLEYHİSSƏLAM | Yəhya peyğəmbəri yuxuda görmək-röya sahibini yasaqlardan qaçındığına, dinə sıx bağlılığına, günah işləməkdən qorunacağına, var-dövlətə yetişəcəyinə işarədir. |
YIRĞALANMAQ | Yuxuda boşluqda, yəni havada yırğalanmaq, sanki uçmaq-həyatda birdən-birə yüksələcəyinizə, etibarınızın artacağına işarədir. - Üzmədən suyun üzərində ləngərlənib yırğalanmaq-könül xoşluğuna, fərəhə və səadətə əlamət sayılır. |
YIRTMAQ | Yuxuda hirslənib öz paltarını, geyimini cırıb-tökmək-röya sahibi dindardırsa, mövqeyində yüksələcək, dindar deyilsə, qayğıya, sıxıntıya düçar olacaq. |
YIXILMAQ | Röyada bir evin yıxıldığını görmək-ölümə işarə sayılır. Bir köhnə binanın və ya öz evinin yıxıldığını görmək-sıxıntıya, qəm-qüssəyə yozulur. Bir qadın yaşadığı evin tavanının uçduğunu görərsə, əri öləcək. |
YOZUCU (yuxu yozan) |
Yuxuda röya yozucularını görmək-məhzun olanın sevinəcəyinə, şadlıq içində olanların isə məhzun həyata keçəcəyinə, itkin düşənləri barədə bir xəbər bilmək istəyənlərin həmin adamlar haqda xəbər tutacaqlarına işarə olaraq qəbul edilir. |
YOL | Röyada uzanıb gedən yol görmək və ya uzun asfalt yolla yerimək-işlərinizdə böhranlı və sıxıntılı bir dövrün yetişdiyinə və buna görə də bir qərara gəlməyin, diqqətli və ehtiyatlı olmağın gərəkliyinə işarə sayılır. Dağlar arasında geniş yol görmək-hər cür narahatlıq və sıxıntıdan qurtulmağa, yaxud uzun bir yolçuluğa yozulur. |
YOLDAN SAPMAQ | Yuxuda birinin doğru yoldan sapdığını görmək-o kimsənin haqqdan ayrılmasına, din və məzhəbində yolunu azmasına, doğru yoldan çıxmağa, sapıqlığa, eyni zamanda, doğru yola meyl etməyə işarədir. Röyada yolunu itirən adam pis işlərlə məşğul olar. |
YOLDAN ÇIXARMAQ | Yuxuda oğlanın gənc bir qızı
yoldan çıxardığını görməsi, onun xəyallar içində üzdüyünü və gerçək
həyata qayıtmağın gərəkliliyini göstərir. - Yoldan çıxarıldığını görən cavan qız isə muradına çatacaq. |
YONCA | Röyada yonca
xeyrə yozulur. Cavan oğlanın özünü yoncalıqda gəzən görməsi-sevdiyi yeni
həyat yolunda uğur qazanmaq üçün yaxşı bir imkan olduğuna işarədir. - Yaşlı adam üçün bu röya-işlərində gözlənilməz bir uğur və bolluq; - gənc qızlar üçün-varlı, lakin təcrübəsiz birisinə ərə getmək; - evli qadınlar üçün-iqamətgah dəyişikliyi və ya bağ evinə köçmək anlamındadır. |
YORĞAN | Yuxuda yorğan görmək-rahatlıq,
qüvvət, əmniyyət, dinclik və istirahət anlamındadır. - Gənc qızların yorğan görməsi-onları gözləyən xoş gələcəkdən xəbər verir. - Qadınlar üçün bu röya-çıxdan görmədiyi bir dostuyla görüşüb qovuşmağa işarədir. |
YOX OLMAQ | Röyada yox olmaq, itmək-hər cürə fayda və mənfəətdən uzaq qalmağa, xəstəliyə, həsədə, məhsulun bərəkətsizliyinə işarə sayılır. |
YOXUŞ | Yuxuda bir ehtiyac üzündən sarp bir yoxuşa çıxmaq məcburiyyətində qalmaq-axirətdən haqq qazanmaqdır. |
YUVA | Röyada bir quş yuvası görmək-ailə xoşbəxtliyinə yozulur. |
YUYUNUB-YAXALANMAQ | Tasa və sıxıntılardan qurtulmağa; qulağını yumaq-xoş xəbərlərə; başını yumaq-düşməninizdən üstün olmağa yozulur. |
YULAF | Yuxuda yulaf-qazanca və var-dövlətin artmasına işarədir. |
YUMURTA | Röyada toyuğun yumurtladığını
görən adamın uşağı olacaq. - Təzə bişmiş yumurta-asan qazancdır. - Çiy yumurta yemək-haram mala, zinakarlığa, hüzn və kədərə işarədir. - Çoxlu yumurtası olduğunu görən adamın mal və əşyasının əldən getmək ehtimalı var. - Yumurta qabığı yemək-bu röyanı görən kəfən soyar, ya da örtülü bir şeyin üstünü açar. - Ümumiyyətlə, yumurta ilə ilgili röyalar ürəkaçan yuxulardan sayılmır. |
YUN | Röyada yun
paltar geymiş bir adam görmək-dəyərli və çoxlu mal əldə etməyə yozulur. - Yun görmək-kədərdən qurtulmaq və külçə gümüş kimi də açıqlanır. - Yun üstündə yatmaq-arvadınız tərəfindən çoxlu sərvət sahibi olacaqsınız. - Yunun yandığını görmək-sərvətin əldən getməsinə işarədir. |
YUPİTER | Röyada Yupiter planetini
görmək-dövlət xəzinəsinin dəftərdarı və ya köməkçisi anlamına gəlir. - Yupiteri Ayla birlikdə görmək-alış-veriş, ruziyə, qədir-qiymətin yüksəkliyinə işarədir. - Yupiterin aşağı endiyini, yaxud yandığını görmək-nağılçıya, hədisçiyə, röya yozucusuna, qəmdən-sərdən yazan şairlərə, namaza, oruc tutmağa, ibadətə və həccə yozulur. |
YUXU | Röyada özünü
yatmış görmək-dalğınlığa, tənbəlliyə, işsizliyə, yaxud da istirahətə
işarədir. - Özünü məzr və ya yol üstündə uyuyan görmək-xətələr üçün ölümə; sağlam adam üçün-ətalətə, bekarçılığa, boş-boşuna oturmağa yozulur. - Xalqı yuxuda görmək-tasaya, qəm-qayğıya, bahaçılığa, yaxud müşkül və qarışıq işlərə əlamət sayılır. - Üzüqoylu uyumaq-xeyrə yozulmur. - Yuxu-qızlar üçün nikaha; oğlanlar üçün yoxsulluğa, eyni zamanda, günahların bitməsinə işarədir. - Yuxuda qorxu içində olduğunu görən adam qorxudan qurtulur. - Arxası üstə yatdığını görmək-xoş davranışlardan uzaqlaşmağı, qəfləti; sağ böyrü üstə yatmaq-xeyirli bir işi; - çoxlu ağac altında yatmaq-nəslin böyük olduğunu ifadə edir. |
YUXU DƏRMANI | Röyada yuxu dərmanı içdiyini görən adam üzüntülü günlər görəcək, lakin çox keçmədən fərəhə, sevincə qovuşacaqdır. |
YÜK (tay) |
Röyada yük,
səfər əşyaları yığılmış heybə, xurcun, çemodan və çanta kimi şeylər
görmək-uzaq səfərə yozulur. - Görülən yük, heybə, çanta və s. gözəl və təzədirsə, qarşıdakı səfər xeyirli və mənfəətli olacaq, əksinə, köhnədirsə səfərin sıxıntılı keçəcəyi gözlənilir. |
YÜK | Yuxuda belində yük daşıdığını
görən adam yüksək məqam və mənsəb sahibi olacaq. - Yük maşını-sıxıntı içinə düşəcəyinizə işarədir. |
YÜK QATARI | Bəzi ayıblı olaylarla qarşı-qarşıya qalacağınıza yozulur. |