Hamiləliyin doqquzuncu həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 30 869
Səs ver:
(səs: 1)

Qadın
Yüksək yorğunluq, ürəkbulanma, bəzən başgicəllənmə keçməyə bilər. Söz yox   hamiləlik ağır işdir.

Sinənizə baxın: dərialtı damarlar (mavi tor şəklində) aydın görünürsə, demək, sizin qan damarlarınız genişlənmək üzrədir (adətən, bu problem daha gec başlayır).

Mütəəssir olmayın – yaxşısı budur, damarların daha artıq genişlənməsinin qarşısını almaq üçün tədbir görəsiniz:
Süd vəzilərinizi daha yaxşı saxlayan büstqalter geyin;
Ağır şey qaldırmaqdan, qarın presinin artıq gərginliyə məruz qalmasından çəkinin;
Davamlı olaraq ayaqüstə durmaq və oturmaq yaramaz – gəzməyə üstünlük verin;
Uzun müddət uzanmısınızsa və ya oturmusunuzsa, ayaqlarınızı yüksəkdə saxlayın;
Xüsusi elastik corab və ya kolqotkaya ehtiyac olub – olmadığını həkimlə məsləhətləşin.

Bu tədbirlər sanki aşağı ətrafların hərəkətini rahatlaşdırır və demək, dərialtı damarları  da boşaldır. Vitamin preparatlarını gündəmdə saxlayın –və  vitaminləri qan damarlarının divarlarını bərkidir və artıq genişlənmənin qarqşısını alır.

I-ci həftənin tövsiyələrini unutmayın.

Gələcək uşaq
Baş beynin intensiv inkişafı gedir, bu həftə beyincik hərəkəti tənzimləyən beyin hissəsi formalaşmağa başlayır.
Böyrəküstü vəzilərin beyin hissəsinin təməli qoyulur.
Bir dəfə də olsa, «adrenalin» sözünü yəqin ki, eşitmisiniz. Bax bu hormon böyrəküstü vəzinin beyin hissəsində istehsal olunur.
Körpənizin sifətini görmək mümkündür. Çənəsi sinəsinə sıxılmışdır.
Ətraflar aktiv formalaşır: sümükləri möhkəmlənir, oynaqları, həmçinin əlaqələndirici və pəncə barmaqlarının intişar başlayır.
Bu həftə dölün qeyri –iradi tərpənişi mümkündür!
Körpə böyüyüb – «təpədən» «yançağa» qədər uzunluğu 13 15mm.
Çəkisi cəmi 1 qramdır.



Təbrik edirik – bu bir qram varisinizin ilk çəkisidir!
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 30 869
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri