Azərbaycan Respublikasının rəsmi dövlət himni

Müəllif: heyatim_menim
Şərhlər: 11
Baxılıb: 5 371
Səs ver:
(səs: 3)
Tarixi
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cumhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi.Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən,1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.
Haqqında qanun
Azərbaycan Respublikasının Dövlət himni haqqında 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir
Musiqisi
Cümhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem ÜngörükünAnkarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.
 
Mətni
Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökümət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy Hacınskiyə məxsusdur
 
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 5 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri