Mehriban Əliyeva Aida İmanquliyevanın məzarını ziyarət etdi - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2134
Səs ver:
(səs: 0)
Oktyabrın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75 illiyi münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə güllər düzülüb.

Şərqşünas alim Vasim Məmmədəliyev Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun əsərlərinin dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalar olduğunu vurğulayıb. Qeyd edilib ki, Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq elminin tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdən biridir.

 

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2134
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri