Leyla Əliyeva: "Məsum qızcığaz"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 927
Səs ver:
(səs: 1)
Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Məsum qızcığaz” adlı şeirini təqdim edirik.

Heç cür fikrimdən çıxmır
Dərya dərinliyində
Qəm-qüssəyə qərq olan
Sənin ala gözlərin...
Təkcə sən  şənlənmirdin -
Göz qoyurdum uzaqdan.
Balaca qızcığazım,
İnan ki, sənin üçün
Darıxıram o vaxtdan....

De, bu səkkiz yaşına,
Nələr görüb gəlmisən?
Zülm, qəzəb, tənələr?!
Söylə, ürəyindəki
İşığı kim söndürüb?
Ruhundakı rəngləri,
Naxışları pozmağa,
De, kim qıyıb, axı kim?..

Yəqin hər axşamüstü
Qəm-qüssəyə batırsan.
Görən, kimi anırsan?..
Bilirsənmi nələr var,
Sığındığın bu qalın
divarın o tayında?..
Böyük, əngin bir dünya...
Hər şey gözəldir orda...
Deyəsən inanmırsan?!
Möcüzəyə inamın
Silinib yaddaşından.

Əyninə keçirdiyin
Donu sevinc bilirsən.
Bu sevincdən doğulan
Ümid cücərtisini
İtirməyəsən deyə
Yanağına həkk olan
Şəffaf göz yaşlarıyla
Hamıdan gizlin-gizlin
Ovcunda gizlədirsən.

Yumanda gözlərini
İsti ocaq görürsən...
Musiqi eşidirsən,
Bir də... gülüş səsləri.
Diksinirsən...
Qapqara, buz gecəylə
Tez üstünü örtərək
Nəfəsini dondurub
Gecənin qorxusunda
Bax beləcə yatırsan,
Röyalara batırsan.

Yəqin ki, bayramlarda
Hədiyyə gözləmirsən...
Axı "ACI YALAN”dır
Həyatda ilk hədiyyən.
Amma gecə yarısı,
Ölü sükut çökəndə,
Ömründə duymadığın
Ananın lal səsini
Çağırırsan köməyə...

Fəqət, yaxşı bilirsən,
Onun səsi lal-dinməz.
O səs sənin səsinə,
Cavab verməyib! Verməz!..
Sən dünyaya gəlmisən
Tək-tənha qalmaq üçün.
Qəlbində buz qəlpəsi –
Əriməyi çox çətin.

Məsum uşaq baxışlı
Tənhalıq taleyindir!
Sən belə doğulmusan,
Dünyada tək olmaqçun...
Ey məsum qızcığazım,
O titrək əllərinlə
Elə hey oxşayırsan
O gözə görünməyən,
Səni daim hifz edən,
Ümid mələklərini.
Sığallayırsan zərif,
İpək lələklərini.
 
Rus dilindən çevirəni: Mahir Qabiloğlu
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri