Ağdaş haqqında

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 012
Səs ver:
(səs: 0)
Ağdaş rayonu 1930-cu ildə təşkil olunmuşdur.

Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar lap qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Strabon (e.ə. I əsr) qeydlərində bu ərazilərdə insanların məskunlaşdığını, təsərrüfat fəaliyyəti ilə məşğul olduqlarını, Türyançay çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini yazırdı.

Təbii iqlim və torpaq şəraiti burada lap qədimlərdən əkinçilik və maldarlığın inkişafı üçün əlverişli imkan yaratdığından bu ərazilərdə əkinçilik mədəniyyəti yüksək inkişaf etmişdi. Ona görə də tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı.

Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.

1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır. Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.
Coğrafi mövqeyi

Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Rayonun ərazisindən Bakı-Tiflis dəmir yolu, Bakı-Qazax şosse yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri