Leyla Əliyeva gənc istedadlarla görüşdə - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2314
Səs ver:
(səs: 1)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 30-da bir qrup gənc rəssam, uşaq evləri və internat məktəbləri nəzdində fəaliyyət göstərən yaradıcı qrupların üzvləri ilə görüşüb.

"Baku” kafesində keçirilən görüşdə Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən həyata keçirilən layihələrdə və müsabiqələrdə iştirak edən və qalib olan Azərbaycan Respublikası Rəssamlıq Akademiyasının tələbələri, Bakı şəhərindəki uşaq evləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.
Görüşdə gənc istedadlarla həyata keçirilmiş layihələr müzakirə edilib. Bildirilib ki, fəaliyyəti çərçivəsində yaradıcı gənclərə daim dəstək göstərən Heydər Əliyev Fondu, eləcə də IDEA tərəfindən 2015-ci ildə də bir sıra yeni layihələr nəzərdə tutulur. Bu layihələr gəncləri bir arada birləşdirməklə yanaşı, onların istedadlarının inkişafına yeni təkan verəcək.

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri