Xanım Qafarovanın iş yoldaşlarından Mehriban Əliyevaya məktub

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 13 474
Səs ver:
(səs: 6)
Azərbaycan Respublikasının əməkdar artisti, mərhum Xanım Qafarovanın iş yoldaşları – Dövlət Musiqili Teatrının kollektivi Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlıq məktubu göndərib.

Məktubda mərhum aktrisanın ağır vəziyyətində ölkənin birinci xanımı tərəfindən ona göstərilən diqqət və qayğıdan söz açılır, kollektiv adından Mehriban Əliyevaya təşəkkür edilir:

 "...Həyatının ən çətin məqamında, olumla ölümün sərhəddində çarpışanların, doğmalarının, xüsusilə də körpə balalarının əlini buraxıb getmək istəməyənlərin ən kritik məqamında Siz öz şəfqət qanadlarınızı onların üstünə gərirsiz, dərdlərinə dərman, xəstəliklərinə əlac arayırsınız. Son illər Heydər Əliyev Fondunun və şəxsən Sizin dəstəyinizlə həm ölkəmizdə, həm də dünyanın ən məşhur klinikalarında müalicə olunub ailəsinin yanına qayıdanların Sizə duası və şükranlığı sonsuzdur.

Siz növbəti dəfə bir Ananın - körpə balasına toxunmağa belə ehtiyat eləyən, onun yanında ölməyi özü üçün günah sayan bir Qadının köməyinə yetişdiniz!

Xanım Qafarova heç ölmək istəmirdi, neçə illər idi ki, ağır xəstəliklə vuruşur, ölümə qalib gəlmək üçün canıyla çarpışırdı. Siz onu əvvəlcə Türkiyədə müalicə etdirdiniz. Məhz Sizin qayğı və şəfqətinizlə o, daha bir neçə ay yaşaya bildi. Lakin bu yetmədi. Vəziyyətinin ağırlaşdığını biləndə Siz onun müalicəsinin İsraildə davam etdirilməsi üçün göstəriş verdiniz. Təəssüf ki, səfərə hazırlıq ərəfəsində Xanım Qafarova dünyasını dəyişdi. Lakin Siz yenə də onun ailəsini tək buraxmadınız. Son ana qədər Xanım Qafarovanın doğmalarını diqqətdə saxladınız və ən ağır məqamlarda ailənin bütün qayğısını çəkdiniz, dəfn mərasimi, yas mərasimi zamanı onları çətinlik çəkməyə qoymadınız.

Əziz Mehriban xanım! Allah Sizi xeyirxah əməllərinizə görə mükafatlandırsın! Bizim təşəkkür və minnətdarlığımızı lütfən qəbul edin! Hörmət və minnətdarlıq hissi ilə, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi”.
(səs: 6)
Şərhlər: 0
Baxılıb: 13 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri