Şəhidimizi yad edək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 445
Səs ver:
(səs: 4)
Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə cağrılıb. Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb. Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb. Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb. Nəhayət 2010 cu ilin aprel ayından Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır. Çox çəkmir ki, uzun müddət düşündüyü, arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır. Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşür. Düşmən postunu keçmiş ve 6 saat döyüşdükdən sonra duşmənin 140-dan çox əsgər və zabitini məhv etmişdir. Qayıtmaq imkanı ola-ola geri dönməmiş daha da irəli getmiş və vətən yolunda, bizlər üçün canından keçmişdir. Məhz bundan sonra ermənistanda 3 günlük matəm elan olunmuşdur. Ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır. Özünün də dediyi kimi VƏTƏN SAĞ OLSUN ! Allah rəhmət eləsin, qəbri nurla dolsun, yeri cənnətlik olsun.... AMİN!!!
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 4 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri