ərbaycanın ən qədim və gözəl şəhərlərindən olan
Lənkəran
şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin
cənubi-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə
yerləşir. Lənkəran bölgəsi Talış dağlarından Xəzər dənizinə qədər geniş
bir ərazini əhatə edir. Bu regionun əlverişli coğrafi mövqeyi qədim
vaxtlardan insanları buraya cəlb edirdi. Bura həm də son dərəcə
mənzərəli təbiətə, unikal bitki aləminə malik olan subtropik ərazi,
nadir quş və heyvan növlərinin yaşadığı bir yer kimi məşhurdur. Lənkəran
rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb
gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi
ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür.
Lənkəranın iqlimi rütubətli subtropikdir. Bu yerlərdə sərt və qarlı qış
olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı keçir. Havanın
orta illik temperaturu +14°C. Ən soyuq ay yanvar (+3,4°C), ən isti ay
isə iyul ayıdır (+25,1°C). Yağıntıların illik miqdarı 1400-1600 mm olur.
Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonunun zəngin
flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar
bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək akasiya, palıd,
evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı,
haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən
əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü
nəslinə mənsubdur.Onun hündürlüyü 40-45 metr olur. Daha bir nadir bitki
növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir
ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağacda
qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar
bitir. Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən
10-25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşi çayları axır.
Əsasən yağış suları hesabına dolan çayların çoxu Xəzər dənizinə tökülür.
Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan
suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası
tikilmişdir. Lənkəran rayonunun ərazisində Hirkan Milli Parkı və
Qızılağac qoruğu var. Burada qırqovul, qu quşu, kəklik, ağ qartal və
digər nadir quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var.
Hirkan Milli Parkında isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə
daha çox rast gəlmək olar. Lənkəran toponiminin haradan götürülməsi,
onun mənası hələ indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun
ətraf yerlərininin daha cox gədimliyinə nişan verən sənədlərdən məşhuru
yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki
Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində
Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq
olması haqqında məlumat vermişdir. Lənkəran sözünün mənşəyini araşdırmaq
məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq
lazımdır.1409-cu ildə ərəb dilində yazılmış"Fərruxnameyi-cəmali"
müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü
ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləğəbinə
təsadüf edirik.Lənkəran adının mənşəyinə iki çür yanaşmag lazımdır:
birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında. XV
əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran,
Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar.
Bunlardan Ləngərkünan - Ləngər və künan - yer, məskən deməkdir. Dəməli,
birinci adı lövbər calınan yer deməkdir. Bu adın yaranmasına səbəb
dünyanın müxtəlif yerlərindən Irana ticarətə, səfərə, təhsilə, ziyarətə,
diplomatik işlərə gedən və Irandan gələn gəmilərin burada lövbər salıb
dayanmalarıdır. Ləngkəran farsca - ləng, ləngimək, kəran - yer (məskən)
deməkdir. Deməli, ikincisi "ləngiyən yer" mə'nasını verir. Adın
yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin
ləngiməsidir. Lənkon talışca leynə, len - qamış, kon - (kəon) evlər
deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca "kon" azərbaycanca
"kəran"la bitən yer adları çoxdur.
Beləliklə,
üçüncü adı "qamış evlər" deməkdir. Bu ad Almaniyanın Hamburg
səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz
1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən
almanca yazılmış Lankon sözüdür. Indiki Lənkəranın böyüdükcə həmin kənd
şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX
əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da
qamışdan olduğu üçün qamış evlər adlanmışdır. Bütün bunlar göstərir ki,
Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində
aşkar olunan Divə - lona qəbirstanlığının e. ə. daha qədim əsrə aid
edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy
tərəfindən qələmə alınmış "Cavahirnameyi - Lənkəran" kitabında vaxtilə
IX əsrdə Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. XVI əsr Ingiltərə
Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı
Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I
şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin
Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir
az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam
Oleari isə bu şəhəri lənkərkunan adlandırmışdır. 27 sentyabr 1614-cü
ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla
Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və
diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis
müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə
gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Məşhur Azərbaycan
səyyahı Hacı Zeynalabdin Şirvani Iraqdan Lənkərkünana gəldiyini
göstərir. Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq
müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji
qazıntıların aparılmaması ilə əlaqədardır. Lənkəran şəhərinin adına ilk
dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun
xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-69 cu illərdə
olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul
etmək düzgün deyil.
Qədim
zamanlardan Talış kimi tanınan bu yerlər Azərbaycanın ən qədim yaşayış
məskənlərindən biridir. Bu yerlərdə aparılan arxeoloji qazıntılar zamanı
əldə edilən maddi-mədəniyyət abidələri tunc dövrünə , yə'ni e.ə. III-II
minilliklərə aiddir. Azərbaycan ərazisində dövlətlər əmələ gəldiyi
zaman Talış kiçik Midiya və yax ud Atropaten dövlətinin tərkibində idi.
Orta əsrlərdə Lənkəranın ən parlaq tarixi onun ərəb istilaçılarına qarşı
apardığı qəhrəmanlıq mübarizəsi ilə əlaqədrdır. Lənkəranda olan Bəz(d)z
qalası Babək hərəkatının bu yerlərdə də geniş vüsət almasını
göstərir.Bu qala Xürrəmilərin əsas dayaq məntəqələrindən olmuşdur.
Qalada tapılmış yerüstü materiallar 833-cü ildə Həmədan yaxınlığında
məğlub edildikdən sonra Bizansa gedən Xürrəmi üsyançılarının sağ
qalanlarının təzədən vətənə-Bəlləbura, Babəkin yanına qayıtmasına əsas
verir. Sonralar Lənkəran da bütün Azərbaycan kimi, səlcuqlar, Hülakilər
və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin
verdiyi mə’lumata görə, XV əsrin 60- cı illərində Lənkəran(talış)
əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI
əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş
verdi. Görkəmli siyasi xadim Şah Ismayıl Səfəvi dövlətini yaratdı.
Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran
feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi
sarayında yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin
dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər
dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri
kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü
keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah
höküməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi. XVIII əsrin
20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri , o cümlədən
Lənkəranı da Rusiya işğalına məruz qaldı. 1726 -cı ildə çarizm müdafiə
məqsədilə burada hərbi istehkam tikdirdi.Lakin ruslar burada çox qala
bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın
hakimiyyəti altına keçdi. 1747-ci ildə may ayının 9-da Nadir şah
öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə
yaranan xanlıqlardan biri də Talış xanlığı idi. Xanlığın ərazisi demək
olar ki, Azərbaycanın cənub şərq hissəsini əhatə edirdi. Sərhədləri
şimaldan Bolqarçaya, şərqdən Kür çayının cənub axarı da daxil olmaqla
Xəzər dənizinə , cənubdan və qərbdən Iran sərhədlərinə qədər bir ərazini
əhatə edirdi. Lənkəran xanlığın paytaxtı idi. Talış xanları sülaləsinin
banisi Səfəvi nəslinə mənsub Seyid Abbas olmuşdur. Iranda baş berən
qarışıqlar zamanı Talışa gələn Seyid Abbas yerli feodallarla yaxınlıq
etmiş, 1736-cı ildə Nadir şahın hakimiyyətini tanımış və sonralar oğlu
Camalləddini onun xidmətinə göndərmiıdi. Nadir şah rəsmi fərmanla Seyid
Abbassı Talışın nəsli hakimi elan etmişdi. Seyid Abbas öldükdən sonra
(1747) həmin il onun yerinə Cəmaləddinkeçdi. Rəngi qara olduğu üçün ona
Qara xan deyirdilər. Qara xan Talışın iqtisadi və siyasi qüdrətini
möhkəmlətmək məqsədilə bir sıra tədbirlər heyata keçirdi; daimi goşun
təşkil etdi. O zaman Talışda torpaq sahələrinin əksəriyyəti xan
nəslindən olmayan yerli feodalların əlində idi. Qara xan həmin
feodalların iqtisadi və siyasi qüdrətini qırmaq üçün mərkəzi
hakimiyyətlə hesablaşmayanların torpaqlarını müsadirə etdi. Iran
təhlükəsindən qorunmaq məqsədilə (1747-ci ildə) paytaxtı Astaradan
Lənkərana köçürdü, geniş abadlıq işləri apardı. Bu tədbirlər şəhərin
ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait yaratdı. Bu dövrdə
Lənkəran Xəzər dənizi sahilində artıq əhəmiyyətli bir liman şəhərinə
çevrilməkdə idi və Dərbənd, Niyazabad və Bakı şəhərləri ilə birlikdə
Azərbaycanın həm daxili, həm də xarici ticarətində mühüm rol
oynayırdı.Məhz bu səbəbdən Qara xan paytaxtı Astaradan Lənkərana
köçürdü. Bu zaman Talış mahalına 6 nahiyyə: Lənkəran, Astara, Zuvand
(indiki Lerik), Sebican (indiki Prişib), Verkəduz (indiki Yardımlı) və
Biləsuvar daxil idi. Qara xan Lənkərana müxtəlif yerlərdən sənətkar və
ustalar gətirtmişdi. O, şəhərin qala divarlarını, xan sarayını , məscid ,
hamam, bazar , karvansaray inşa etdirdi. Bu dövrdə şəhərdə iki bazar
var idi: Yuxarı (mərkəzi) və Aşağı bazar. Bu dövr tikililəri arasında
gözəllik və memarlıq baxımından xan sarayı diqqəti daha çox cəlb edirdi.
Iki mərtəbədən olan saray başdan başa şəbəkəli olub , rəngarəng
şüşələrlə bəzədilmişdi. Lənkəranın Xəzər dənizi vasitəsilə tranzit
ticarətdə iştirak etməsi , onun iqtisadi bir mərkəz kimi təşəkkül
tapmasında görkəmli rol oynamışdı. 1786-cı ildə Qara xanın vəfatından
sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan keçdi (1786-1814). Bu dövr
xanlığ üçün çox ağır illər idi. Belə ki, xarici hücumlar əsasən də cənub
sərhədlərindən ara vermək bilmirdi. 1794-cü ildə Azərbaycanın cənubunda
hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacar, Iranda da öz mövqelərini
möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücüma başladı. O, bütün
Azərbaycan xanlıqlarından ona tabe olmağı tələb edirdi. Lakin
xanlıqların əksəriyyəti bu tələbi rədd etdi.Yaranmış vəziyyətdən
istifadə edən Rusiya höküməti Qafqazda , xüsüsilə Azərbaycanda öz
mövqelərinin gücləndirmək işini daha da sürətləndirməyə çalışırdı. Talış
xanı Mir Mustafa xan Rusiya təbəəliyini qəbul etməyə hazır olduğunu
bildirmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu ərəfəsində Mir
Mustafa xan Rusiyaya meyl göstərən Azərbaycan xanlarına məktub yazaraq
Irana qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirdi.Buna
baxmayaraq Qacar öz qoşunlarını 1795-ci ildə həm Irəvan həm də Lənkəran
istiqamətində Azərbaycana yeritdi. Mir Mustafa xan düşmənə müqavimət
göstərmək iqtidarında olmadığından Lənkəran əhalisini Sarı adasına
köçürüb müdafiə mövqeyi tutdu. 1796-cı il martın 12-də Kərbalayi
Əsədulla bəy Talış xanlığının Rusiyanın himayesində qəbul edilmesi
haqqinda Mir Mustafa xanın məktubunu II Yekaterinaya təqdim etdi. Mir
Mustafa xanın Rusiyanın himayəçiliyini qəbul etməsi , Xəzərdə üstünlüyü
ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli idi. 1796- cı ildə II
Yekatrinanın vəfatı ilə əlaqədar hakimiyyətə gələn I Pavel rus
qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Azərbaycana
soxuldu.
1802-ci
il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə Talış xanı
Rusiyanın ali himayəsinə qəbul olundu. 1813- cü il sentyabrın 12-də
Rusiya və Iran arasında Gülüstan müqaviləsi imzalandı. Bu müqavilə ilə
Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyuldu və Azərbaycan
torpaqları iki işğalçı arasında bölüşdürüldü. Talış xanlığı bir çox
digər xanlıqlar kimi Rusiyaya birləşdirildi. 1814-cü ildə general-mayor
Mir Mustafa xan vərən xəstəliyindən vəfat edtikdən sonra onun yerinə
oğlu Mirhəsən xan keçdi. Mirhəsən xan 1826-cı ildə vəfat etdikdən sonra
Talış xanlığı ləğv edildi. XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç
hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına
söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi,
bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX
əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi
vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı
833-ə çatmışdı. XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları
ilə işıqlandırılırdı. Içməli su ilə şəhər quyular və Lənkərançay
hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə
çəkilmişdi. 1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla ,
iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki
nümayəndədən ibarət komendat üsul-idarəsi yaradıldı. 1840-cı il yanvarın
1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da
komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi
əvvəlcə Şamaxı quberniyasının, 1859-da isə Bakı quberniyasına daxil
edildi.
XIX
əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi
(Duması) yaradıldı. Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən
biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu
burada bə'zi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf
etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9
çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və
məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX
əsrin 80–ci illərindən e’tibarən şəhərin iqtisadiyyatında balıqçılıq və
meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.Kənd
təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil
eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX-XX əsrlərin
qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və
şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma
quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik
Bazar . Sütəmurdov idi. Qala indiki B.Abbasov –MirMustafa xan küçələri
və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi. Böyük bazar
indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının
sahili(qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində
peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar,
Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s. Kiçik bazar dəniz sahili
boyu indiki Tofiq Ismayılov və Səttərxan küçələri arasında yerləşirdi.
Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır
şəjhəri daxil idi.Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü,
Kərəcivanlar, Ipəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).
Görkəmli şəxsləri
Səməd bəy Mehmandarov
Həzi Aslanov
Mirməmməd Cavadzadə
Məmmədrza Rəsulov
Zaur Rzayev
Allahşükür Paşazadə. Qoruqlar.
Rayonda Hirkan Milli Parkı və Qızılağac dövlət təbiət qoruğu var