Leyla Əliyeva Hacı Nuranla görüşdü - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 773
Səs ver:
(səs: 2)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Almaniyada müalicəsi davam etdirilən və bir müddət əvvəl müvəqqəti olaraq Bakıya qayıdan teleaparıcı Hacı Nuran Hüseynovla görüşüb.
 
Aparıcı bu görüşə və onu daim diqqətdə saxladığına görə Leyla Əliyevaya təşəkkürünü bildirib: 

"Mənə tez-tez deyirlər ki, həyatın keşməkeşli yollarını necə eşqlə, inamla keçə bilirsən? Cavabım həmişə eynidir: insanları, Vətəni və Allahı sevin...
 
Müalicəmi təşkil edən, ən çətin anlarımda mənə dəstək olan, çox sevdiyim Leyla xanımla Heydər Əliyev Fondunda görüşdüm. Onun məni isti qarşılamasını, mənimlə maraqlanmasını, sağlamlığıma diqqət göstərməsini görəndən sonra necə yaşamaq istəməyim?.. 

Bu qədər böyükürəkli, sadə azərbaycanlı ilə fəxr etməkdən doymaq mümkündürmü? 

Hisslərimi sözlə ifadə edə bilmirəm. Hər şeyə görə çox sağ olun, Leyla xanım! 

Təşəkkür etməyə söz tapmıram...”.

 

 

 

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 773
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri