Leyla Əliyeva kimsəsiz uşaqlara baş çəkib - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 625
Səs ver:
(səs: 0)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bir neçə uşaq evində və internat məktəbində olub.

Səhərdəki kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün 13 saylı uşaq evinin baş həkimi Natalya Nikiforova Leyla Əliyevaya məlumat verib ki, ixtisaslaşdırılmış psixonevroloji uşaq müəssisəsində 60-dan çox uşaq tərbiyə alır. Onların arasında uşaq serebral iflici, fiziki və zehni inkişafdan geri qalan körpələr, eləcə də müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan sağlam uşaqlar var.

Leyla Əliyeva uşaq evində yaradılan şəraitlə tanış olub, buradakı masaj və infraqırmızı sauna, duz mağarası, hovuz və oyun otaqlarına baxıb. Heydər Əliyev Fondu adından uşaq evinə oyuncaqlar hədiyyə olunub.

Leyla Əliyeva həmçinin Sankt-Peterburqdakı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 saylı mərkəzdə, görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K.Qrot adına 1 saylı internat məktəbində və uşaq evində də olub. Daha sonra Leyla Əliyeva internat məktəbinin nəzdində fəaliyyət göstərən uşaq evində olub. Burada Diana Qurtskayanın "Ürəyin səsi ilə” xeyriyyə fondunun görmə qabiliyyətini itirmiş uşaqlar üçün keçirdiyi musiqi festivalının iştirakçıları və qalibləri məxsusi olaraq Leyla Əliyeva üçün hazırladıqları konsert proqramı ilə çıxış ediblər. İnternat məktəbinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri