Azərbaycanın inzibati-ərazi vahidləri

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 230
Səs ver:
(səs: 0)
Azərbaycan xalqının inkişafında mühüm rol oynamış ölkənin inzibati ərazi quruluşu onun ərazi bölgüsünün coğrafi əsasını təşkil edir. Azərbaycanın yaşayış məntəqələrinin yaranması qədim zamanlardan başlayaraq mürəkkəb tarixi dövr keçmişdir. Hər bir tarixi dövrdə məskunlaşma sisteminin təşəkkülü, yüksəlməsi və tənəzzülü prosesləri baş vermiş və bunun üçün konkret iqtisadi-siyasi zəmin yaranmışdır. Mövcud olan sosialiqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati ərazi quruluşu da dəyişmişdir. Hakimiyyətə gələn sinif özünə xas olan dövlət quruluşunu və ona uyğun inzibati ərazi bölgüsünü yaratmışdır.
Azərbaycanda ictimai quruluş dövlətlər, əmirliklər, bəylərbəyiklər, xanlıqlar, sultanlıqlar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində bir çox xırda xanlıqlar və sultanlıqlar digərləri ilə birləşmişdi. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda aparılan rəqabət nəticəsində 1801-1828-ci illər ərzində Azərbaycan bir sıra imperiyaların təcavüzlərinə məruz qalmışdır.
1801-1804-cü illərdə Gəncə, Qarabağ, Şəki vəŞirvan xanlıqları, habelə Borçalı, Qazax, Şəmsəddil və Tabasaran sultanlıqları və Car-Balakən camaatlığı Rusiya imperiyası tərəfindən işğal edildi. Gəncə şəhərinin adı dəyişdirilərək Yelizavetpol adlandırıldı. 1805-1806-cı illərdə Azərbaycanın Dərbənd, Qarabağ və Quba xanlıqları Rusiyaya ilhaq edildi.
1813-cü ildə Rusiya iləİran arasında imzalanmış Gülüstan müqaviləsi əsasında Azərbaycan İran ilə Rusiya arasında bölünərək İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Araz çayından şimal hissəsində yerləşən Azərbaycan torpaqları Rusiyanın tərkibinə verildi.
1827-ci ildə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə daxil edildi.

XIX əsrin əvvəllərindəŞimali Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşəddil) bölünmüşdü. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində isə Rusiya çarı I Nikolayın fərmanı ilə 21 mart 1828-ci ildə “Erməni vilayəti” yaradılmışdı. 1840-cı ildə ”Erməni vilayəti” buraxılmış, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi. 1 yanvar 1841-ci ildən Zaqafqaziyada inzibati islahat qanununa (10.04.1840) müvafiq olaraq bu bölgələr Gürcü – İmereti quberniyasına (mərkəzi - Tiflis) və mərkəzi Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü. Kaspi vilayətinəŞamaxı, Şuşa, Şəki (Nuxa), Lənkəran, Bakı, Quba, Dərbənd qəzaları daxil idi. Azərbaycanın Yelizavetpol (Qazax və Şəmşəddil qəzaları daxil olmaqla), Balakən (keçmiş Car-Balakən dairəsi) və Naxçıvan (Ordubad dairəsi ilə birlikdə) torpaqları Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilmişdi.

1846-cı ildə Zaqafqaziya Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Şamaxı quberniyası Şamaxı, Şuşa, Şəki, Bakı və Lənkəran qəzalarından ibarət idi. Quba qəzası Dərbənd quberniyasının tərkibinə daxil oldu, Yelizavetpol qəzası isə Tiflis quberniyasında qaldı. Car-Balakən yenidən ayrı dairə kimi yarandı. 1849-cu ildəİrəvan, Aleksandropol (keçmiş Gümrü), Naxçıvan, Ordubad və Novo-Bayazet (Göyçə gölü hövzəsi) qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi. Şamaxı zəlzələsi iləəlaqədar olaraq (1859) bu quberniyanın mərkəzi Bakıya köçürüldü və o, "Bakı quberniyası" adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil edildi. Car-Balakən dairəsi Zaqatala dairəsinə çevrildi. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Yelizavetpol quberniyasına Qazax, Şəki (Nuxa), Şuşa, Zəngəzur qəzaları daxil idi. Bakı quberniyasına 6 qəza (Bakı, Quba, Lənkəran, Şamaxı, Göyçay və Cavad) daxil idi.

1870-ci ildə İrəvan quberniyasının tərkibində yeni Şərur-Dərələyəz qəzası yaradıldı. 1874-cü ildə Şəki (Nuxa) qəzasının cənub hissəsindən Ərəş qəzası ayrıldı. 1 iyul 1883-cü ildə Cəbrayıl və Cavanşir qəzaları yaradıldı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Bakı, Gəncə (ruslar onun adını dəyişib "Yelizavetpol" qoymuşdular. 10 avqust 1918-ci ildə Gəncənin adı yenidən özünə qaytarıldı) və Zaqatala dairəsinə bölündü. Bununla birlikdə, Gəncə quberniyasının tərkibində müvəqqəti Qarabağ general-qubernatorluğu yaradıldı. Onun tərkibinəŞuşa, Cavanşir, Zəngəzur və Qaryagin 30 avqust 1918-ci ildən Cəbrayıl qəzaları daxil oldu. Bakı quberniyasına Bakı, Göyçay, Cavad, Quba, Lənkəran, Şamaxı qəzaları, Gəncə quberniyasına Ərəş, Gəncə, Qazax, Şəki (Nuxa) qəzaları daxil edildi. Zaqatala dairəsində qəza bölgüsü yox idi. Ona Car, Balakən, Əliabad, Muxax, Almalı, Qax sahələri daxil idi. 1919-cu ildə Qazax qəzasından Tovuz qəzası ayrıldı, cənub-qərbdə isə Qubadlı qəzası yaradıldı. 22 aprel 1920-ci ildə Gəncə qəzasından Şamxor qəzası ayrıldı.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı və Gəncə quberniyaları ləğv edildi, Zaqatala dairəsi Zaqatala qəzasına çevrildi. Ərəş və Cavad qəzaları "Ağdaş" və "Salyan" adlandırıldı. 1921-ci ildə Azərbaycan SSR-də 17 qəza (Ağdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Şəki (Nuxa), Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) vardı, 1922 -ci ildə
Zəngəzur qəzası ləğv edildi və Qubadlı, Cavanşir vəŞamxor qəzaları yaradıldı. Naxçıvan vilayətində ŞərurDərələyəz və Naxçıvan qəzaları təşkil edildi.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Cavanşir, Qubadlı, Şuşa və Tovuz qəzaları ləğv edildi, yeni Ağdam və Kürdüstan qəzaları təşkil edildi. Naxçıvan vilayətində hər iki qəza ləğv olundu. Bu dəyişikliklər nəticəsində respublikanın tərkibinə 15 qəza (Ağdam, Ağdaş, Bakı, Gəncə, Göyçay, Cəbrayıl, Zaqatala, Qazax, Kürdüstan, Quba, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı) Naxçıvan vilayəti və Dağlıq Qarabağ Muxtar Vilayəti daxil oldu. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 1924-cü il qərarı ilə Naxçıvan vilayəti Naxçıvan Muxtar Respublikasına çevrildi. 1926-cı ildə qəzaları möhkəmləndirmək məqsədi iləŞamxor və Ağdaş qəzaları ləğv edildi. VI Ümumazərbaycan Sovetlər qurultayının (8 aprel 1929-cu il) qərarı ilə respublika ərazisində dairələr (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa, Muğan) təşkil edildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yenidən bərpa edildi və Qarabağ dairəsinin tərkibindən ayrılmış müstəqil Kürdüstan dairəsi yaradıldı.

1930-cu ildə Azərbaycan SSR-də 10 dairə (Bakı, Gəncə, Zaqatala, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şəki (Nuxa), Şirvan (Göyçay))mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölündü. 1931-ci ilin fevralında bəzi rayonlar ləğv edilərək yeniləri yarandı, bununla əlaqədar onların sayı 47-yə endi. (Hacıkənd, Əliabad, Ağsu, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilmiş, Hil, Gəncə, İsmayıllı, Nuxa vəŞaumyan rayonları yaradılmışdır. "1931-ci ilin oktyabrında Petropavlovsk kəndi "Sabirabad şəhəri" adlandırılır.

1933-cü ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları təşkil edildi. 1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirildi. 1938-1939-cu illərdə Azərbaycanın inzibati-ərazi bölgüsündəəsaslı dəyişikliklər edildi. 1938-ci ilin iyulunda Qaradonlu rayonunun adı dəyişdirilərək "İmişli" edildi, Hil - "Qusar", Zuvand"Lerik", Biləsuvar-"Puşkin", Nərimanov-"Xanlar", Veryaduz-"Yardımlı" adlandırıldı. 1938-ci ildə Annino kəndi

"Şamxor şəhəri", Goranboy kəndi "Qasım İsmayılov qəsəbəsi", Yelenendorf kəndi "Xanlar şəhəri", Zubovka kəndi "Əli Bayramlı" şəhəri adlandırıldı. 1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yaradıldı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizaq və Corabert rayonları "Hadrut" və "Mardakert" rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov vəİsmayıllı rayonları yaradıldı. 1939-cu ildə Hacıqabul şəhəri "Qazıməmməd" adlandırıldı.
1940-cı ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları təşkil edildi. 1943-cü ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaradıldı. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Əbrəqunis rayonu ləğv edildi. 1949-cu ilin avqustunda Tərtər rayonu "Mir-Bəşir" rayonu adlandırıldı. 22 noyabr 1949-cu ildə Sumqayıt, 4 fevral 1954-cü ildə Mingəçevir şəhərləri yaradıldı. 1954-cü ilin yanvarında Samux rayonu ləğv edildi.
1956-cı ilin aprelində Dəstəfur rayonu "Daşkəsən" rayonu adlandırıldı. 1956-cı ilin dekabrında Xızı, 1959cu ilin sentyabrında Mərəzə rayonları ləğv olundu. 1959-cu ilin aprelində Qaryagin rayonu "Füzuli" rayonu adlandırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Ağstafa, Qazıməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyev, Siyəzən, Xudat rayonları ləğv edildi.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il fərmanı ilə Ağcabədi, Əli Bayramlı, Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşen, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad vəŞahbuz rayonları, DQMV-dəŞuşa rayonu ləğv edildi. Lakin bir ildən sonra - 1964-cü ilin iyulunda Cəbrayıl, Qasım İsmayılov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə (bu vaxt N. S. Xruşşov artıq hakimiyyətdən uzaqlaşdırılmışdı) 1963-cü ildə ləğv edilmiş bütün rayonlar bərpa olundu. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Cəlilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şəki rayonu adlandırıldı.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu Babək rayonu adlandırıldı.

1989-1991-ci illərdə SSRİ-nin dağılması prosesi ilə başlayan xalqın uzun sürən azadlıq hərəkatları nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 18.03.1989-cu ildə Jdanov rayonunu və Jdanov şəhəri müvafiq olaraq Beyləqan rayonu və Beyləqan şəhəri adlandırıldı.

30.12.1989-cu ildə Kirovabad şəhərinin tarixi adı bərpa edilərək Gəncə şəhəri adlandırıldı.
05.01.1990-cı ildə Bakı şəhərinin Şaumyan rayonu Xətai rayonu adlandırıldı.
18.04.1990-cı ildə Bakı şəhərinin Orconikidze rayonu Suraxanı rayonu adlandırıldı.
21.04.1990-cı ildə Xocalı kəndi şəhər statusuna aid edildi. Həmin tarixdəərazisi Abşeron vəŞamaxı rayonlarmdan verilməklə, mərkəzi Xızı qəsəbəsi olmaqla Xızı rayonu, ərazisi Əli Bayramlı şəhərindən, o cümlədən Sabirabad vəŞamaxı rayonlarmdan verilməklə, mərkəzi Hacıqabul şəhəri olmaqla Hacıqabul rayonu, ərazisi Qazax rayonundan verilməklə, mərkəzi Ağstafa şəhəri olmaqla Ağstafa rayonu vəərazisi Şamaxı rayonundan verilməklə, mərkəzi Mərəzə qəsəbəsi olmaqla Qobustan rayonu yaradıldı.
06.06.1990-cı ildə Gədəbəy qəsəbəsi, 24.07.1990-cı ildə isə Qubadlı qəsəbəsi şəhər statusuna aid edildi.

05.02.1991-ci ildə Azərbaycan SSR-in adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı.
07.02.1991-ci ildə Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Puşkin, Şamxor, Vartaşen, Naxçıvan MR İliç rayonlarmın, habelə eyni adlı rayon mərkəzlərinin və Gəncə şəhəri Gəncə rayonunun tarixi adları bərpa edilərək müvafiq olaraq Goranboy, Qəbələ, Tərtər, Biləsuvar, Şəmkir, Oğuz, Şərur və Kəpəz rayonu adlandırıldı. Həmçinin Şaumyan rayonu ləğv edildi və onun ərazisi Goranboy rayonuna verildi.
25.05.1991-ci ildə Xızı kəndi qəsəbə statusuna aid edildi.
26.11.1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildi. Bunun nəticəsində DQMV-nin tərkibində olan Əsgəran və Hadrut rayonları ləğv edilərək, ərazisi Əsgəran rayonundan verilməklə, mərkəzi Xocalı şəhəri olmaqla Xocalı rayonu yaradıldı. Stepanakert şəhərinin, habelə Mardakert və Martuni rayonlarınm və onların mərkəzlərinin tarixi adları bərpa edilərək, müvafiq olaraq Xankəndi, Ağdərə və Xocavənd adlandırıldı. Ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonuna verildi. Xankəndi şəhəri Respublika tabeli şəhərlər, Ağdərə, Xocavənd, Xocalı vəŞuşa rayonları isə Respublika tabeli rayonlar kateqoriyasına aid edildi.
29.11 1991-ci ildə rayon tabeli Lənkəran, Şəki və Yevlax rayonları Respublika tabeli şəhərlər kateqoriyasına aid edildi. 18.02.1992-ci ildəərazisi Xanlar rayonundan verilməklə, mərkəzi Səfərəliyev qəsəbəsi olmaqla Samux rayonu yaradıldı. 02.04.1992-ci ildəərazisi Dəvəçi rayonundan verilməklə, mərkəzi Siyəzən şəhəri olmaqla Siyəzən rayonu yaradıldı. 29.04.1992-ci ildə Bakı şəhərinin Kirov, Lenin, 26 Bakı komissarları və Oktyabr rayonu müvafiq olaraq
Binəqədi, Sabunçu, Səbail və Yasamal rayonu adlandırıldı. 13.10.1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonlarına verildi.
1992-1993cü illərdə Ermənistan Respublikası tərəfindən Azərbaycanm Xankəndi şəhəri və Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Zəngilan rayonlarının əraziləri işğal olunaraq zəbt edildi.

04.12.2001-ci ildə Naxçıvan MR Babək rayonunun Əliabad kəndi Naxçıvan şəhərinin inzibati tərkibinə verildi və 15.03.2002-ci ildə həmin kənd qəsəbə statusuna aid edildi.
01.03.2003-cü ildə Naxçıvan MR Sədərək rayonunun mərkəzi Sədərək qəsəbəsi kənd statusuna aid edilərək, Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirildi.
19.03.2004-cü ildə Naxçıvan MR Babək və Şərur (Qıvraq kəndinə qəsəbə statusu verilməklə) rayonlarından verilməklə, mərkəzi Qıvraq qəsəbəsi olmaqla Kəngərli rayonu yaradıldı.
02.10.2006-cı ildə Abşeron rayonunun mərkəzi olan Xırdalan qəsəbəsi şəhər statusuna aid edildi.
23.10.2007-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsi şəhər statusuna aid edildi.
07.12.2007-cı ildə Naxçıvan MR Şahbuz qəsəbəsi şəhər statusuna aid edildi.

25.04.2008-ci ildəƏli Bayramlı şəhəri Şirvan şəhəri, Qobustan rayonunun mərkəzi olan Mərəzə qəsəbəsi (Mərəzə qəsəbəsinə şəhər statusu verilməklə) Qobustan şəhəri, o cümlədən Xanlar rayonu və rayon mərkəzi olan Xanlar şəhəri müvafiq olaraq Göygöl rayonu və Göygöl şəhəri adlandırıldı. Həmçinin Xızı rayonunun mərkəzi Xızı qəsəbəsi şəhər statusuna aid edildi.
13.06.2008-ci ildə Lerik, Samux və Yardımlı qəsəbələri şəhər statusuna aid edildi.
09.06.2009-cu ildə Naxçıvan MR Babək rayonunun Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri Naxçıvan şəhərinin inzibati tərkibinə verildi.
02.04.2010-cu ildə Dəvəçi rayonu və Dəvəçi şəhəri müvafiq olaraq Şabran adlandırıldı.
07.05.2010-cu ildə Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırıldı.

Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərinin sayı
Muxtar Respublika -1
İnzibati-ərazi vahidlərinin sayı-90
O cümlədən:rayonlar-66
şəhərlər-11
şəhər rayonları 13
İnzibati-ərazi dairələrinin sayı951
O cümlədən: şəhər-66
qəsəbə-181
kənd-1703
Ərazi vahidlərinin sayı-4594
O cümlədən: şəhər-77
respublika tabeli-11
rayon tərkibində-66
qəsəbə-258
kənd-4259
Bələdiyyələrin sayı-1718

Böyük şəhərlər
Bakı-2.039.700 nəfər
Gəncə-313 000 nəfər
Sumqayıt-08.700 nəfər
Mingəçevir-96 100 nəfər
Şirvan-77 100 nəfər
Naxçıvan-73 700 nəfər
Şəki-69 000 nəfər
Xankəndi-55 000 nəfər
Yevlax-50 000 nəfər

Respublika tabeliyində olan şəhərlər
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Xankəndi, Yevlax, Lənkəran, Naftalan.

Rayonlar

Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab.

Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları
Naxçıvan şəhəri, Babək rayonu, Culfa rayonu, Kəngərli rayonu, Ordubad rayonu, Sədərək rayonu, Şahbuz rayonu, Şərur rayonu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri