Şəhidlər heç bir zaman ölməz (4-cü hissə)

Müəllif: heyatim_menim
Şərhlər: 5
Baxılıb: 2 929
Səs ver:
(səs: 1)
Rasim Əbdül oğlu Məmmədov — tabor komandiri, mayor, Dördgünlük müharibə şəhidi.

Həyatı.
Rasim Məmmədov 1977-ci il may ayının 20-də Naxçıvan MR–in Babək rayonunun Cəhri kəndində anadan olub.

1983-cü ildə Cəhri kənd orta məktəbinin 1-ci sinfinə getmiş və 1994-cü ildə həmin məktəbi bitirmişdir.

1996-cı ildə Bakı Ali Birləşmiş komandirlər məktəbinə daxil olmuş və 2000-ci ildə tank qoşunları komandanı ixtisası üzrə bitirmişdir.

Məktəbi bitirdikdə Rasim Məmmədova “Leytenant" hərbi rütbəsi verilmiş və Müdafiə nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün 177 nömrəli hərbi hissəyə göndərilmişdir.

22.07.2000-ci il tarixdən 02.02.2001-ci il tarixədək 177 nömrəli hərbi hissənin Təlim taborunun PDM-2 tuşlayıcı Təlim tağımının komandiri,

02.02.2001-ci il tarixdən 23.05.2002-ci il tarixədək T-55 Təlim döyüş tankları tağımının komandiri,

23.05.2002-ci il tarixdən 18.01.2005-ci il tarixədək 077 nömrəli hərbi hissənin tank tağım komandiri,

18.01.2005-ci il tarixdən 10.11.2007 tarixədək 130 saylı hərbi hissədə 1 -ci Mexanikləşdirilmiş bölük komandiri vəzifəsində,

10.11.2007-ci il tarixdən 03.12.2010-cu il tarixədək 703 nömrəli hərbi hissənin 5 MAT Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi vəzifəsində,

03.12.2010-ci il tarixdən 02.05.201 1 tarixədək 703 nömrəli hərbi hissənin 5-ci Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində,

02.05.2011 -ci il tarixdən 26.12.2011 -ci il tarixədək 161 nömrəli hərbi hissənin 5-ci Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində,

26.12.2011-ci il tarixdən 30.11.2012-ci il tarixədək 704 saylı hərbi hissənin 5 MAT komandirinin müavini vəzifəsində,

30.11.2012-ci il tarixdən 03.01.2014-cü il tarixədək 704 nömrəli hərbi hissənin 5 MAT komandiri vəzifəsində,

03.01.2014-cü il tarixdən 18.04.2015-ci il tarixədək 704 nömrəli hərbi hissənin 2 MAT komandiri vəzifəsində,

18.04.2015-ci il tarixdən 706 nömrəli hərbi hissənin 2 MAT komandiri vəzifəsində xidmət edirdi, Rasim Məmmədova 22. 07.2000 - ci il tarixdə “Leytenant”,

22.07,2002-ci il tarixində "Baş l eytenant",

13.12.2005-ci il tarixdə "Kapitan",

26.06.2011 tarixində "Mayor" hərbi rütbəsi verilmişdir.

Döyüşlərdə iştirakı.
Mayor Rasim Məmmədov tank taborunun komandiri idi. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə başlayan cəbhə boyu bütün uğurla nəticələnən döyüş əməliyyatlarında iştirak etmişdir.

2016-cı il aprelin 4-də gecə Lələ təpə yüksəkliyində uğurlu döyüşlərdən sonra, Füzuli istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid oldu. Nəşi 5 aprel 2016–cı ildə Naxçıvan şəhərində dəfn edildi.

Ailəsi.
Samirə xanımla ailəli idi. Asim və Aysu adlı iki övladı var.

Rasim Məmmədovun atası, Birinci Qarabağ müharibəsinin qazisi, 25 ildən artıq əlil arabasında ömür yaşayan Əbdül Məmmədov 27 aprel 2016-cı ildə dünyasını dəyişmişdir.

Anasının adı Nazilə xanım.

Elnur Adil oğlu Əliyev (1976-2016) — Azərbaycan ordusunun mayoru, Dördgünlük müharibənin şəhidi.

Həyatı
Elnur Əliyev 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub.

1991-ci ildə orta məktəbin 9-cu sinifini bitirib və C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1998-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 1998-2008-ci illərdən Qərb bölgəsində xidmət edib. Son 2 ildə Füzuli bölgəsində fəaliyyət göstərib.

Hərbi hissənin nizami hissə rəisi idi.

Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Elnur Əliyev 3 aprel 2016-cı ildə Füzuli rayonunda dəfn olunmuşdur.

E.Əliyevin məzarı Füzuli rayonunun Dədəli kəndindədir.

Ailəsi.
Ailəli idi, 2 oğlu var (Elvin və Elxan)
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri