Leyla Əliyevadan şəhidlərimiz haqda kövrəldən status - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 389
Səs ver:
(səs: 2)

"Şəhidlərimiz ürəyimdə əbədi yaşayacaq” - Leyla Əliyeva

Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva cəbhə bölgəsində şəhid olan hərbçilərimizin ailələrinə başsağlığı verib.
 
Qadinlar.Biz sayti xəbər verir ki, L.Əliyeva özünün rəsmi Facebook səhifəsində yazdığı statusunda şəhidlərimizin heç vaxt unudulmayacağını qeyd edib:

"Şəhidlərin ailələrinə başsağlığımı ifadə edirəm! Həlak olmuş əsgərlərimiz Azərbaycanın müstəqilliyini müdafiə edərək onun milli azadlığını, torpaqlarını qoruyub. Onların qəhrəmanlığı, Azərbaycan xalqı qarşısında böyük xidmətləri heç vaxt unudulmayacaq, onlar mənim ürəyimdə əbədi yaşayacaq. Vətən, torpaq uğrunda şəhid olan oğullarımızın ailələri onlarla fəxr edə bilərlər. Çünki onlar müstəqil Azərbaycan üçün belə şücaətli oğullar, qəhrəmanlar böyüdüblər. Şəhidlərin ailələrinə daimi diqqət hər bir vətəndaşın borcudur, dövlətin, hökumətin, mənim, sizin borcunuzdur. Biz heç vaxt onları unutmamalıyıq. Bilin ki, mən həmişə sizinlə, xalqlayam və ömrümün sonunadək sizinlə qalacağam”.

Əliyeva, ailələrinə, Şəhidlərin, mənim, şəhid, sizinlə, onlar, Leyla, Azərbaycan, ürəyimdə, əbədi, uğrunda, torpaq, oğullarımızın, ailələri, Çünki, bilərlər, onlarla, qəhrəmanlığı, xidmətləri

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 5 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri