Yevlax Şəhəri

Müəllif: Melek5
Şərhlər: 7
Baxılıb: 4 801
Səs ver:
(səs: 2)
Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1935-ci il 20 fevral tarixdə Yevlax rayonu təşkil edilmişdir.

1939-cu ilin 1 fevralda Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxa şəhər adı verilmişdir.

1962-ci il 26 dekabrda çağırılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım-İsmaylov rayonlarına veilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il taixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.

Ötən əsrin 70-80-ci illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir-beton məmulatları, Traktor təmiri, Pivə və spirsiz içkilər zavodu, "Qarabağ" istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisələri, rayonlarası təchizat bazaları və s. fəaliyyət göstərmişdir.

Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryol xətti çəkilmiş, Yevlax hava limanı, respublikadan kənarda da şöhrət qazanmış Xaldan kənd kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.

Yevlax rayonu ərazisində Yevlaxın qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyni adlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür. Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin ətraf ərazisi bu gün də Ərəş kimi tanınır.

Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 52 kənd vardır. İri yaşayış məntəqələri: Xaldan və Aran qəsəbələri, Qoyunbinəsi, Malbinəsi, Tanrıqulular, Havarlı, Araş, Yuxarı Qarxun, Nemətabad,Qaramanlı, Salahlı, Kövər, Kolanlı, Səmədabad, Varvara, Cırdaxan kəndləri.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri