Dağlıq Qarabağ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3581
Səs ver:
(səs: 4)
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada Ərazisi 4,4 min kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur[1]. Vilayətin tərkibinə Əsgəran rayonu, Hadrut rayonu, Mardakert rayonu, Martuni rayonu, Şuşa rayonu və vilayət tabeli Stepanakert şəhəri daxil idi[2]. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının tərkib hissəsi olmuşdur. İndiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı (cəmi 11 min km²) Ermənistan Respublikasının işğalı altındadır. Azərbaycanın "musiqi akademiyası" kimi tanınır[3].

Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir. 1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdən biridir. Ermənidilli mənbələrdə adı Arsax kimi işlənir.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri