Yuxuyozma Z hərfi
ZABİT Yuxuda hərbi geyimdə bir polis və ya zabit görmək-dartışmaya və əndişəli üzüntülərə səbəb olacaq bir çağırıya (dəvətə) işarədir.
ZANBAQ Eşq və gözəl niyyət əlamətidir.
ZARAFAT Bir komediya artistinin gülüşlə, zarafatla, hazırcavab ifadələrlə dolu çıxışına tamaşa edib gülmək-xoş xəbərlər alacağınıza əlamətdir.
- Zarafatdan xoşlanmamaq-önəmli bir sosial vəzifəni unutmuş olduğunuzdan əfv diləmək məcburiyyətində qalacağınıza dəlalət verir.
ZAHİ QADIN Bu röya kişilər üçün xoş bir iş müjdəçisi olaraq yozulur.
- Qadını yuxuda özünü yenicə doğmuş görməsi-keçici bir xəstəliyədoğum yatağından durmuş görməsi isə-xeyrə və sağlamlığa işarə sayılır.
ZEYTUN AĞACI Muradınıza çatacaq, istəklərinizə yetişəcəksiniz.
ZƏİFLİK Röyada özündə zəiflik, gücsüzlük hiss etmək-qorxuya; zəiflikdən şikayət etmək isə-istəyə qovuşmağa yozulur.
ZƏKAT Röyada zəkat verdiyini görən adam son dərəcə sevindirici bir xəbər alacaq və işləri düzələcəkdir.
- Birisindən zəkat pulu almaq-bəzi yozuculara görə, bolluq və bərəkətə, bəzilərinə görə isə, fəqirliyə və çətin güzərana işarə sayılır.
ZƏLİ Yuxuda zəli-röya sahibinin çoluq-çocuğuna işarə sayılır.
- Burnundan və ya başqa bir yerindən zəli çıxdığını görən adamın arvadı uşaq salacaq.
ZƏNBİL Bolluq və bərəkət işarəti olaraq yozulur.
ZƏMZƏM SUYU Röyada zəmzəm suyu içdiyini görən adam dərd və xəstəliklərdən qurtulur, arzularına çatır.
ZƏNG Röyada qapı və ya məktəb zənginə oxşar bir səs eşitmək-xeyrə əlamətdir.
- Cavan oğlan üçün-daha yüksək bir mənsəbə çatacağına;
- yaşlı adam üçün-durumunda daha xoş bir dəyişiklik olacağına;
- ərə getməmiş qız üçün-xoşbəxt bir ailə quracağına;
- evli qadın üçün-gələcəyi parlaq bir oğlan uşağı doğacağına yozulur.
ZƏNGİN ADAM Yuxuda varlı bir adam görmək-sıxıntı içində olmağa işarədir.
ZƏR Röyada zər oynatmaq və oyunu udmaq-haram mala və pul itkisinə işarədir.
ZƏRGƏR Röyada zərgər və ya qızıl əşyalar satan bir adam görmək-sevincə işarədir.
- Yuxuda zərgər görmək, bəzən, riyakarlığa, hiylə və yalana, elmə, haqq yoluna, evlənməyə, övlada da yozula bilir.
- Röyada zərgər görmək, eyni zamanda, özünə xeyri olmayan pis və yalançı bir adam anlamına da gəlir.
ZƏRF Yuxuda zərf-mühüm bir sirri öyrənməyə, üstünlüyə, öncüllüyə işarədir.
ZƏFƏR Röyada zəfər qazanmaq-sıxıntı içində olduğunuza yozulur.
ZƏFƏR TAĞI (alaqapı) Bir yerdən mükafat alacağınıza işarədir.
ZƏFƏRAN Sevincə, xoşbəxtliyə yozulur.
ZƏHƏR Yuxuda zəhər görmək-malı, sərvəti ifadə edir.
- Zəhər içirildiyini və bədəninin şişdiyini görmək-röya sahibinə bir yerdən mal gələcək, sıxıntı və kədərdən qurtulacaq.
- Yuxuda zəhər içdiyini görən adamın ömrü uzun olar.
- Öldürücü zəhər-ölümü, üzüntü və kədəri ifadə edir.
ZİBİLXANA Röyada görülən zibilxana-çoxlu mala, var-dövlətə yozulur. Özünü zibillik bir yerdə görmək-miras olaraq əlinizə sərvət keçəcək.
- Yuxuda özünü çirkab içində görən adam əgər xəstədirsə və öləcəyindən qorxursa, bu qorxudan qurtulacaq.
- Bu röya, eyni zamanda, dünya mülkünü toplamağa da işarə sayılır.
- Yoxsul adamın belə yuxu görməsi-fəqirlikdən, kasıblıqdan qurtarmağa və ya bir mirasa qovuşmağa; subay adam üçün-evlənməyə yozulur.
- Röya sahibini rəhbər işdə işləmək qabiliyyəti varsa, belə bir məqama nail olacaqdır.
- Yuxuda zibillik, bəzən də, dövlət malına, yetimxanaya işarə sayılır.
- Zibillikdə çılpaq olduğunu görən adam vali və ya rəhbər işdədirsə, vəzifəsini itirəcək; yoxsul isə-varlanacaqdır.
ZİYAFƏT Röyada ziyafət vermək-xeyir işlərə toplanmaq və itkin bir adamın qayıtması anlamındadır. Bir topluluğu ziyafətə dəvət etdiyini və orda yemək yeyildiyini görən adam o topluma başqan olacaq.
ZİYİL Röyada ziyil-mal-dövlətdir. Əlində, yaxud ayağında ziyil görmək-getdikcə artıb-çoxalan sərvətə yozulur.
ZİNDAN (dəmirçi zindanı) Əmin-amanlığa işarədir.
- Zindan üstündə dəmir döymək-özünə güvənməyə və işdə qazanılacaq uğura yozulur.
ZİNCİR Yuxuda zincir görmək-ömrü uzun qadını, halal malı, qorxunu, günahı, işlərin durğunluğunu və çətinləşməsini ifadə edir.
- Boynunda zincir olduğunu görən adam əxlaqsız bir qadınla evlənəcək.
ZİRƏ BİTKİSİ Xeyrə yozulmur, üzüntülü bir xəstəliyə işarədir.
ZİRZƏMİ Yuxuda şərab çəlləkləriylə dolu anbar və ya zirzəmi görmək-ailə səadətinə işarədir.
- Ərzaqla ağzınacan dolu zirzəmi-pul və maliyyə baxımından gələcəyinizin təmin olunduğuna, uzun və xoşbəxt bir ailə həyatı yaşayacağınıza yozulur.
- Boş zirzəmi-qocalığınız xoşbəxt və dərd-sərsiz keçəcək.
- Su ilə dolu zirzəmi-yabancı adamlara bəzi məhrəm işləriniz barədə qətiyyən söz açmamanız məsləhətdir.
ZOOPARK Röyada uşaqlarıyla birgə zooparkda gəzmək-bir müddət sıxıntı və əndişə içində qalacaq, sonra istəməməyiniz bir məsuliyyəti üzərinizə götürəcəksiniz.
- Görülən heyvanlar çox yırtıcıdırsa və onlardan qorxmursunuzsa, işlərinizdə bəzi anlaşılmazlıqlar olacaqdır.
- Yuxuda heyvanları tək-tənha seyr edirsinizsə, yeni bir vəzifə diləyində bulunduğunuza yozulur.
ZOPA Yuxuda əldə zopa dolaşdığını görmək-bir dostunuza yaxşılıq edəcək və ya dostunuzdan yaxşılıq görəcəksiniz.
- Zopa ilə birisini vurmaq-hürriyyətə qovuşacaq və ya ailənizdən ayrılaraq ayrıca ev alacaqsınız.
- Zopayla vurduğunuz adam haqlı yerə vurulmuşsa, düşmənlərinizə və sizəi istəməyənlərə qarşı mübarizədə qəti zəfər qazanacaqsınız.
ZÖKƏM (tumov) Röyada zökəm olduğunu görmək-həyatda daha mətin və qabiliyyətli olmağın gərəkliliyinə yozulur.
- Bu röya-yolçular üçün gözlənilən xəbərin gecikəcəyini göstərir.
ZÜLM Röyada iqtidar sahibi adamlardan zülm görmək-erkən ölümə işarədir.
- Özünü zalım, zülmkar görmək-yoxsulluqdur.
- Yuxuda zalımlığını etiraf edən adam tövbə edər.
- Zülmünü gördüyünüz adama bəd dua etmək-müjdə və sevincə yozulur.
ZÜMRÜD Yuxuda zümrüd-halal mala, xeyirxahlığa, uğur qazanmağa işarə sayılır.
- Dəlikli zümrüd görən qadın güzəranın pisliyi üzündən ərindən boşanaraq başqa kişiyə ərə gedəcək və ya dedi-qodu ünvanı olacaqdır.
ZÜRAFƏ Boylu qadına, yaxud ərinə itaət etməyən arvada yozulur.

Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri