Yel çərşənbəsi haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 21 921
Səs ver:
(səs: 21)
Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir

Yel çərşənbəsinə el arasında "küləkli çərşənbə”, "külək oyadan çərşənbə”, "yelli çərşənbə” də deyilir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında – "qara nehrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel – ağ, qara yel qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Yel çərşənbəsində adətən hava təmizlənir.
Tədqiqatlara görə, Yel çərşənbəsinde əsən soyuq ve isti küləklər yazın gəlişinden xəbər verir.
Gün ərzinde küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir.
Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir.
Yel çərşənbəsinde əsən mehin də, küləyin də daxilinde bir hərarət olur.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ile bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl ve s. yaranıb. Qədim deyimlərə görə, Yel baba xırmana gəlməmişden qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.

Bundan başqa, inanca görə Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə ve söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərde südlü plov ve ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə ve dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır

Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları ve heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış ve özünü doğrultmuş xalq hikmətləri var.
Məsələn, "Yel əsib qoz tökülüb”, "Yelnən gələn selnən gedər”, "Yel apardığını qaytarmaz”, "Yellə dost olan yellənə-yellənə qalar”, "Yel bağlayanı əl açar”, "Külək kimi hərdən bir yana əsmə”.
İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir.

Çərşənbəniz Mübarək :03:
(səs: 21)
Şərhlər: 12
Baxılıb: 21 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri