İçərişəhər – şəhər içərisində şəhər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 266
Səs ver:
(səs: 2)

Biz öz tariximizlə öyünürük, məmləkətimizin qədimliyindən qürur duyuruq. Başqa ölkədən qonağımız gələndə ona hökmən tarixi yerləri, bina və abidələri göstəririk. Bəs siz öz qonağınıza birinci haranı göstərərdiniz? Yəqin coxunuz deyəcəksiniz: Əlbəttə, İçərişəhəri. Haqlısınız. İndi isə deyin görək İçərişəhər haqqında nə bilirsiniz, qonağınıza nə kimi məlumatlar verəcəksiniz? Burada hansı maraqlı abidələr olduğunu bilirsinizmi? Bilmirsinizsə, qeydləri oxumağa davam edin.
İçərişəhəri çox vaxt şəhər içərisində şəhər adlandırırlar. Doğrudan da qala darvazasından içəri ayaq qoyanda sanki başqa bir aləmə düşürsən – orta əsrlər şəhərinə. Müasirliklə keçmişi bir-birindən yalnız qala divarları ayırır
İçərişəhər hündürlüyü 8-10, eni 3,5 metr olan qala divarları ilə əhatə  olunub. Ərazisi 22 hektar olan qədim şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətli abidələrdir. Qız qalası və Şirvanşahlar Sarayı 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Üçqat qala divarları və Qız qalası möhtəşəm müdafiə istehkamının bu günümüzə gəlib çatan nişanələrdir.
Bilirsiniz burada küçələr niyə çox dar və dolanbacdır?   Ona görə ki, düşmən süvariləri küçə və dalanlara girə bilməsin. Çünki belə dar yerdə atların sürətlə hərəkət etməsi və idarə olunması mümkünsüz idi.
Azərbaycan Böyük İpək yolunun üzərində yerləşdiyinə görə, İçərişəhərdə çoxlu karvansara və bazar meydanları vardı. Yaraşıqlı görkəmi ilə seçilən ikimərtəbəli Karvansara ХV əsrə aiddir. Kаrvаnsаrа cənub-şərq tərəfdən künc qаlаlаrlа mühаfizə оlunur ki, bu dа оnun müdаfiə хаrаktеrindən xəbər verir.
ХV əsrin sоnundа şəhərdən keçən ticаrət yolunun üzərində tikilən Buхаrа kаrvаnsarаyı gündəlik ticаrət əməliyyаtlаrındаn sоnrа əsasən Orta Asiya tаcirlərinin tоplаşdığı хüsusi məkan olub. Buхаrа kаrvаnsаrаyı ilə üzbəüz yеrləşən Multаni kаrvаnsаrası isə Аbşеrоn аtəşgаhlаrınа ziyаrətə gələn hind tаcirləri və zəvvаrlаrı üçün sığınаcаq rоlunu оynаyıb.
Qədim qala ərazisindən VIII-IX və sonrakı əsrlərə aid dəmir pullar, həmçinin Sasanilərə məxsus iki böyük dəfinə tapılıb ki, bu da V-VII əsrlərə aid edilir. Həmin dəfinə  erkən orta əsrlərdə burada daxili və xarici ticarətin inkişaf etdiyini göstərir.
İçərişəhərin daş döşənmiş dar  küçələri labirinti xatırladır. Nabələd adam burda asanlıqla aza bilər. Ona görə də son dərəcə diqqətli olmaq lazımdır. Yolu səhv saldınsa, fırlana-fırlana qalırsan. Bir də görürsən ki, yenə əvvəlki yerə gəlib çıxmısan.
1985-ci ildə Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən İçərişəhərin üç əsas darvazası var - Şamaxı darvazası, Salyan darvazası və dəniz sahilinə açılan darvaza. Əsas girişlərdən biri Qoşa Qala qapısıdır ki, buna Şamaxı Darvazası deyilir. Qoşa Qala qapısından içəri daxil olan kimi  geniş bir meydana çıxırsınız. Meydanın sol tərəfində XVIII əsrin memarlıq abidəsi olan Bakı xanlarının iqamətgahının qalıqları görünür. Onun bizim dövrümüzə gəlib çatmış tağ formalı giriş qapısı üzərində iqamətgahın tikilmə tarixini əks etdirən bir kitabə var. İçərişəhərin mərkəzi küçəsi şimalda Şamaxı darvazasından başlayıb cənubda Salyan darvazasınadək uzanır.
Qeyd edək ki, İçərişəhərin inkişafı 1192-ci il Şamaхı zəlzələsi ilə  bağlıdır. Dağıdıcı zəlzələdən sonra Şirvan hökmdarı Aхsitan paytaхtı İçərişəhərə köçürdü. Şəhər böyüyüb genişləndi. Burda möhtəşəm bir saray - Bakının ecazkar tarixi abidələrindən olan - Şirvanşahlar sarayı tikildi. Bu saray İçərişəhərə xüsusi bir yaraşıq və əzəmət verir. Kompleksə daxil olan saray, divanxana, türbə və məscidlər nadir memarlıq üslubu, bədii oymaların və naxışların ahəngdarlığı ilə seçilir.
Tariximizin daha bir incisi, Bakının simvolu olan Qız qalası da  İçərişəhərdədir. Əslində, İçərişəhərin tariхi daha qədimlərə, hətta eramızdan əvvələ gedib çıхır. Arxeoloqlar qazıntı zamanı bunu sübut edən bir çox nişanələr tapıblar.
İçərişəhərdən çoxlu yeraltı yollar keçir. Vaxtilə bu yollardan birinin hətta 20-30 km uzaqlıqda yerləşən Mərdəkana gedib çıxdığı deyilir.  Şəhərdə məşhur hamamlar da olub. Onlarda biri Ağa Mikayıl hamamıdır ki, ona xalq arasında Məşədi İbad hamamı deyilir. Salyan darvazası önündəki Qasım bəy hamamı da öz gözəl quruluşu ilə diqqəti cəlb edir.
İçərişəhər tarixən ayrı-ayrı məhəllələrdən ibarət olub: Ağşalvarlılar, Arabaçılar, Hamamçılar, Seyidlər... Son üçü adından məlumdur. Bəs niyə «ağşalvarlılar»? Məlumunuz olsun ki, bu, nəsillikcə dənizçiliklə məşğul olanlara verilmiş addır. Onlar adətən ağ rəngdə şalvar geyərmişlər.
Qonağınıza onu da deyə bilərsiniz ki, məşhur "Brilyant əl” filminin bir sıra epizodları bizim İçərişəhərdə çəklib.
İçərişəhərdə olmamısınızsa, vaxt itirməyin, gedib baxın. Hər şeyi öz gözünüzlə görün. Atalar demişkən, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

 


 

 

 

 

 

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri