Şəhidlər heç bir zaman ölməz (1-ci hissə)

Müəllif: heyatim_menim
Şərhlər: 13
Baxılıb: 3 557
Səs ver:
(səs: 1)
Samir Ziyəddin oğlu Qaçayev (d. 5 mart, 1994, Bakı, Azərbaycan – ö. 5 aprel 2016, Talış, Tərtər rayonu, Azərbaycan) — Dördgünlük müharibə şəhidi.

Samir Qaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi.

Dördgünlük müharibədə iştirakı və ölümü
Şamaxı rayonunun Məlhəm kənd qəbiristanlığında dəfn olunub.

Müşviq Arif oğlu Orucov (d. 1994, Bakı, Azərbaycan – ö. 5 aprel 2016, Talış, Tərtər rayonu, Azərbaycan) — Dördgünlük müharibə şəhidi.
Müşviq Orucov 1994-cü ildə Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış.

Hərbi illəri
Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb.

Dördgünlük müharibədə iştirakı və ölümü.
Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabuta sarılan döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.

Təltif və mükafatları
Müşfiq Orucovun "Vətən uğrunda" medalı
Müşfiq Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Vüqar Yusifov (Vüqar Nurəddin oğlu Yusifov; d. 1976 – 2016) — Polkovnik, Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi. Dördgünlük müharibənin şəhidi.

Həyatı.
Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir Rayonunun Şiştəpə kəndində dünyaya gəlmişdir. 1992-ci ildə Şiştəpə kənd orta məktəbindən məzun olaraq, Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycana qayıtmışdır. Həmin ildən Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində taqım komandiri kimi fəaliyyətə başlamışdır. Daha sonralar Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Müdafiə naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunan Vüqar Yusifov, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlmişdir. Hərbi fəaliyyəti dövründə Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşadakı tərəfdaşlıq kurslarında, təlimlərdə iştirak etmişdir. 38 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlmiş, 19 Mart 2016-cı ildə, 40 yaşında isə polkovnik rütbəsi almışdır.
Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi idi.Aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.6 aprel 2016-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dəfn olunub.

Ailəsi
Vüqarın üç övladı qaldı (2 qız, 1 oğlan). Böyük qızı üçüncü sinifdə oxuyur. İkinci uşağın 6 yaşı var. Bu il məktəbə gedəcək. Oğlu isə yaşyarımlıqdır.

Mükafat və təltifləri.
Vüqar Yusifov ölümündən sonra "Üçüncü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

P.S:ALLAH bütün Şəhidlərmizin məkanın CƏNƏTDİK etsin in şə ALLAH.
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 3 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri