Beyləqan rayonu

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 4 241
Səs ver:
(səs: 1)
Beyləqan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Beyləqan şəhəridir.

Beyləqan rayonu zəngin tarixə malikdir, Beyləqan rayonu 1939-cu ilin yanvar ayında Jdanov adı ilə yaranmışdırr. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşdirilmiş, mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, Gəncə və Təbrizlə əlaqəsini genişləndirmişdir.

Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır. Mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 265 km-dir.

Təbiəti
Rayon ərazisində səhra və yarımsəhra üçün xarakterik olan heyvanlar üstünlük təşkil etməkdədir. Tuqay meşəsi və qamışlıq zonalarında oxlu kirpi, qaban, canavar, kirpi, ilan, bayquş, ağacdələn, turac, kəklik, qalan düzən ərazilərdə tülkü, çaqqal, dovşan, siçan, siçovul, porsuq, qaz, ördək, axarsız gölməçələrdə vağ, ördək, qağayı, qarğa, qamışlıqlarda qamışlıq pişiyi, qaban və başqa heyvanlara rast gəlinir. Yaz aylarında bülbül, qaranquş kimi köçəri quşlar ərazidə yuva qururlar. Hamar relyefə malik Beyləqanda yarımsəhra bitkiləri üstünlük təşkil edir. Rayonun Cənib-Qərbində yarımsəhra, yovşanlı-efemerli bitkilər Yuxarı-Qarabağ kanalından, Kür çayına qədər yovşanlı-efemerli və yovşanlı şorangəli bitkilər, Kür çayı sahilində qismən qorunmuş Tuqay meşəsi, Xan qızı və Yuxarı Qarabağ kanalları arasında isə səhraların və yarımsəhraların yerində yenidən bərpa olunmuş bitki örtüyü üstündür. Bataqlıq çəmənləri də müəyyən ərazini əhatə edir. Suqoruyucu, torpaqyuyucu və yol qoruyucu məqsədilə ensiz meşə massivləri qalmaqdadır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri