Hamiləliyin yeddinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 19 335
Səs ver:
(səs: 0)
Təsadüfən süd vəzilərinizin areollarının (gilələrin ətrafındakı piqmentli sahə areol adlanır) tündləşdiyini görsəniz, təəccüblənməyin. Hamiləlikdə bu adi haldır.

Siz artıq 2-3 həftədir menstrual qanaxmanın baş verəcəyini gözləyirsiniz. Əgər sizdə əvvəllər də gecikmələr olmuşsa və hazırda yuxarıda sadalanan əlamətləri hiss etmirsinizsə də, yenə birinci həftənin tövsiyələrinə əməl edin, bundan kimsəyə zərər gəlməz. Əgər deyilən halları keçirirsinizsə, qadın məsləhətxanasına  müraciət edin (əgər indiyədək etməmizsinizsə).

Hamiləliyin diaqnostikası üçün ekspres-testi də unutmayın (bax: dördüncü həftə)

Gələcək uşaq
Körpə böyüyüb – indi onun uzunluğu 7-9 mm –dir.

Qida borusu və traxeyanın, qarının ön divarının inkişafı da qənatbəxşdir.

Nazik bağırsağın və döş qəfəsinin formalaşması indi başlayır. Ən ağır hallarda insana yardım edən çox vacib endokrin vəzinin – böyrəküstü vəzinin qabıq hissəsi yaranmağa başlayır.

Baş beyin intensiv inkişaf edir. Bu həftə «itkilər» də var – sol göbək damarı yoxa çıxıb. Sağdakı qalır. Heç narahat olmayın – bu, normal haldır və həyacan doğurmalıdır.

Körpə hələ də insandan çox, kosmik varlığa    bənzəyir. Lakin bu, müvəqqəti haldır. Embrionun quyruğu da sizi qorxutmasın. Elə bir insan yoxdur ki, nə zamansa belə quyruğu olmasın. 10-cu həftədə quyruq yox olac
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 19 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri