Arzu Əliyeva və Aida Mahmudova Eyni Geyimdə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 161
Səs ver:
(səs: 1)
 Arzu Əliyevanı mediya önündə çox az görmək mümkündür. Lakin, hər gördüyümdə məni öz geyimi ilə təəccübləndirməyi bacarır. Məsələn,uşaqlar üçün keçirilən tədbirlərdən birində seçim etdiyi  bu möhtəşəm Matthew Williamson donda Arzu xanım həqiqətən çox gözəl görsənir. Gümüşü rəngli bu geyim xanımın yaşına da çox uyğundur. 

Arzu Əliyeva


Lakin, bir müddət  sonra eyni geyimi Aida Mahmudova-nın üzərində də gördüm. Həm də Arzu Əliyevanın da qatıldığı Fransadakı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı keçirilən tədbirdə. Bir yerdə olmasalar təsadüfdür demək olar,lakin bir yerdə olduqları onların da bundan xəbərdar olduğunu göstərir. Hər halda Matthew Williamson-un bu möhtəşəm donu hər iki xanımın ürəyini fəth edib ki, hər ikisi geyinib. Bəlkə də, geyimi bir yerdə bəyənib alıblar)). Bu möhtəşəm Matthew Williamson donun qiyməti isə $1695-dır.

Arzu Əliyeva


Yeri gəlmişkən, diqqətimi çəkən bir digər detal isə Arzu xanımın klarçıdır. Bir çox markanın kolleksiyasında sklet detallarını görmək olar.Bunlar arasında ən məşhuru Alexander McQueen-i göstərmək olar.İlk baxışdan Arzu xanımın da McQueen klarç götürdüyünü düşündüm lakin, bu klarç  Lucien Pellat-Finet-in  krokodil dərisi klarçı imiş. Bu cür exclusiv dizaynerlərdən seçim etməsi moda ilə yaxından maraqlandığını göstərir.

Arzu Əliyeva


(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri