Leyla Əliyevanın geyimləri – Qiymət və Fotosessiya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 436 761
Səs ver:
(səs: 36)
Leyla Əliyeva Azərbaycan cəmiyyət həyatının ən gözəl geyinən xanımları arasında özünəməxsus seçimləri ilə seçilir. Bu super parlaq yaşıl Balmain don Leyla xanımın üzərində modeldən də gözəl görsənir.Məncə sezonun ən gözəl və fərqli seçimlərindən biridir.Leyla xanımın özünün gözəlliyinə isə söz ola bilməz.Ümumiyyətlə, hər zaman dəbli geyinməyi və cazibədar görsənməyi sevən xanımlarımızın çox olduğu bir ölkədə yaşayırıq.Ona görə də bu cür möhtəşəm seçimlərə təəccüblənmək lazım deyil.
 

leyla eliyeva

Leyla Əliyevanın geyimləri – Qiymət və Fotosessiya

Hər nə qədər geyimlərində daha çox qara rəngə üstünlük versədə, Leyla xanımı Baku jurnalı üçün çəkilmiş bu fotoda, Dolce&Gabbana imzalı, gül-çiçək naxışlı, gözəl bir donda görmək mümkündür. Beləki, bu geyim heç bir Fashion Show-da təqdim olunmasa da, markanın bu sezon ən çox satılan donları arasındadır. Hal-hazırda $1300-a satışda olan donu, daha əvvəl pop ulduz Christina Augliera və aktrisa Anne Hatthaway də geyinmişdir.Heç şübhəsiz, geyim Anne Hatthaway və Leyla Əliyevanın üzərində çox daha zərif görsənir.

1Hər zaman sadə, lakin özünəməxsus kəsimləri olan Roland Mouret xanımların ən sevimli dizaynerlərindən biridir. Beləki, az-çox moda ilə maraqlananlar Roland Mouret-in geyimlərini çox rahatlıqla seçə bilir. Yəni üzərində heç bir logo və ya etiket olmasa da, öz kəsimləri ilə rahatlıqla bu Roland Mouret-dir demək mümkündür. Bu da bir dizayner üçün həqiqətən çox böyük uğurdur.Markanın vurğunları arasında Victoria Beckham, Jennifer Lopez, Beyonce ,Scarlett Johansson,Catherine Zeta Jones, Dita Von Teese və  Reese Witherspoon kimi daha bir çox dünya starının adını çəkmək olar.Roland Mouret öz zərif və klassik donları ilə bizim xanımların da qəlbinə yol tapmağı bacarıb. Məsələn, Leyla Əliyeva-nı bu markanın donlarında dəfələrlə görmək mümkündür. İş tədbirləri, ziyafətlər və gündəlik üçün möhtəşəm olan bu donlar hər xanımın qarderobunda olmalı dəyərli parçalardandır.

 
Bu rəng Roland Mouret-in geyimlərində ən çox istifadə etdiyi rənglərdəndir. Geyimin fərqli yaxa və çiyin kəsimləri isə həqiqətən usta işidir. Leyla Əliyevanın seçim etdiyi bu yaşıl Roland Mouret donun Scarlett Johansson ağ rənglisini seçib.Məncə Leyla xanımın seçimi daha uğurludur. Bu şəkildə isə gördüyümüz kimi Leyla xanım qara Roland Mouret libası seçib.Hətta bu geyimi o bir neçə tədbirə geyinib. Beləki, bu geyimin ağ rənglisini Katherine Jenkins , çəhrayı rənglisini isə Victoria Beckham geyinmişdir.

Leyla Əliyeva-nı müxtəlif zamanlarda Roland Mouret-in donlarında görmüşük. Xanım bu dəfə də Baku jurnalı üçün, markanın yeni kolleksiyasından olan sarı rəngli libası seçdib. Öz xüsusi kəsimləri ilə seçilən Roland Mouret, xanımların ən sevimli markaları arasında ilk sıralarda yer alır. Beləki, eyni donu daha əvvəl Christina Aguilera da  The Voice yarışmasına geyinmişdir. Geyim hər iki xanıma da çox yaraşıb. Leyla Əliyavanın aksesuarlarını isə çox bəyəndim, xüsusilə də üzüyünü.

leyla eliyeva


Victoria Beckham-ın ilk kolleksiyalarını imitasiya olduğunu düşündüyüm üçün heç bəyənmirdim,lakin son payız-qış kolleksiyası çox fərqli və özünəməxsusdur.(Daha ətraflı fikirlərimə burdan baxa bilərsiniz).Xanımın dizayn etdiyi   geyimlər qədər çantaları da diqqət çəkir. Hər birinin cəlbedici rəng və dəri seçimi olan bu çantalar xüsusilə də sadə və klassik formaları ilə seçilir.Çantaların bir müsbət çəhəti isə üzərində logo olmamasıdır. Məncə heç bir logo-ya ehtiyac da yoxdur,çünkü hər biri formaları ilə asanlıqla hansı marka olduğunu bildirir.Elə 100-lərcə Hermesçantanın sahibi olan bir xanımdan da bu cür timeless(zamansız) və ikonik çantalar gözləmək olardı.Qiymətlərə gəldikdə ən sadə dəridən olan modellər təxmini $1800-dan başlayır.
 
 
Satışa çıxması ilə tükənməsi bir olan çantaları dünyanın ən zəngin xanımları dərhal öz qarderoblarına əlavə edir.Bizim cəmiyyət həyatında da ilk olaraq Leyla Əliyevanın Victoria Beckham dizayn çantaları götürdüyünü görmək olar.Leyla xanımın seçim etdiyi model forma olaraq Chanel 2.55-ə  bənzəsə də, şəxsi fikrimcə daha üstündür. Nəzərə alsaq ki, Azərbaycanda keçirilən tədbirlərdə hər 5 xanımdan 4-ü Chanel 2.55 götürür,Victorianınbu modeli bizim xanımlar üçün həqiqətən əla əvəzləyicidir. Leyla xanımın seçim etdiyi birinci çantanın krokodil dərisi olub olmadığını fotolardan dəqiq görə bilmirəm. Lakin satışda olan Croc modelinin qiyməti təxmini $15000(£8995)-dır.Xanımın seçim etdiyi ikinci çantanı isə daha çox bəyəndim. Yenə də exzotic dəridən hazırlanmış bu çəhrayı çanta Leyla xanıma həqiqətən çox yaraşıb.Qiymətini tam olaraq deyə bilməyəcəm amma istifadə olunan çəhrayı dəri kərtənkələ(lizard) dərisidir.Bir sözlə möhtəşəm.Ümid edirəm,Azərbaycan xanımlarını daha çox bu cür ideal seçimlərlə görə biləcəyik.
 
Beləki, Leyla Əliyeva bu dəfə də xanımlar arasında ən gözəl və zərif geyinən xanımlardan biri idi. Gecəyə Roberto Cavalli Resort 2011 kolleksiyasından sadə, uzun  libas ilə qatılan Leyla xanım hər kəsin gözünü qamaşdırdı.Çox təəssüf ki, bu möhtəşəm Cavallinin qısa formasını daha öncə məşhur müğənni Leona Lewis və mavi rənglisini isə aparıcı Michelle Hunziker geyinmişdi. Heç şübhəsiz Leyla xanım bu geyimi daha gözəl daşımışdır

9Fotonun hansı tədbirdən olduğu ilə bağlı bir məlumatım yoxdu, amma görünən həmLeyla Əliyevanın, həm də əkizlərin çox şık olduğudur. Smokinqləri hər iki junior-a da çox yaraşıb, həqiqətən çox şirin görünürlər :) Leyla xanım isə Monique Lhuillier libası ilə möhtəşəm görsənir. Geyim markanın 2011 yaz-yay kolleksiyasındandır. Donun fərqli kəsimi, rəngi və üzərindəki qızıl gül printləri ziyafətlər və qırmızı xalça törənləri üçün idealdır. Xanımın bu günə qədər ki, ən gözəl seçimlərindən biridir. Leyla xanımı daha çox tünd rəngli geyimlərdə görsək də, bu cür rənglərin ona daha çox yaraşdığını düşünürəm.
 
 


Beləki bütün dünya qadınlarının ən böyük tutqusu olan Hermes Birkin bizim də cəmiyyət həyatının ən kübar qadınlarının əvəz olunmaz aksesuarıdı demek olar. Hər halda dünyada müəyyən imkan sahibi olan elə bir qadın ola bilməz ki, bu Birkinlərin heç olmazsa bir modeli onda olmasın. Hətta bir çox məşhurlar bu markanın onlarca, yüzlərcə modelinə sahibdir. Məsələn Viktoria Becham 200 dən çox Birkinə təxmini 2 million dollarlıq sərvət ödəyib. Bu çantaların qiyməti 7500-200,000 dollar arasında dəyişir. Bu dəfə isə bizim cəmiyyətin və iş həyatının öndə gələn gözəl xanımlarından Leyla Aliyeva bu çantanın 160,000 dollarlıq modeli olan Hermes Blue Dimond Croc modelini özü ilə götürüb.

Bədən quruluşuna güvənən cəsur xanımların ən sevimli markası ,tam rahatlıqla Herve Leger-dir deye bilərəm.Dizayner Max Azira 3 kolleksiya(BCBG,Max Azira,Herve Leger) təqdim etsə də, Herve Leger-in bandaj donları özünəməxsusluğu ilə seçilir.Bədəni kip saran bu Herve Leger donlarını tanımaq elə də çətin deyil. Hər sezon çox sadə modellərlə bərabər müxtəlif kəsimləri və işləmələri olan Herve Leger donlar da xanımların qarderoblarına daxil olur. Buna misal olaraq Leyla Əliyevanı göstərmək istəyirəm. Leyla xanım bu həftə içində biri ən sadə formada olan qara Herve Leger don, digəri isə yay aylarının ahənginə uyğun olan çəhrayı Herve Leger don seçmişdir.Daha çox çəhrayı modeli bəyəndim. Ən azından yaşına və sezona uyğun olduğu üçün.Beləki, öz qiyməti $1450-a olan bu bandaj don sezon endirimləri ilə bağlı $970 düşüb. Çox təəssüf ki, Leyla xanım geyinmək üçün biraz gec qalıb.Ayaqqabı seçimi isə hər zamankı kimi Yves Saint Laurent Trib Too-dur. Azərbaycan xanımlarının həddindən artıq sevdiyi(buradan baxa bilərsiz) bu modeldən mən artıq bezdim. Bir daha  xanımlarımızın nəzərinə Christian Louboutin-i, Jimy Choo-nu və şəhərimizdə tezliklə açılacaq Giuseppe Zanotti-ni çatdırmaq istəyirəm.
 
 
 Kempinski Badamdar otelinin açılışında isə Leyla xanım qara rəngli sadə Herve Leger bandaj don geyinmişdir. Bu modeli açığı bəyənmədim. Yay aylarında bu cür düzgün bədən quruluşu olan gözəl xanımları daha canlı rənglərdə görmək istəyirəm. Bu don da sezon endirimləri ilə bağlı $850-dan $570-a düşüb.Göz önündə olan xanımların bir geyimi qiyməti düşdüyü vaxtı geyinməsi heçdə xoş bir hal deyil, hətta endirim vaxtı almasa belə. Nəhayət, məni çox sevindirən bir hal, Leyla xanım YSL platformalarını Sergio Rossi ilə əvəz edib. Ümid edirəm bu dəyişikliyi daha tez-tez görərəm.
(səs: 36)
Şərhlər: 12
Baxılıb: 436 761
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri