Leyla Əliyeva sərgidə - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 562
Səs ver:
(səs: 1)
Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından biri olan Corc Kondonun fərdi sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında “I love Baku” incəsənət kompozisiyası açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzin parkında incəsənət kompozisiyası ilə tanış olub. O, tədbirdə çıxış edib:

“Biz bu gün Birləşmiş Ştatlarda çoxşaxəli və ekstravaqant üslubu ilə seçilən rəssamın yaratdığı əsərlərdən ibarət sərginin açılışında iştirak edirik. Mən çox şadam ki, dünyada ən çox xoşladığım, pərəstişkarı olduğum rəssamın sərgisini biz məhz burada, belə gözəl, möhtəşəm bir binada keçiririk. Bildiyiniz kimi, bu binanın müəllifi öz əsərləri ilə inanılmaz zirvələri fəth etmiş memar Zaha Hadiddir. Biz artıq Heydər Əliyev Mərkəzində öz maraqlı əsərləri ilə seçilən Endi Uorhol, Riçard Dikon, Bernar Buffe və digər istedadlı rəssamların və heykəltəraşların sərgilərini təşkil etmişik”.

İlk dəfə olaraq Corc Kondonun işlərini özü üçün 5 il bundan əvvəl kəşf etdiyini deyən Leyla Əliyeva həmin vaxtdan etibarən rəssamın yaratdığı əsərlərə vurulduğunu bildirərək deyib:

“Çünki o, yaratdığı bütün əsərlərində çox müxtəlif üslubları, insanların məhz ürəklərindən keçən hissləri, çox böyük, canlı həyatı, emosiyaları, müxtəlif hissləri təcəssüm etdirib. Bu əsərlərdə həm qəmginlik, həm xoşbəxtlik, həm qorxu, həm qəzəb, həm də dostluq hisslərini görmək mümkündür. Qeyd etmək yerinə düşər ki, Corc Kondo, ümumiyyətlə, sırf bir üslubda, istiqamətdə işləmir. Adətən onun əsərləri haqqında danışarkən daha çox kubizm, ekspressionizm üsullarından istifadə etdiyini söyləyirlər. Lakin biz onun əsərlərini seyr edərkən görürük ki, bu əsərlər bir çox müxtəlif çalarları əks etdirir. Bir tərəfdən ahəngdarlıq, digər tərəfdən məhz məxfilik, həmçinin reallıq, insanın xülyaları, müxtəlif rənglər və ümumiyyətlə, sehrli bir aləmin məqamları onun əsərlərində əksini tapır.

Əziz dostlar, bu gün axşam bizimlə olduğunuza görə təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, bu sərginin təşkilində əməyi olan hər kəsə, həmçinin Andrea Karaça, onun rəhbərlik etdiyi qalereyaya minnətdarlığımızı bildiririk. Mən fürsətdən istifadə edərək ən yaxın dostlarımdan olan cənab Simon de Puriyə və onun xanımına təşəkkür edirəm. Yekun olaraq demək istəyirəm ki, bu gün Bakıda ürəyimdə tutduğum arzulardan biri həyata keçib. Biz bu gün Corc Kondonun əsərlərindən ibarət sərginin açılış mərasimində iştirak edirik. Buna görə də mən sizin hamınıza minnətdaram. Sizin hamınıza “çox sağ olun” deyirəm. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və məhəbbət arzulayıram”.

Heydər Əliyev Mərkəzindəki “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” sərgisi noyabrın 6-dək davam edəcək.

Leyla Əliyeva sərgidə - fotolar






(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri