Seyid Yəhya Bakuvi türbəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 3 617
Səs ver:
(səs: 1)
Mütəxəssislərin bir çoxu bu türbəni Seyid Yəhya Bakuviyə aid etsələr də, bəzi tədqiqatçılar sarayın orta və aşağı həyətindəki bütün abidələrin Xanəgah kompleksi olmasını qeyd edirlər.

Tarixçilərin məlumatına görə, Seyid Yəhya Bakuvi I Xəlilullahın dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gəncliyində Şeyx Sədrəddin təriqətinin davamçısı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Bəzi müəlliflərin yazdığına görə, o, hicri təqvimlə 862-ci ildə vəfat etmişdir. Dövrümüzə Bakuvinin 30 əsəri çatmışdır ki, onlar da əsasən təsəvvüfi xüsusiyyət daşıyır. Alimin əsərlərinin əksər əlyazmaları Türkiyənin Manisa şəhərindəki Muradiyyə kitabxanasında saxlanılır.

A.Bakıxanovun verdiyi məlumata görə, o, bu şəhərin ruhaniməktəbinin baş müəllimi olmuş, onun adı sirli elmlərlə tanınmışdır. Bakuvi sufizmlə məşğul olurdu ki, bu elmin davamçılar da dərviş adlandırılırdılar. Türbənin xalq arasında Dərviş məqbərəsi adı ilə tanınmasının səbəbi də budur.

Türbə üzərində onun kimə aid olduğunu və ya memarın kimliyini göstərən kitabə yoxdur. M. Nemət qeyd edir ki, “Şirvanşahlar saray kompleksində bu günə kimi xalq arasında Dərviş türbəsi adlanan yerdə dəfn olunmuş dərvişin Şirvanşah I İbrahim zamanında (1382-1417) hicri tarixi ilə 805-ci ildə (1402-1403) Mərəzə yaxınlığındakı Diri baba türbəsinin kitabəsini yazmış şəxs olmasını inkar etmək olmaz.”

Dərviş türbəsi piramidaya oxşar gümbəzlə örtülmüş balaca bir binadır. Bu gümbəz Bakı yaxınlığında, Şamaxı rayonunda və Azərbaycanın başqa rayonlarında olan türbələrin gümbəzinə oxşasa da, Abşeron abidələri içərisində yeganə sayılır; çünki Abşeronun başqa türbələrinin gümbəzi adi formadadır.

Türbənin divarları və tağı yaxşı yonulmuş daşdan tikilmişdir; pəncərənin taxta çərçivəni əvəz edən şəbəkələri də daşdan yonulmuşdur. Abidələr 24 Bu binada türbənin gümbəz və divarlarını örtən və hələlik saray kompleksinin tikililəri içərisində daxili boyaların salamat qalmış yeganə nümunəsi olan sqrafitto tipli rəngli mala diqqət cəlb edir
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri